Məhkəmə qərarları › İş №2-1(102)-3486/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3486/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3486/2019 11.12.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: müddətin ötürülməsinə görə kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pensiyanın yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 201 9-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1839/2019 saylı 25 iyul 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamışdır. Cavabdeh 05.09.2019-cu il tarixdə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2-1(102)-3486/19 saylı məktubla cavabdehə məlumat verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 11.12.2019-cu il tarixdə baxılacaq və həmin tarixədək prosessual müddətin ötürülməməsini təsdiq edən sənədlərin və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. 11 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə cavabdehə 14.09.2019-cu il tarixdə təqdim olunmuşdur (iş v. 124). Lakin həmin qərardaddan kassasiya şikayəti 25.10.2019-cu il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1 maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Hazırkı iş üzrə cavabdeh 11 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə prosessual müddətin ötürülməməsini təsdiq edən sənədləri və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2449/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar