Məhkəmə qərarları › İş №2-1(102)-3487/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3487/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3487/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qarad ağ rayon Şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 28.10.1974-cü ildən əmək fəaliyyətinə başlamış, 1975-ci ilin noyabr ayından 05.12.1977-ci ilə qədər hərbi xidmətdə olmuş, 23.01.1978-ci ildən 23.03.1978-ci ilə qədər «X» Trestinin «X11» Kəşfiyyat Qazma İdarəsində nasos qurğularının maşinisti, 23.03.1978-ci ildən 15.10.1979-cu ilə qədər təmirçi-çilingər, 15.10.1979-cu ildən 01.10.1985-ci ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 01.10.1985-ci ildən 02.01.1989-cu ilə qəər yüksəkgərginlikli xətlərə xidmət üzrə baş mühəndis, 02.01.1989-cu ildən 15.10.1990-cı ilə qədər Təmir icarə sexinin rəis müavini, 17.10.1990-cı ildən 17.06.1991-ci ilə qədər «X13» Layihə-konstruksiya Texniki İnstitutunda, 20.06.1991-ci ildən 30.12.1991-ci ilə qədər Bakı İxtisaslaşdırılmış Təmir idarəsində, 08.01.1992-ci ildən 12.03.1993-cü ilə qədər «X» tresti «X11» Kəşfiyyat Qazma İdarəsində elektrik avadnlıqlarına xidmət üzrə elektrik montyoru, 12.03.1993-cü ildən 01.11.1999-cu ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə böyük mexanik, 01.11.1999cu ildən 23.03.2000-ci ilə qədər sex rəisinin müavini, 23.03.2000-ci ildən 01.02.2004-cü ilədək «X» tresti «X15» X3 İdarəsində avadanlıqların təmiri və istismarı üzrə mexanik, 01.0 2.2004-cü ildən 01.10.2004-cü ilədək Elektrik təchizatı və elektrik avadanlıqları təmiri kirayə sexinin rəisi, 01.10.2004-16.10.2006-cı illərdə Qazma sexinin Elektrik avadanlıqları təmiri sahəsində sahə rəisi, 16.10.2006-cı ildən 01.06.2007-ci ilə qədər «X» tresti «X3» Qazma işləri İdarəsində qazma ustası, 01.06.2007-ci ildən 11.02.2009-cu ilə qədər «X» Tresti «X15» X3 İdarəsində baş energetika şöbəsində mexanik, 11.02.2009-cu ildən 25.08.2010-cu ilə qədər elektrik avadanlıqlarının təmiri sexinin rəisi, 25.08.2010-cu ildən 03.02.2014-cü ilə qədər baş energetika şöbəsində mühəndis işləmiş, 04.02.2014-cü ildən 18.07.2018-ci ilədək «X» tresti «X16» İstehsalat Bölümü 2150 saylı Dəniz stasionar özülündə elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində, 18.07.2018-ci ildən hazırki vaxta qədər «X» İstehsalat Bölümü 1541 saylı meydançada nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis vəzifəsində işləyir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə ərizə ilə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 10.06.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, 01.01.2006-cı ilədək dəniz şəraitində 10 il güzəştli iş stajı olmadığından 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 01.05.2008-ci ildən, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2817/2019 saylı, 07.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 52 yaşı tamam olduğu tarixdən, yəni 01.05.2008-ci ildən, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2817/2019 saylı, 07.07.2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2817/2019 saylı, 07.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı uzun müddət “X» və «X13» Qazma işləri İdarəsində işlədiyində o dövrdəki peşələr dənizdə neft və qaz çıxarılması ilə məşğul olduğundan iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tar ixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın X Bölməsindəki peşələrə uyğunlaşdırılmalıdır. Bu hal ARDNŞ tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Belə ki, iddiaçının 23.03.1978-ci ildən 15.10.1979-cu ilə qədər təmirçi çilingərişlədiyi vəzifə müvafiq olaraq həmin 1 №-li Siyahının X Bölməsinin 1-ci yarımbölməsinin 1100000a-18559 “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” şifrinə, 15.10.1979-cu ildən 01.10.1985-ci ilə qədər və 08.01.1992ci ildən 12.03.1993-cü ilə qədər elektrik avadnlıqlarına xidmət üzrə elektrik montyoruişlədiyi vəzifə 1100000a- 19861 «bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları», 23.03.2000-ci ildən 01.02.2004-cü ilədək işlədiyi avadanlıqların təmiri və istismarı üzrə mexanikğ vəzifəsi 1100000b-23485 «quyuların qazılması üzrə istehsalat proseslərində quyluranı əsaslı təmiri ilə, qüllə quraşdırılmasında quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər» şifrinə uyğundur. İddiaçının zərərli əmək şəraitində işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısında nəzərdə tutulmuşdur. 20 ildən çox ümumi, 10 ildən çox zərərli əmək stajın a malik olan iddiaçıya onun 52 yaşının tamam olduğu vaxdan güzəştli şərtlərlə pensiya hesablanmalı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsinə əsasən İddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilmişdir. Çünki İddiaçı 1978-ci ildən 2000-ci il tarixədək işlədiyi X1 idarəsi dənizdə deyil, quruda fəaliyyət göstərir və oradakı vəzifə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüqüq verən peşə və vəzifələrin 2№-li siyahısında nəzərdə tutulmuşdur. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8 maddəsinə əsasən şəxsin 01.01.2006 ci il tarixə kimi 20 il ümumi, 10 il AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən 1 № li siyahısına əsasən güzəştli stajı olduqda 52 yaşında pensiya hüququ vardır. Lakin İddiaçı 1 №-li siyahı üzrə iş stajı yalnız 2000-2006 ci illərdə X2 işləri idarəsində işlədiyi dövrdür ki, bu da 10 il deyil 5 il 9 ay təşkil edir. Kassator İPM-nin 92.0.6, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağı dakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsaaxırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1dək 20 il ümumi iş stajı və Azərbaycan Respublikas ının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə 10 il xüsusi iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 28.10.1974-cü ildən əmək fəaliyyətinə başlamış, 1975-ci ilin noyabr ayından 05.12.1977-ci ilə qədər hərbi xidmətdə olmuş, 23.01.1978-ci ildən 23.03.1978-ci ilə qədər «Kompleks qazma işləri» Trestinin «Qobustan» Kəşfiyyat Qazma İdarəsində nasos qurğularının maşinisti, 23.03.1978-ci ildən 15.10.1979-cu ilə qədər təmirçi-çilingər, 15.10.1979-cu ildən 01.10.1985-ci ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 01.10.1985-ci ildən 02.01.1989-cu ilə qəər yüksəkgərginlikli xətlərə xidmət üzrə baş mühəndis, 02.01.1989-cu ildən 15.10.1990-cı ilə qədər Təmir icarə sexinin rəis m üavini, 17.10.1990-cı ildən 17.06.1991-ci ilə qədər «Bakıbaştikinti» Layihə-konstruksiya Texniki İnstitutunda, 20.06.1991-ci ildən 30.12.1991-ci ilə qədər Bakı İxtisaslaşdırılmış Təmir idarəsində, 08.01.1992-ci ildən 12.03.1993-cü ilə qədər «Kompleks qazma işləri» tresti «Qobustan» Kəşfiyyat Qazma İdarəsində elektrik avadnlıqlarına xidmət üzrə elektrik montyoru, 12.03.1993-cü ildən 01.11.1999-cu ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə böyük mexanik, 01.11.1999-cu ildən 23.03.2000-ci ilə qədər sex rəisinin müavini, 23.03.2000-ci ildən 01.02.2004-cü ilədək «Kompleks qazma işləri» tresti «Pirallahı» X3 İdarəsində avadanlıqların təmiri və istismarı üzrə mexanik, 01.02.2004-cü ildən 01.10.2004-cü ilədək Elektrik təchizatı və elektrik avadanlıqları təmiri kirayə sexinin rəisi, 01.10.2004- 16.10.2006-cı illərdə Qazma sexinin Elektrik avadanlıqları təmiri sahəsində sahə rəisi, 16.10.2006-cı ildən 01.06.2007-ci ilə qədər «Kompleks qazma işləri» tresti «Abşeron» Qazma işləri İdarəsində qazma ustası, 01.06.2007-ci ildən 11.02.2009-cu ilə qədər «Kompleks Qazma işləri» Tresti «Neft Daşları» X3 İdarəsində baş energetika şöbəsində mexanik, 11.02.2009-cu ildən 25.08.2010-cu ilə qədər elektrik avadanlıqlarının təmiri sexinin rəisi, 25.08.2010-cu ildən 03.02.2014-cü ilə qədər baş energetika şöbəsində mühəndis işləmiş, 04.02.2014-cü ildən 18.07.2018-ci ilədək «Kompleks qazma işləri» tresti «Neft Daşları» İstehsalat Bölümü 2150 saylı Dəniz stasionar özülündə elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində, 18.07.2018-ci ildən hazırki vaxta qədər «Neft Daşları» İstehsalat Bölümü 1541 saylı meydançada nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis vəzifəsində işləyir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısında nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 07.06.2017-ci il tarixli SOCAR**********81200598X00078 №-li arayışına istinad etmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, iddiaçı “Kompleks qazma işləri” tresti “Q obustan” Kəşfiyyat Qazma İdarəsində, “Kompleks qazma işləri” tresti “Pirallahı” X3 İdarəsi, “Kompleks qazma işləri” tresti “Abşeron” Qazma İşləri İdarəsi, “Kompleks qazma işləri” tresti “Neft Daşları” X3 İdarəsində çalışmışdır. «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın X bölməsində “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” sahəsi üzrə vəzifə və peşələr nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 07.06.2017-ci il tarixli SOCAR**********81200598X00078 №-li arayışında iddiaçının yalnız 23.03.2000-ci ildən 16.10.2006-cı ilədək işlədiyi “Pirallahı” X3 İdarəsi dənizdə fəaliyyət göstərən idarə olmuş, Pirallahı” X3 İdarəsinə keçənədək isə iddiaçı “Qobustan” Kəşfiyyat Qazma İdarəsində işləmiş (1978-2000-ci illərdə), həmin İdarənin isə dənizdə fəaliyyət göstərməsini sözügedən arayış əsasında müəyyən etmək mümkün deyildir. Halbuki, iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi üçün onun dənizdə fəaliyyət göstərən neft idarəsində 10 il güzəştli iş stajı olmalıdır. Çünki dəniz neftçilərindən başqa digər neftçilərin güzəştli iş stajı 2 nömrəli Siyahının Xİİ bölməsinə əsasən (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) müəyyən edilir və 2 nömrəli siyahı əsasında 57 yaşdan pensiya təyin olunur ki, iddiaçıya artıq 57 yaşdan pensiya təyin edilmişdir. İşə baxan apellyasiya ins tansiya məhkəməsi isə iddiaçının işlədiyi “Qobustan” Kəşfiyyat Qazma İdarəsinin dənizdə fəaliyyət göstərən idarə olmasını müəyyən etmək istiqamətində araşdırma aparmadan, iddiaçının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı» üzrə 10 il güzəştli iş stajı olması nəticəsinə gəlmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış və qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya isntansiya məhkəməsi iddiaçının Qobustan” Kəşfiyyat Qazma İdarəsinin dənizdə fəaliyyət göstərən idarə olmasını müəyyən etmək istiqamətində araşdırma aparmaqla iddia tələbinə qiymət verməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2224/18 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar