Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-349/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi tələbinə dair inzibati iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2600/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh icra məmuru Elçin Həsənov tərəfindən qəbul edilmiş 08 yanvar 2018-ci il tarixli qərarın ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2240/2016 saylı, 09 iyun 2016-cı ıl tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2-1(82)1437/2018 saylı qərardadı ilə (hakim: X.X.İmanov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2600/20108 saylı iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apelly asiya şikayətinin qəbulundan imtina olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən qeyri-mümkün hesab edilməlidir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqdisadi Kollegiyası 23.10.2018-ci il tarixli, 2-1(103)-2600 2018 saylı qərardadında qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı rabitə orqanı vasitəsi ilə iddiaçıya 30.08.2 018-ci il tarixində rəsm qaydada verilmişdir. Qərardaddan apellyasiya şikayəti vermə müddəti 09 sentyabr tarixində bitmiş, iddiaçı isə apellyasiya şikayətini 10 sentyabr tarixində birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iş üzrə vacib məqamı nəzərə almamışdır. Qeyd edildiyi kimi 09.09.2018-ci il tarixi qeyri - iş gününə təsadüf etdiyindən, yəni bazar günü olduğundan, apellyasiya şikayəti məhkəməyə 10.09.2018-ci il tarixində təqdim edilmişdir. Beləliklə də iddiaçı tərəf hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmədiyi halda, onun şikayəti əsassız olaraq mümkünsüz hesab edilmiş, işə baxılarkən prosessual hüquq normaları düzgün tətbi edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaç ının nümayəndəsi E.Tanrıverdiyev məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatına dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlillə ri əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı rabitə orqanı vasitəsilə iddiaçıya 30 avqust 2018-ci il tarixində rəsmi qaydada (ştrix kod: SS527125484AZ) verilmişdir. Qərardaddan apellyasiya şikayəti verilməsi müddəti 09 sentyabr 2018-ci il tarixində bitmişdir. Lakin iddiaçının apellyasiya şikayəti 10 sentyabr 2018-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə apellyasiya şikayətinin vaxtında verildiyinə dair hər hansı sübut təqdim edilməsi təklif edilsə də, nümayəndə bununla bağlı sübut təqdim edə bilməmişdir, eyni zamanda müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. M əhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, həqiqətən də iddiaçı birinci instansiya məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərardadını SS527125484AZ saylı poçt xəbərnaməsinə əsasən 30 avqust 2018-ci il tarixdə almış, 10 sentyabr 2018-ci il tarixdə isə iddiaçı tərəfindən apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin: 129.2-ci maddəsinə əsasən, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, 09 sentyabr 2018-ci il tarixi qeyri-iş gününə (istirahət günü) təsadüf etdiyindən, apellyasiya şikayəti verilməsi müddəti iddiaçıya münasibətdə ondan həmin tarixdə deyil, sonrakı iş günündə, yəni 10 sentyab r 2018-ci il tarixdə bitmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış, iddiaçıya münasibətdə şikayət verilməsi müddətinin 09.09.2018-ci il tarixdə bitməsinə istinad edərək apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsi ilə razılaşmır. Ona görə də hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən həmin qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2600/2018 saylı iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. Sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-349/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-349/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver