Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə (57 yaşdan) əmək pensiyasının təyin edilməsi, dənizçi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1936/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən, o, 11.05.1980-ci ildən 13.06.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur və 16.08.1982-ci ildən hal-hazıradək müxtəlif vəzifələrdə işləyir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli **********7 saylı, 17 dekabr 2019-cu il tarixli **********4 saylı və 08 yanvar 2020-ci il tarixli **********4 saylı məktublarla iddiaçının müraciətini təmin etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 16.08.1982-ci il tarixdən 10.09.2003-cü il tarixədək çalışdığı müxtəlif adlarda motorçu, maşinist və 29.09.2004-cü il tarixdən 10.02.2009-cu il tarixədək işlədiyi növbə mexaniki vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarının 21-ci bölməsinin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “duru yanacaqla işləyən gəmi ocaqçıları - bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexanik lər” hissəsində birbaşa qeyd edilsə də, eyni zamanda 26 il ərzində əmək şəraiti xüsusilə ağır və ya zərərli olan vəzifələrdə çalışsa da, cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarı ilə (hakim: M.C.Qarayave) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək toplamış, onun 57 yaşı 06.04.2019-cu il tarixdə tamam olmuşdur. Cavabdeh pensiya təyinatı orqanı isə iddiaçının 03.02.1987-ci il tarixdən 10.09.2003-cü il tarixədək müxtəlif adlarda motorçu və maşinist işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə idd iaçının haqlı tələbini təmin etməmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1936/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: C.A.Yusifov və S.İ.Bəktaşi) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa, 08.02.198710.02.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Dəniz Limanında, hazırki "xxxx" QSC-də işlədiyi motorçu-matros, pompa maşinisti-matros, növbə mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2 007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. Cavabdeh hesab edir ki, bu səbəbdən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda s osial təminat hüququna malikdir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddin in 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının güzəştli iş stajı mübahisələndirilir.
25. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
26. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
28. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin iddiaçıya verdiyi 09.08.2019-cu il tarixli İRD 090 saylı, 19 noyabr 2020-ci il tarixli 2/02-09/1031 saylı və 22.02.2021-ci il tarixli İRD 011 saylı arayışdan görünür ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28 saylı (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin 1-ci yarımbəndinə (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020—13502), bütün adlarda motorçular (kod 23003020—14706)” bəndinə uyğundur. Bundan əlavə, iddiaçının güzəş tli pensiya üçün stajı 16 il 7 ay təşkil edir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ. Nəqliyyat (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin (Dəniz və çay donanması) 1-ci yarımbəndində (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020— 13502), bütün adlarda motorçular (kod 23003020—14706) mexaniklər, (23003020— 23484) onların köməkçiləri, baş və böyük mexaniklər” peşələri təsbit olunmuşdur.
30. İddiaçı da məhz 03.02.1987-ci il tarixdən Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən, “Bakinets” gəmisinə 1-ci dərəcəli motorçu-matros vəzifəsində, 10.02.1987-ci il tarixdən 01.03.1989-cu il tarixədək 286/л saylı 13.02.1987-ci il tarixli əmrə əsasən, “Sputnik” gəmisində 1-ci dərəcəli motorçu matros; 01.03.1989-cu il tarixdən 18.07.1990-cu il tarixədək 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən, “Buxtoviy” gəmisində 1-ci dərəcəli motorçu - matros; 18.07.1990-cu il tarixdən 21.09.1990-cı il tarixədək 1079/ л saylı 18.07.1990-cı il tarixli ə mrə əsasən, “Vosxod” gəmisində 2-ci dərəcəli pompa maşinisti - matrosu; 21.09.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək 1494/ л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən, “Vosxod” gəmisində 1-ci dərəcəli motorçu - matros; 01.04.1991-ci il tarixdən 16.05.1991-ci il tarixə qədər 484/ л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən, “Vosxod” gəmisində 2-ci dərəcəli pompa maşinisti - matros; 16.05.1991-ci il tarixdən 01.06.1991-ci il tarixədək 776/л saylı 16.05.1991-ci il tarixli əmrə əsasən, “Vosxod” gəmisində 1-ci dərəcəli motorçu -matros; 01.06.1991-ci il tarixdən 15.09.1993cü il tarixədək 881/ л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən, “Vosxod” gəmisində 2-ci dərəcəli pompa maşinisti matros; 15.09.1993-cü il tarixdən 10.04.1994-cü il tarixədək 1280/m saylı 15.09.1993-cü il tarixli əmrə əsasən, “Ulduz” gəmisində 1-ci dərəcəli motorçu - matros; 10.04.1994-cü il tarixdən 16.08.1994-cü il tarixədək 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən, “Kür” gəmisində 1-ci dərəcəli motorçu - matros; 16.08.1994-cü il tarixdən 22.04.1998-ci il tarixədək 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən, “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinistimatros; 22.04.1998-ci il tarixdən 01.01.2000-ci il tarixədək 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən, “Şəfəq” gəmisində 1-ci dərəcəli motorçu-matros; 01.01.2000-ci il tarixdən 03.03.2000-ci il tarixədək 178/k saylı 01.01.2000-ci il tarixli əmrinə əsasən, “Şəfəq” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixdən 15.08.2000-ci il tarixədək 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən, "Şəfəq" gəmisində 1-ci dərəcəli motorçu matros; 15.08.2000-ci il tarixdən 10.09.2003-cü il tarixədək 95/k saylı 15.08.2000ci il tarixli əmrinə əsasən, “Kür” gəmisində 1-ci dərəcəli motorçu - matros peşələrində işləmiş, bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir.
31. Kassator qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1982-ci il tarixli MT-İ ******* nömrə əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir.
32. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, qeyd edilən məsələnin araşdırılması məqsədi ilə apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" QSC-yə sorğu ünvanlanaraq iddiaçının QSC-dəki fəaliyyətinin dəniz, çay donanmasının üzən heyətinə, yaxud, daim liman akvatoriyasında işləyən heyətin, yardımçı-xidmət gəmiləri, xidməti, şəhərətrafı və şəhərdaxili yol gəmiləri heyətinə aid olmasına dair məlumatın məhkəməyə təqdim olunması xahiş edilmişdir.
33. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən bildirilmişdir ki, İddiaçı Cəmiyyətdə işlədiyi 1987-2006-cı illər ərzində “Bakineç”, “Sputnik”, “Buxtovıy”, “Vosxod”, “Ulduz", “Kür” “Şəfəq”, “S.Əsgərova” gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilmişdir: 1) “Bakineç”- gəzinti gəmisi; 2) “Sputnik”- yedək gəmisi; 3) “Buxtovıy”- yedək gəmisi; 4) “Vosxod”- Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu; 5) “ Ulduz”-kran gəmisi; 6) “Kür”- Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu; 7) “Şəfəq”- Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu; 8) “S.Əsgərova”- gəzinti gəmisi.
34. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən onun 57 yaşı tamam olduğu tarixdən, yəni 06.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəl mişdir.
35. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1936/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.