Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı yolu özgəninkiləşdirilmiş yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X6, X7 və X8) “üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2483/2023 nömrəli qərarından üçüncü şəxs Y.Ələskərova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli 4Ə13- 3257 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X9 mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145.1 kv.m olan bağ evini və həmin ünvanda yerləşən 0.11 ha torpaq sahəsini, yetkinlik yaşına çağan ailə üzvlərinin razılığı ilə, İddiaçı satmış və həmin müqavilənin 8-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi və 13-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür
2. İddiaçı alqı-satqı müqaviləsi əs asında üçüncü şəxsdən aldığı həmin evə mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirərək, öz adına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır.
3. Üçüncü şəxs Y.Ələsgərova və onun ailə üzvləri alqı-satqı müqaviləsində şərtləşdirilmiş 1 ay müddətində evdən qeydiyyatdan çıxmamışlar.
4. İddiaçı 3-cü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş lakin cavabdeh tərəfindən imtina edilmişdir.
5. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X9, X6, X7 və X2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 314 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət e tməsi tövsiyə edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı X9, X6, X7, X8, X10 və X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-15271/2022 saylı qərardadı ilə X9, X6, X7 və X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 314, yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70-ci Şüvəlan küçəsi, 94 onun xüsusi mülkiyyətindəd ir. Bu barədə ona xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin mənzili Bakı şəhəri 53 saylı Notariat X1 xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 4Ə-3257 olan AN-İ № ******* saylı alğı-satqı müqaviləsi əsasında 122.831,80 manata almışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür.
9. Həmin Müqavilənin 13-cü bəndinə əsasən, satıcılar xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, mənzilin əvvəlki sahibi X11 və onun ailə üzvləri X6, X7, X8, X10 və X12 bu günə kimi mənzildə qeydiyyatdadırlar. Onların mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun xüsusi mülkiyyəti olan mənzili n üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını tam şəkildə həyata keçirməsinə mane olur. O, qeydiyyatda qalan həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli məktubu ilə heç bir məntiqi əsas göstərmədən onun mülkiyyətində olan mənzildən X11 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmasından imtina edərək, X4 qeydiyyatdan çıxarılmasından imtina edərək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinadən məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin imtinası başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehin və üçüncü şəxslərin etirazları:
10. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etməmişlər. Birin ci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4727/2023 saylı qərarı ilə iddia təmin edilmiş, X9, X6, X7, X8, X10 və X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, əvvəlki mülkiyyətçi X13 ilə hazırkı mülkiyyətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən, bununla da, Mülki Məcəllənin 527.1ci və 5 28-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, hazırda həmin ünvanda qeydiyyatda olan, yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan, əvvəlki mülkiyyətçinin və onun ailə üzvlərinin qeydiyyatına hazırkı mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli idi.
13. Üçüncü şəxs Yeganə Ələsgərova həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2483/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs Y.Ələskərova və onun ailə üzvləri Qanunun tələbini pozaraq, yaşayış yeri üzrə qeydiyyata durmaq əvəzinə, iddiaçının mülkiyyət hüququnun pozmağı üstün tutmuşdur. Hətta hazırkı apellyasiya şikayətində özünü satdığı evin hələ də mülkiyyətçisi hesab edir. Digər tərəfdən, pul müqabilində evi girov qoyduğunu qeyd edərək bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi daşıdığını qeyd edərək, bunun hansı sübutlarla əsaslandırıldığına varmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, apellyasiya şikayəti formal olaraq işi uzatmaq üçün verilmişdir ki, bu da məqsədli şəkildə iddiaçının mülkiyyət hüquqları nın pozulması deməkdir.
16. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, mübahisəli ev üçüncü şəxs tərəfindən iddiaçının xeyrinə özgəninkiləşdirildiyi və sonuncu həmin evə mülkiyyət hüququ əldə etdiyi, üçüncü şəxslərin artıq həmin evdə yaşamadıqları və evə dair hər hansı əmlak hüquqları mövcud olmadığı halda, cavabdeh inzibati orqan tərəfindən onların həmin evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarını pozur.
17. Üçüncü şəxs Yeganə Ələskərova apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.1-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xəzər Şüvəlan qəsəbəsi 314 (yeni qaydalarla: ünvan 2 yerləşən yaşayış evi cavabdeh X5 məxsus olmuşdur. Həmin əmlak iddiaçı ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən pul müqabilində girov qoyulmuşdur. xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış və heç bir həqiqi əhəmiyyət kəsb etmədiyi üçün formal alqı-satqı etibarsızdır. Lakin bütün bunlar nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı hal-hazırda da məhkəmə mübahisəsi var. Hesab edir ki, onun və ailə üzvlərinin həmin yaşayış evindən qeydiyyatdan çıxması ilə bağlı qərar qəbul edilm əsi bir mülkiyyətçi olaraq hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır.
19. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Həmin məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, məhkəmə qərarında tamamilə düzgün olaraq qeyd edilmişdir ki, üçüncü şəxs Y.Ələskərova və onun ailə üzvləri Qanunun qeyd olunan tələbini pozaraq, yaşayış yeri üzrə qeyd iyyata durmaq əvəzinə, iddiaçının mülkiyyət hüququnun pozmağı üstün tutmuşdur. Hətta hazırkı apellyasiya şikayətində paradoksal şəkildə özünü satdığı evin hələ də mülkiyyətçisi hesab edir. Digər tərəfdən, pul müqabilində evi girov qoyduğunu qeyd edərək, bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi daşıdığını qeyd edərək, bunun hansı sübutlarla əsaslandırıldığına varmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, apellyasiya şikayəti formal olaraq işi uzatmaq üçün verilmişdir ki, bu da məqsədli şəkildə iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin qərarından da göründüyü kimi məhkəmə iclasında iştirak edən üçüncü şəxs məhkəmədən ona 1 ay vaxt verilməsini xahiş etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi tərəfindən qərar çıxa rılarkən heç bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslan dırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdı rılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Üçüncü şəxs yaşayış evinə əmlak hüquqlarını digər ailə üzvlərinin razılığı ilə özgəninkiləşdirməklə yanaşı, həm də müqavilə üzrə üzərinə həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq öhdəliyi götürdüyündən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına istinadla qeyd etmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2483/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.