Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2017 14.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-349/2017) Bakı şəhəri 14 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X5 ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı“ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(106)297/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Salyan rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli qətnaməsindən çıxarışa əsasən 04 fevral 1999-cu il tarixdə anadan olmuş Fərəh Qəhrəmanovanın 16.08.1959-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Primorsk qəsəbəsində doğulmuş İddiaçı övladlığa verilməsi, Fərəh Qəhrəmanovanın doğum haqqında şəhadətnaməsində soyadı Qəhrəmanova, ata adı Qəhrəman, ana adı Səadət göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi q ət edilmişdir. Məhkəmənin 02 dekabr 2013-cü il tarixli qətnaməsi 14 yanvar 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Doğum haqqında 30.08.2014-cü il tarixli şəhadətnaməyə əsasən X3 04.02.1999-cu ildə Salyan rayonunda anadan olmuş, valideynləri qrafasında atası X4, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Ölüm haqqında 03.07.2006-cı il tarixli şəhadətnaməyə əsasən iddiaçının atası X4 01 iyul 2006-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İddiaçı cavabdehə müraciət edərək övladlığa götürdüyü uşaq üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh 17.12.2015-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Əmək pensi yaları haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Salyan rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli qətnaməsinin çıxarışından göründüyü kimi Fərəh Qəhrəmanova 01.07.2006-cı il tarixdə vəfat etmiş X2 deyil, iddiaçıya övladlığa verildiyi üçün iddiaçının ailə başçısını itirməyə görə (övladlığa götürdüyü uşaq üçün) əmək pensiyası hüququ yoxdur. İddiaçı 08 aprel 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin hərəkətlərini qanunsuz hesab etməklə X1 verilməli olan müavinət pullarının alınıb iddiaçıya verilməsi və bu öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli qətnaməsi ilə 04.02.1999-cu ildə anadan olmuş Fərəh Qəhramanovanı övladlığa götürmüşdür. Həmin qətnamədə uşağın ata adı yerinə iddiaçının atasının adı yazılmışdır. İddiaçının atası uşağın atası kimi yazılmasına baxmayaraq atası vəfat etdikdən sonra uşağa müavinət verilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 may 2016-cı il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(86)78 5/2016 saylıiş) 26 may 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. İş materiallarından göründüyü kimi Salyan rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Fərəh Qəhrəmanova 01.07.2006-cı il tarixdə vəfat etmiş X2 deyil, İddiaçı övladlığa verilmiş və iddiaçının istəyi ilə övladlığa götürülmüş Fərəh Qəhrəmanovanın doğum haqqında şəhadətnaməsində ata adı X4 yazılmışdır. Fərəh Qəhrəmanova mərhum Qəhrəman Qəhrəmanov tərəfindən övladlığa götürülmədiyi üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olmadığ ı nəzərə alınaraq, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarı ilə razılaşan Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X7 və X10, 2-1(106)297/2016 saylı iş) 04 oktyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 11 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsibarədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verməklə ilk əvvəl mülki prosesin çəkişmə prinsipini pozmuş, bununla da iddiaçının təminat verilmiş məhkəmə müdafiəsi hüququnu məhdu dlaşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirilməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış və nəticədə mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi tələskənliyə yol verməyərək tərəflərin çəkişmə prinsipinə əməl etmiş olsaydı, onun apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sübutları araşdırmaq imkanı yaranacaq və iş üzrə düzgün qərara gəlmək üçün bütün əhəmiyyətli hallar müəyyənləşmiş olacaqdı. İşdə olan sənədlərlə tanış olarkən müəyyən edilmişdir ki, işin faktiki hallarını və sadalanan mülki qanunvericilik aktları normalarının tələblərini nəzərə almaqla belə hesab etmək olar ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni bir qərar qəbul edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ankerlin işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onların işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə i şə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM -in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan ailə başçısını itirməyə görə ona pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanması na səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunun da nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin ça tdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hes ab edilir. İşin 62-ci səhifəsində iddiaçı və nümayəndəsinin adına məhkəmə iclasının 04 oktyabr 2016-cı il tarixə təyin edilməsi barədə 30 avqust 2016-cı il tarixli bildiriş mövcud olsa da, həmin bildirişin həqiqətən göndərilməsi və iddiaçı, yaxud nümayəndəsi tərəfindən alınması barədə işdə hər hansı sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi 04 oktyabr 2016-cı il tarixli məhkəmə iclasının protokolunda qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məlumat verilməsi və işə baxılması vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər gəlmədiyindən MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması qeyd edilmişdir. Halbuki, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarına uyğun iddiaçı tərəfin məhkəmə iclasının vaxtı barədə məlum at verilməsi işdə olan hər hansı sənədlə təsdiq edilmir. İPM-in 92.0.2-ci maddəsinə görə proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda, məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. İşə baxılarkən iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, qanunla müəyyən edilmiş qaydada tərəflərin iştirakı təmin edilməklə apellyasiya şikayətinə yenidən apellyasiya qaydasında baxılmalıdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq q ərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(106)-297/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “05” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-349/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-349/2017
14.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver