Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3485/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3485/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: alınan əmlakın əvəzinə cavabdehlərə son illərin formalaşmış məhkəmə təcrübəsinə uyğun kompensasiya ödənilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməklə mənzilin boşaldılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1674/2019 saylı qərarından Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmas ını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqanın müəyyən edildiyini, qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi 7 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə İddiaçı müəyyən edildiyini, qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etdiyini və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edildiyini, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi 7 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olduğunu, həmin mənzil (əmlak) qey d olunan Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarın təsirinə düşdüyünü, cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə mülkiyyətçi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərildiyini, iddiaçı, Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi 7 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci ıl tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə c avabdehə 80,216 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirilsə də, lakin cavabdehin təklif olunan kompensasiyanı almaqdan imtina etdiyini bildirərək, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan tərəfindən əldə olunmasının təsdiq edilməsi və həmin ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 48.866 manat və “xxxx” MMC-yə 31.350 manat məbləğində kompensasiya ödənilməklə mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-725/2019 saylı tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1674/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehlər Cavabdeh və “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntu suna yol verilmiş, qanunvericilik əmlakın dövlət ehtiyacları üçün alınması zamanı ilk növbədə, mülkiyyətçi ilə alqı-satqı müqaviləsi bağlanması və əmlakın dəyərinin ödənilməsi şərtlərini qoymuş, lakin İddiaçı onlarla heç bir alqı-satqı müqaviləsi bağlamadan, yaşayış sahəsinin dəyərini ödəmədən, tamamilə qanunsuz şəkildə cavabdehlərə məxsus olan daşınmaz əmlakın bir hissəsini sökmüş, bundan əlavə İddiaçı tərəfindən hesablanmış kompensasiya məbləği də ədalətli şəkildə müəyyənləşdirilməmiş, belə ki, daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş “xxxx” MMC tərəfindən mənzilə ümumiyyətlə baxış keçirilməmiş, mənzilin faktiki sahəsi ölçülməmiş, həmçinin evin bütün otaqları əsas sahə olaraq cavabdehlərin istifadəsində olduğu halda, “xxxx” MMC-nin “Qiymətləndirmə hesabatında” bu otaqlardan 31,46 kv.m. sahəyə malik bir otaq əsas sahə kimi qiymətləndirilmiş, qalan otaqlar isə heç bir qanuni əsas olmadan köməkçi sahə, anbar, giriş, yeni tikili, anbar yeni tikili adı ilə qiymətləndirilmiş, həmin evin texniki pasportuna görə otaqlar yaşayış otağı olaraq göstərilmiş, bundan başqa cavabdehlərin istifadəsində olan 9,9 kv.m. sahəyə malik bir otaq, hansı ki, həmin otaq evin texniki pasportunda da əksini tapmış, “xxxx” MMC-nin “Qiymətləndirmə hesabatında” ümumiyyətlə qiymətləndirilməmiş, bu otaq Yasamal RİH-in işçiləri tərəfindən özbaşına sökdürülmüş olsa da, söküntünün qalıqları hələ də qalmaqdadır, “xxxx” MMC-nin “Qiymətləndirmə hesabatına görə cavabdehlərin istifadəsində olan evin qiymətləndirilməsi də qətiyyən real bazar qiymətlərinə uyğun deyildir, 31,46 kv.m. və 12,89 kv.m. sahəyə malik iki otağın kvadrat metri 1.250 manatdan, qalan 3 otağın, hər birinin sahəsi kvadrat metri 333,33 manatdan qiymətləndirilmiş, cavabdeh tərəfindən “xxxx” MMC-yə müraciət olunmuş və həmin qurumdan mütəxəssis rəyi alınmış, rəyə görə mütəxəssislər iddianın predmeti olan ərazidə olmaqla ölçü işləri və çəkilişlər aparmış, qanunvericiliyə və elmi əsaslara söykənməklə həmin ərazidə mövcud olan daşınmaz əmlakı real bazar qiymətlərinə müvafiq şəkildə qiymətləndirmişlər, cavabdehlər istifadələrində olan daşınmaz əmlakın “xxxx” MMC-nin verdiyi rəydə göstərilən şəkildə 149.300 manat məbləğində dəyərləndirilməsini ədalətli hesab edirlər, Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə müəyyən olunmuş 20 faiz əlavə, həmçinin 2 aylıq kirayə haqqı və köçmək xərci d ə nəzərə alınmaqla, onlara 179.160 manat məbləğində kompensasiya ödənilməlidir. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəz ərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə ara şdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1674/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 78,1 kv.m. yaşayış sahəsindən ibarət olan 6 otaqlı mənzil cavabdeh “xxxx” MMC-nin (1 otaq, 20,9 kv.m.), Cavabdeh (1 otaq, 10,8 kv.m.) və X2 (4 otaq, 46,4 kv.m.) xüsusi mülkiyyətindədir (MH ******* nömrəli xxxx 2006-cı il tarixli çıxarış), Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» xxxx 2018-ci il tarixli, 51 nömrəli qərarına əsasən Bakı şəh əri, Yasamal rayonu ərazisində vətəndaşlara məxsus X1, X2, X3 və X4 küçələri arasındakı ərazidə 1.130 ədəd, Nəriman Nərimanov prospekti, X1, X2 və X3 küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Yasamal RİH müəyyən edilmiş, qərarın icrası məqsədi ilə iddiaçıya göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılmış, iddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınmas ı haqqında» AR Qanununun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə «xxxx» MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan ev Nazirlər Kabinetinin xxxx 2018-ci il tarixli Qərarının təsiri altına düşür, bu səbəbdən, könüllü alqı-satqı yolu ilə cavabdehə məxsus daşınmaz əmlakın satın alınmasına razılıq barədə alan orqan qismində iddiaçı tərəfindən bildiriş göndərilmiş, müstəqil q iymətləndirici «xxxx» MMC müqayisə metodlu araşdırma nəticəsində xxxx 2018-ci il tarixdə tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiymətini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xxxx 2007-ci il tarixli, ******* nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hesablayaraq, onlara cəmi 80.216 manat (əsas sahə 31,46 kv.m. x 1.500 manat = 47.190 manat + köməkçi sahə 12,89 kv.m. x 1.500 manat = 19.335 manat + anbar 3,51 k v.m. x 400 manat = 1.404 manat, giriş yeni tikili 16,3 kv.m. x 400 manat = 6.520 manat, anbar yeni tikili 8,12 kv.m. x 400 manat = 3.248 manat, metlax döşəmə 36 kv.m. x 16,66 manat = 720 manat, dəmir darvaza 1 x 500 = 500 manat, daş hasar 5,97 x 50 = 299 manat + 1.000 manat iki aylıq kirayə haqqı və köçmək xərci) məbləğində kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmiş (xxxx 2018-ci il tarixli akt), "xxxx” MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata görə, Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən daşınmaz əmlakın xxxx 2019-cu il tarixə bazar dəyəri 149.300 mana t təşkil edir, qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur, Cavabdeh apellyasiya şikayətində evin sahəsinin və təklif olunan kompensasiya məbləğinin az olmasını, eləcə də 179.160 manat məbləğində kompensasiyanın ödənilməsini qeyd etsə də, çıxarışa əsasən cəmi 31,7 kv.m. (2 otaq) olan sahəyə ekspert qrupu tərəfindən 12,89 kv.m. də əlavə olunmuş və həmin sahəyə görə də mülkiyyətçilərə 1.500 manatdan kompen sasiya məbləği hesablanmış, cavabdehlər iddiaçıya qarşı bu tələbə dair qarşılıqlı iddia ilə çıxış etməmişlər, hazırda baxılan tələbin məbləği isə Cavabdeh 48.866 manat, “xxxx” MMC-yə 31.350 manatdır, həmçinin "xxxx” MMC-nin rəyində bütöv əmlakın (72,28 kv.m.) 15.01.2019-cu il tarixə bazar dəyərinin 149.300 manat təşkil etdiyi qeyd olunmuş, onun da 46,4 kv.m-i (4 otaq) digər paylı mülkiyyətçi P.Nəzərovanın xüsusi mülkiyyətindədir, beləliklə, cavabdeh tərəfindən iddiaçının əmlakına müdaxilə qanuni olmuş, mübahisəli əmlakın əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsi maraqlar arasında lazımi tarazlıq gözlənilmiş, alınan əmlakın əvəzinə iddiaçıya son illərin formalaşmış məhkəmə təcrübəsinə də uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə k ollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq i cra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələ blərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiy ası yaradılır; 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək komp ensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın a lınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alın masına razılığı barədə bildiriş göndərir; 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Sporrong və Lönnroth İsveçə qarşı» işi ilə bağlı İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, ictimai marağın nə olduğunun müəyyən edilmə sində milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər.... İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir.... Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər. «X1rşı» işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və iş ə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin mülkiyyətində olan evin Nazirlər Kabinetinin xxxx 2018-ci il tarixli Qərarının təsiri altına düşdüyünü, müstəqil qiymətləndirici «xxxx» MMC-nin xxxx 2018-ci il tarixli Qiymətləndirmə hesabatına əsasən cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiymətini nəzərdə tutulan bütün əlavələrlə birlikdə hesablanaraq, onlara cəmi 80.216 manat məbləğində kompensasiya ödənilməli olduğunu, alınan əmlaka sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olun duğunu, beləliklə, cavabdeh tərəfindən iddiaçının əmlakına müdaxilənin qanuni olduğunu, mübahisəli əmlakın əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsi maraqlar arasında ədalətli tarazlığın gözlənildiyini, alınan əmlakın əvəzinə cavabdehlərə son illərin formalaşmış məhkəmə təcrübəsinə də uyğun olan ağlabatan məbləğdə kompensasiyanın ödənildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərin kassasiya şikayətində istinad etdikləri “xxxx” MMC-nin hesabatında cavabdehlərə məxsus daşınmaz əmlakla bərabər digər mülkiyyətçi P.Nəzərovaya məxsus 46,4 kv.m sahənin birlikdə dəyərinin 149.300 manat təşkil etdiyi göstərildiyindən, kassasiya şikayətinin buna dair dəlilləri də əsaslı hesab edilə bilməz. Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1674/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1674/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3485/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3485/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver