Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3484/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və texniki pasportun qaytarılması, kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “çıxarışın və texniki pasportun qaytarılması, kompensasiyanın ödənilməsi və s” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 21(103)-1926/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona məxsus evin sökülməsinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 12 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək hüquqmüəyyənedici sənədlərlə iddiaçının Cavabdehndə yaradılmış komissiyaya müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı 2017-ci il 30 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona məxsus mənzilin qanunsuz yolla götürüb qaytarmadığı çıxarışın və texniki pasportun qaytarı lması, həmin mənzilin həcmində və eləcə də 20 % əlavə hesablanmaqla Ağ Şəhər ərazisində mənzil verilməsi, həmin mənzil ona verilənə qədər 2 il müddətində yaşaması üçün hər aya görə 400 manat kirayə haqqının verilməsi və 0,01 ha torpaq sahəsinə görə bazar qiymətinə uyğun olaraq 30.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2000-ci il 22 sentyabr tarixli 291 nömrəli Sərəncama əsasən iddiaçıya 0,01 ha torpaq sahəsi və həmin sahədə yaşayış evinin tikintisinə icazə verilmişdir. O, qanuna müvafiq şəkildə yaşayış evi tikib başa çatdırdıqdan sonra ev istismara qəbul edilmiş və hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhə rsalma Baş İdarəsi tərəfindən 18.38/21955 saylı, 2006-cı il 25 aprel tarixli sənədlə həmin evə “ünvan 1 ünvanı verilmişdir. Bundan sonra o, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair reyestrdən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. 2006-cı il 27 sentyabr tarixdə ona reyestrdən çıxarış və texniki pasport verilmişdir. Bakı – Ağ Şəhər adlanan ərazidə yerləşən evlərin sökülərək, onların yerində yeni tipli hündür yaşayış evlərinin tikintisinin aparılması üçün tədbirlər həyata keçirilən ərəfədə ona məxsus evə dair reyestrdən çıxarış və texniki pasport cavabdehin nümayəndələri tərəfindən 2017-ci ilin aprel ayında alınmışdır. O, uzun müddət həmin sənədləri tələb etsə də, sənədlər qaytarılmamışdır. Cavabdeh həmin evin və torpaq sahəsinin alınaraq sök ülməsi və yerində yeni binanın tikilməsi ilə əlaqədar onunla qanunamüvafiq qaydada razılaşmır, müqavilə bağlamır, yalnız işıq, su və qaz xətlərini kəsərək ona təzyiqlər göstərir. Onun müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubları anlaşılmayan və heç bir hüquqa söykənməyən, eyni məzmundadır. Hal-hazırda Ağ Şəhər ərazisində tikilən evlərin, hətta gələcəkdə tikiləcək evlərdə yerləşən mənzillərin bütün ərazisi bərabər olmaqla hər kv.m-i 1.800 manata satılır, yəni mənzil yaşayış sahəsinə və köməkçi sahəyə bölünməklə satılmır. Cavabdehin təklif etdiyi qiymətlə iddiaçı mövcud mənzillərin sahəsinin üçdə birini ala bilməz. Oradakı mənzillər təmirsiz satıldığı halda, onun mənzili tam təmirli və yaşayış üçün yararlı vəziyyətdədir. Bundan başqa, evin altında 0,01 ha torpaq sahəsi də var, b u hal isə qətiyyən nəzərə alınmır. Halbuki, həmin ərazidə torpağın 0,01 ha-nın qiyməti 30.000 manat təşkil edir. Onun ailəsində bir qız və bir oğlan vardır, ona görə də mövcud mənzillərin ərazisindən və ailənin otaqların sayından az və kiçik sahədə yerləşməsi qeyrimümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 avqust tarixli 2-1(82)-349/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 2 ünvanındakı evə dair reyestrdən çıxarışın və texniki pasportun qaytarılması, iddiaçının “müvafiq ölçüdə yeni mənzilin, kirayə haqqının və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanındakı evə dair texniki pasport və reyestrdən çıxarış hər bir halda ona qaytarılmalıdır, çünki iddiaçı onun mülkiyyətçisidir, iddiaçı həmin sənədlərin ondan cavabdehin nümayəndələri tərəfindən alındığını bildirir və cavabdeh də bu halı təkzib etmir. Məhkəmə iddianın qalan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyəti kimi deyil, istifadəsində olan əmlak kimi qeydiyyata alınmışdır, iddiaçıya məxsus ev halhazıradək sökülməmiş, iddiaçı ilə bərabər müvafiq ərazidə olan digər şəxslərə də məxsus daşınmaz əmlakların söküntüyə məruz qalma ehtimalı mövcuddur, mülkiyyətində olan ev və i stifadəsində olan torpaq sahəsi ilə bağlı onun müraciətinə cavabdeh tərəfindən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılmalı, inzibati orqanda inzibati icraat zamanı işinbütün xüsusatları nəzərə alınmaqla müvafiq araşdırma aparılmalıdır və bu araşdırmanın aparılması məhkəmə baxışı çərçivəsində mümkün deyil, iddiaçının müraciətinə qalan hissədə həmin ərazidə müvafiq söküntü və köçürülmə işlərinin həyata keçirilməsi ilə əlaqədar torpaq istifadəçilərinə və ev (mənzil) mülkiyyətçilərinə ödənilən məbləğlər nəzərə alınmaqla, iddiaçının seçimindən asılı olaraq pul kompensasiyasının və ya onun naturada başqa mənzillə əvəzləşdirilməsi, habelə köçürülmə prosesi üzrə kirayə haqqının verilməsi məsələlərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin t ələbləri gözlənilməklə baxıla bilər. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(103)-313/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azə rbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(102)-1492/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin heç bir dəlilinə ümumiyyətlə qiymət verilməmiş, nəticədə tərəflərin ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(103)-1926/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edi lmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Turşu küçəsi, 25/3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun əslinin cavabdeh orqana təqdim edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanuni istifadəsində olan torpaq sahəsindən istifadə hüququndan məhrum olmasına görə cavabdehdən qanunla nəzərdə tutulmuş kompensasiyaların ödənilməsini tələb etmək hüququ vardır. Lakin hazırkı halda, fərdi yaşayış evlərinin ye rləşdiyi torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən kompensasiyaların əmlak formasında deyil, pul formasında ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 1 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 25 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apel lyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi daşınmaz əmlaka dair sənədlərin qaytarılması tələbinə aid hissədə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Turşu küçəsi, 25/3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun əslinin cavabdeh orqana təqdim edildiyini sübut etmək vəzifəsi (öhdəliyin icrası haqqında iddialarda sübutetmə yükünün idd iaçının üzərinə düşdüyü nəzərə alınaraq) iddiaçının üzərinə düşdüyü halda bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia bu hissədə təmin edilə bilməz.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində təsdiq edir ki, “Layihə altına düşən ərazidə söküntü işləri ilə əlaqədar evlərin sənədləri Cavabdehndə yaradılmış müvafiq komissiyada saxlanılır.”. Cavabdehin bu təsdiqini və həmin hissədə tələblə bağlı iddiaçının dəlilini təkzib etmədiyini də nəzərə aldıqda, iddiaçının həmin hissədə tələbinin əsaslı olduğu qəbul edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı “çıxarışın və texniki pasportun qaytarılması” tələbinə aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin olu nmalıdır. Şikayət digər tələblərə aid hissədə aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Cavabdeh təsdiq edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi sökülməmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin ev onun yaxınlığında həyata keçirilən tikinti işlərinin təsirinə məruz qalmış, kommunikasiya xətləri kəsilmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış cavab məktublarında göstərmişdir ki, iddiaçının ünvan 3 ünvanda yerləşən fərdi evinin “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar köçürülmə ərazisinə düşdüyü və yaşadığı evin ölçülərinin qanunamüvafiq qaydada hesablanaraq kompensasiya verilməsi barədə ərizəsinə baxılmış, bildirilmişdir ki, Bakı şəhər icra Hakimiyyəti başçısının 225 saylı, 2013-cü il 10 iyun tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji, vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən yaradılmış komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla birlikdə evlərin yaşayış sahəsinin alğı-satqı orta bazar qiymətini 1000 manat, köməkçi tikilinin sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 750 manat, həyətdə aparılan əlavə (yarımçıq) tikilidən asılı olaraq 1 kv.m üçün 50-350 manat olduğu müəyyənləşdirilmişdir. İddiaçıya məxsus evin yerində yaşayış binasının və ya digər obyektin tikiləcəyi, yol çəkiləcəyi barədə iş materiallarında hər hansı sübut olmasa da, məhkəmə daşınmaz əmlakın hazırkı vəziyyətini nəzərə alaraq hesab edir ki, əmlakın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi ilə əlaqədar zərərli təsirə məruz qalan torpaq sahəsi olduğundan, hazırkı mübahis əyə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun müddəalarını tətbiq etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun: - 1.1.6-cı maddəsinə əsasən, kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə ve rilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; - 1.1.11-ci maddəsinə əsasən, zərərli təsir — alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiymətinin azaldılmış məbləğidir; - 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən da vam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir; - 7.2-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir; - 20.1.6-ci maddəsinə əsasən, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; - 26.1-ci maddəsinə əsasən, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə həmin şəxslərin mülkiyyət və digər hüquqları nı təsdiq edən sənədlərin alan orqana təqdim edilməsi barədə bildiriş göndərir və həmin bildirişi alan şəxs müvafiq sənədləri və ya onların surətini alan orqana təqdim etmək, alan orqan isə həmin sənədlərin əsli təqdim edilməklə surətinin alınmasını təsdiq edən qəbzi həmin şəxsə təqdim etmək öhdəliyi daşıyır; - 29.2-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər; - 29.3-cü maddəsinə əsasən, bu maddənin heç bir müddəası alınmanın təsirinə məruz qalan şəxs, torpağın alınması qrupu, alan orqan və ya alınma prosesində iştirak edən digər orqan tərəfindən mübahisənin altern ativ həlli üsullarından istifadə edilməsinə və ya məhkəməyə ərizə verilənədək mübahisənin digər həlli üsulları ilə bağlı razılığın əldə edilməsinə mane olan hal kimi qəbul edilə bilməz; - 47.1-ci maddəsinə əsasən, kompensasiya və ya köçürülmə iddiasında olan alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) sahibliklə bağlı bildirişin alındığı gündən otuz gün müddətində və ya hər konkret halda işin hallarını nəzərə alaraq nəzarət orqanının müəyyən edə biləcəyi daha uzun müddətdə alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə bir qənaəti ilə razılaşır ki, iddiaçı qeyd edilən normaların tələblərinə əsasən xüsusi mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması və qanuni istifadəsində olan torpaq sahəsindən istifadə hüququndan məhrum olması halında cavabdehdən qanunla nəzərdə tutulmuş kompensasiyaların ödənilməsini tələb edə bilər. Lakin hazırkı halda, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən kompensasiyaların bilavasitə əmlak formasında (naturada) deyil, pul ilə ödənilməsi nəzərdə tutulduğundan iddiaçının hazırkı məzmunda tələbi (dövlət ehtiyacları üçün alınan fərdi yaşayış evi əvəzinə “Ağ Şəhər” ərazisində yaşayış sahəsi verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi) təmin edilə bilməz. Həm də nəzərə alınmalıdır ki, iddiaçının bilavasitə iddia etdiyi “Ağ Şəhər” ərazisində inşa edilən yaşayış binalarına (onların tərkib hissələrin ə) münasibətdə cavabdeh sərəncam vermək səlahiyyətinə malik olmalıdır. Yuxarıda istinad edilən Qanunun 29.2-ci maddəsinin də tələbi nəzərə alındıqda, ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddiaçıya izah etmişdir ki, cavabdeh orqandan xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi və qanuni istifadədə olan torpaq sahəsinin dövlət layihəsinin həyata keçirilməsi ilə əlaqədar zərərli təsirə məruz qalması ilə əlaqədar pul ödənişi formasında qanunla nəzərdə tutulmuş qaydada kompensasiya tələb etmək, kompensasiya ödənişinin təmin edilmədiyi və ya məbləği ilə razı olmadığı halda, təklif olunan konkret kompensasiya məbləğini məhkəmə qaydasında mü bahisələndirmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı hazırda qanuni istifadəsində olan 0,1 ha torpaq sahəsinə görə 30.000 manat kompensasiya tələb etsə də, məhkəmə hesab edir ki, istifadədə olan torpaq sahəsi inzibati orqan tərəfindən təyin edilmiş müvafiq qiymətləndirici şirkət tərəfindən üzərindəki fərdi yaşayış evi ilə birlikdə qiymətləndirilərək dəyəri ödənilməli olduğundan və hazırda iddiaçı ona məxsus daşınmaz əmlakın məruz qaldığı zərərli təsirlə əlaqədar pul formasında deyil, əmlak formasında kompensasiya ödənilməsini tələb etdiyindən istifadədə olan torpağa görə bazar dəyəri ilə ayrıca kompensasiya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Be lə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İddiaçının əmlak formasında kompensasiya verilməsi barədə iddiası məhkəmə tərəfindən təmin edilmədiyindən inzibati orqan tərəfindən digər yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı ödənilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Bununla yanaşı, məhkəmənin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddə alarından irəli gələn və bu qərarda ifadə edilən hüquqi mövqeyi cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququna təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin tələbinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlə rə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(103)-1926/2019 nömrəli qərarı qismən - iddiaçıya məxsus evə dair çıxarışın və texniki pasportun qaytarılması tələbinə aid hissədə ləğv edilir. Cavabdehin üzərinə iddiaçıya məxsus - Bakı şəhəri, Turşu küçəsi, 25/3 ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun iddiaçıya qaytarılması öhdəliyi qoyulur. Şikayət qalan hissədə təmin olunmur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3484/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3484/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver