Məhkəmə qərarları › İş №2-1(102)-349/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-349/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hakimlər məzuniyyətə çıxdıqdan sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi, işləyən dövrdə müavinət və müalicə pulunun alınmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2257/2019 saylı, 23 oktyabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 28.09.1992-ci il tarixdən 03.12.2000-ci il tarixədək Füzuli Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş, 2000-ci ildə ədliyyə mayoru rütbəsi daşımışdır. “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən, iddiaçı 04.09.2000-ci il tarixdən mayor rütbəsi ilə Füzuli qarnizonu hərbi tribunalın hakimi vəzifəsinə uyğun olaraq 22 il 10 ay 29 gün xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. “Pensiyaçının uçot vərəqi”nə əsasən iddiaçıya 17.07.2010-cu il tarixdən (vəzifə maaşı - 1142 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 15% -190 manat 80 qəpik və ərzaq təminatı - 64 manat olmaqla, təminat xərcliyinin cəmi 1526 manat 80 qəpik məbləğindən 56% - 85 5 manat 01 qəpik), 01.12.2013-cü il tarixdən (vəzifə maaşı 1325 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 15% - 218 manat 25 qəpik və ərzaq təminatı - 64 manat olmaqla, təminat xərcliyinin cəmi 1737 manat 25 qəpik məbləğindən 56% - 972 manat 86 qəpik), 01.03.2018-ci il tarixdən (vəzifə maaşı - 1460 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 15% - 238 manat 50 qəpik və ərzaq təminatı - 64 manat olmaqla, təminat xərcliyinin cəmi 1892 manat 50 qəpik məbləğindən 56% - 1059 manat 27 qəpik) pensiya yenidən hesablanmışdır. Cavabdehin 22.02.2019-cu il tarixli məktubu ilə iddiaçının 15.02.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xə rcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 04.09.2000-ci il tarixində mayor rütbəsi ilə Füzuli qarnizonu hərbi tribunalın hakimi vəzifəsinə uyğun olaraq 22 il 10 ay 29 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyası onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qeyd olunanları nəzərə alınaraq, iddiaçıya işlədiyi müddətdə ödənilmiş müavinətin vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilm ədiyindən əmək pensiyanın ümumi məbləğində nəzərə alınması mümkün hesab edilmir. İddiaçı 18 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyatda olan mayor kimi iddiaçıya təyin olunan pensiya məbləğinin hərbi məhkəmə hakimlərinin vəzifə maaşı, onlara ödənilən digər əlavələr, artımlar, müavinətlər, müalicə xərcləri və s. nəzərə alınmaqla yenidən hesablanmasının təmin olunması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.09.1992-ci il tarixdən 03.12.2000ci il tarixədək Füzuli Hərbi Məhkəməsinin (əvvəllər Füzuli Qarnizonu Hərbi Tribunalı, Füzuli və Qubadlı Qarnizonları Hərbi Məhkəməsi, hazırda isə Füzuli Hərbi Məh kəməsi) hakimi vəzifəsində işləmişdir. 2000-ci ildə ədliyyə mayoru rütbəsi daşımış, həmin ildə ştat ixtisarına görə ehtiyata buraxılmışdır. Xidmətdə olduğu illərə görə iddiaçıya cavabdeh tərəfindən hakimlik stajı nəzərə alınmaqla əmək pensiyası təyin olunmuşdur. Lakin pensiya təyin edilərkən və sonradan hesablanarkən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, iddiaçıya “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən Füzuli Hərbi Məhkəməsinin sabiq hakimi kimi 2000-ci ilin sentyabr ayından pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, pensiyanın təyin olunması zamanı və sonrakı müddətlərdə qanunvericiliyin tələblərinə əməl edilməmiş və pensiya məbləği səhv hesablanmışdır. Çünki hazırkı və iddiaçıya pensiya təyin olunarkən qüvvədə olmuş müvaf iq qanunvericiliyinin tələblərinə görə pensiya məbləği hesablanarkən hakimlərə verilən vəzifə maaşı bütün əlavələrlə (artımlar da nəzərə alınmaqla) birgə hesablanmalı, orta aylıq əmək haqqı müəyyən edilməli və yalnız bundan sonra yekun məbləğ müəyyənləşdirilməli idi. İddiaçı hərbi məhkəmə hakimi vəzifəsinə malik olmaqla yanaşı, həm də ədliyyə mayoru rütbəsi daşımaqla hərbi xidmət keçmişdir və bu rütbədə ştat ixtisarı əsası ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunmuşdur. Hərbi məhkəmə hakiminin gəliri vəzifə maaşından (hazırda 1460 manat), xidmət stajına görə əlavədən, iki aylıq əmək haqqı məbləğində müavinətdən, müalicə üçün bir il ərzində (hər il) verilən iki aylıq əmək haqqı məbləğində olan müalicə pulundan, vəzifə maaşının 15 faizi miqdarında (219 manat) aylıq (v ergi tutulmayan) pul təminatından ibarətdir. Bütün bunlarla yanaşı ehtiyata buraxılan zabitə xüsusi rütbəyə görə və ərzaq təminatına görə də əlavə pul təminatı ödənilməlidir ki, bu da pensiya məbləğinə daxil edilir. 08 oktyabr 2010cu il tarixli qanunla birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşı 15% artırıldıqdan və pensiya qanunvericiliyində vəzifə üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması nəzərdə tutulduğundan iddiaçıya birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15% miqdarında vergilərdən azad olunan aylıq pul təminatının 01.10.2010-cu il tarixdən təyin edilmiş pensiyanın miqdarına daxil edilməli və 01.10.2010-cu il tarixdən hal-hazıra kimi yaranmış fər q iddiaçıya ödənilməli idi. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cаvаbdeh iddiаyа dаir еtirаz təqdim еdərək bildirmişdir ki, iddia tam əsasızdır. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 21.1, 22.4, 1.0.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə istinad edilərək qeyd edilir ki, bu normalarda göstərilənlərin məhz hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə şamil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamış və ümumiyyətcə hesablanma mexanizmi qeyd edi lməmişdir. Çünki məhz bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiya təminatı təminat xərcliyindən hesablanır ki, bu da özlüyündə - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının iddiası ilə bağlı əlavələrin verilməsi, “məlumat vərəqəsi”ndə öz əksini tapmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi x idmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən yeni məlumat vərəqəsi göndərilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-1831/2019 saylı iş) 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək ehtiyatda olan ədliyyə mayoru kimi iddiaçıya təyin olunan pensiya məbləğinin hərbi məhkəmə hakimlərinin vəzifə maaşı, onlara ödənilən digər əlavələr, artımlar, müavinətlər, müalicə xərcləri və s. nəzərə alınmaqla yenidən hesablanmasının təmin olunması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının məbləğini müəyyən edərkən “Məhkəmələr və hakimlər haqqında” Qanun un 107-ci və 109-cu maddələrini nəzərə almamışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6-məruzəçi, X10 və X8, 2-1(103)-2257/2019 saylı iş) 23 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçıya 1994-2000-ci illərdə hərbi məhkəmə hakimlərinin əmək haqqı artımındakı sonrakı dəyişikliklərin nəzərə alınmaqla, hakimlik stajının hər 5 ilinə görə 15% həcmində əlavə haqq (ümumilikdə 45%), hər il verilən iki aylıq əmək haq qı məbləğində müalicə pulu, iki aylıq əmək haqqı məbləğində müavinət, hərbi məhkəmə hakimi olduğundan ədliyyə mayoru rütbəsinə, hərbi xidmət illərinə görə verilən pulun və ərzaq əvəzi verilən kompensasiya nəzərə alınmaqla pensiya məbləğinin 1 yanvar 2006-cı ildən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığı ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, lakin qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinin təsviri hissəsində hərbi məhkəmə hakiminin vəzifə maaşı, xidmət stajına görə əlavə, 2 aylıq müavinət, müalicə üçün hər il verilən 2 aylıq əmək haqq məbləğində müalicə pulu, vəzifə maaşının 15 % miqdarında vergi tutulmay an pul təminatı, hərbi rütbəsinə əsasən və hərbi xidmət illərinə görə verilən ərzaq təminatına görə pul təminatının nəzərə alınmaqla yenidən hesablanmasını qeydə etsə də, iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilən tələbləri dəqiq şəkildə ifadə etməmiş, birinci instansiya məhkəməsi bununla bağlı iddia tələbini dəqiqləşdirməmiş, qərarın nəticə hissəsində “pensiya məbləğinin hərbi məhkəmə hakimlərinin vəzifə maaşı, onlara ödənilən digər əlavələr, artımlar, müavinətlər, müalicə xərcləri və s. nəzərə alınmaqla yenidən hesablanması” şəklində ümumi ifadələrlə cavabdehin üzərinə öhdəlik qoymuşdur. Halbuki, qeyd edilən şəkildə iddia tələbinin təmini gələcəkdə qərar qanuni qüvvəyə mindiyi təqdirdə qərarın icrasını qeyri-mümkün edə və yeni inzibati mübahisələrə yol aça bilər. Bu əsasdan kolle giya apellyasiya icraatı zamanı iddiaçının iddia tələbinə etdiyi dəqiqləşməni qəbul edərək iddianı apelyasiya instansiyası məhkəməsinin qərar aldı hissəsindəki şəkildə icraata qəbul etmişdir. Cavabdeh 14 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 28 noyabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsi sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. Cavabdeh hesab edirik ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qi ymətləndirilə bilməz. Ona görə ki, həmin Qanunun 106-cı maddəsi “Hakimlərin maddi təminatı” adlanır və “əmək haqqı”na aşağıdakıları daxil edir: Vəzifə maaşı (1-ci hissə); Staja və elmi dərəcəyə görə əlavə haqq (9-cu hissə); Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq pul təminatı (10-cu hissə); Birdəfəlik yardım (11-ci bənd). İddiaçının tələb etdiyi müavinətlər isə 107 və 109-cu maddələrdə təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi, 106-cı maddədə göstərərd i. Göründüyü kimi, 107 və 109-cu maddələrdəki 2 aylıq müavinət “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. Əmək Məcəlləsinin “əmək haqqı” anlayışını nəzərdə tutan 154-cü maddəsinin İ hissəsi (“Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.”) hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki həmin Məcəllənin 6-cı maddəsinin (b) bəndinə görə, Əmək Məcəlləsi məhkəmə hakimlərinə şamil edilmir. İddiaçı, ona pensiya təyin edilərkən diqqətə alınmalı ol duğunu iddia etdiyi müavinət və pul təminatını aldığını sübut edə bilməmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Füzuli qarnizonu hərbi tribunalının hakimi vəzifəsində işləmiş, 4 sentyabr 2000-ci il tarixdən ona hərbi qulluqçu (hərbi tribunalın hakimi) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1994-2000-ci illərdə hərbi məhkəmə hakimi vəzifəsində işlədiyinə istinad edərək əmək haqqı artımındakı sonrakı dəyişikliklərin: hakimlik stajının hər 5 ilinə görə 15% həcmində əlavə haqq (ümumilikdə 45%), hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu, iki aylıq əmək haqqı məbləğində müavinət, hərbi məhkəmə hakimi olduğundan ədliyyə mayoru rütbəsinə, hərbi xidmət illərinə görə verilən pulun və ərzaq əvəzi verilən kompensasiyanın nəzərə alınmaqla pensiya məbləğinin 1 yanvar 2006-cı ildən yenidən hesablanmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələbinə görə hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hak imlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Həmin Qanunun 107-ci maddəsinin birinci hissəsinin 21 oktyabr 2010-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət verilir. Həmin normanın 21 oktyabr 2010-cu ildən başlayaraq 25 iyul 2019-cu ilə qədərki redaksiyasına görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaqları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqa nı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanunun 109-cu maddəsində həmçinin qeyd edilmişdir ki, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İşdən görünür ki, iddiaçı hərbi qulluqçu (hərbi tribunalın hakimi) vəzifəsində işlədiyi dövrdə almadığı hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinətin pensiya təyini zamanı nəzərə alınmasını arzu edir. İşin mübahisə olunmayan halıdır ki, iddiaçı 2000-ci ilin sentyabr ayınadək hərbi tribunalın hakimi işlədiyi dövrdə hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinəti almamışdır. Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haq qındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ö dəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığo rta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosi al sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. İddiaçı hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinəti müvafiq olaraq pensiya təyin ediləndən əvvəl əmək haqqı və dövlət məvacibinə münasibətdə almamışdır. Həmçinin iddiaçı hərbi tribunalın hakimi vəzifəsində işlədiyi müddətdə həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (4 sentyabr 2000-ci ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələ blərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. İddia tələblərindən biri də iddiaçı hərbi tribunalın hakimi olduğuna görə ədliyyə mayoru rütbəsinə, hərbi xidmət illərinə görə verilən pulun və ərzaq əvəzi verilən kompensasiyanın nəzərə alınmaqla pensiya məbləğinin 1 yanvar 2006-cı ildən yenidən hesablanmasıdır. İddiaçıya aid uçot vərəqi və ona əlavə edilmiş sənədlərdən görünür ki, sonuncu dəfə tərtib edilmiş 18 sentyabr 2018-ci il tarixli təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmaqla pensiyası yenidən hesablanmışdır. Yəni iddiaçının pensiyası hesablanarkən sonuncu dəfə 2018-ci ilin sentyabr ayında tərtib edilmiş təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) dedikdə-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və t əminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İddiaçı barəsində təminat xərcliyi (pul təminatı) ilə bağlı tərtib edilmiş məlumatda rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası nəzərdə tutulmuşdur. Cavabdeh də öz müraciətində bildirmişdir ki, iddiaçının xidmət etdiyi dövrdə almış olduğu rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası sonrakı artımlar da nəzərə alınmaqla mütəmadi olaraq təminat xərcliyində (pul təminatında) əksini tapmışdır. İddia tələbinin digər hissəsi isə əmək haqqı artımındakı sonrakı dəyişikliklərin hakimlik stajının hər 5 ilinə görə 15% həcmində əlavə haqq (ümumilikdə 45%) nəzə rə alınmaqla pensiya məbləğinin 1 yanvar 2006-cı ildən yenidən hesablanması barədədir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası dedikdə-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. İddiaçıya 4 sentyabr 2000-ci ildə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilən zaman onun ümumilikdə 15 il hakimlik stajı olmadığından və hakimlik stajının hər 5 ilinə görə 15% həcmində əlavə haqq (ümumilikdə 45%) almadığından, əmək pensiyası təyin olunduqdan əvvəl alınan əmək haqqı və digər gəlirlər nəzərə alınmaqla təyin edilməli olduğundan, iddiaçının 4 sentyabr 2000-ci ildən sonrakı illərə görə aldığı əlavələr (hansı ki, iddiaçı hərbi qulluqçu işləyən zaman bu əlavələri almamışdır) pensiya təyini zamanı nəzərə alına bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək, iddia rədd olunmalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1 -ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2257/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar