Məhkəmə qərarları › İş №2-1(102)-349/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-349/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-349/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Dövlət Neft Şirkət i) “fərdi yaşayış evinin mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2188/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Kommunal-Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963cü il tarixli pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Həmayıl Nəğdəli qızına məxsus olmuşdur.

2. İİ-ЖГ seriyalı, 283694 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası Ümid Cəlil oğludur.

3. Sabunçu rayon Qeydiyya t Şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-2808 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş X1 Nağdəli qızının oğlu olmuşdur.

4. AZ-İİ seriyalı, 278779 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Həmayıl Nağdəli qızı xx.xx.1982-ci il tarixdə ölmüşdür.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri məkanında 12 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1423 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ölmüş nənəsi Həmayıl Nağdəli qızından qalmış əmlakın (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) vərəsəsidir.

6. İddiaçı cavabdehə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh tərəfindən iddiaçının müraciətdək i tələbinin təminindən imtina edilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluq mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum nənəsi Həmayıl Nəğdəli qızından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçı id dia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddiaçının əsaslandırması:

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya mərhum nənəsi Həmayıl Nağdəli qızından miras qalmışdır. İddiaçı həmin ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müracət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 221330/2-329/2023 saylı məktubla tələbinin təmin edilməsindən imtina edərək mübahisəli evin elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, habelə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluğun olduğunu bildirmişdir. Halbuki, həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamış, torpaq səhəsində heç bir konfiqurasiya pozulmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh in etirazları:

12. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan hüquq sahibinin adı ilə təqdim edilmiş 1423 nömrəli, xx.xx.2022-ci il tarixli notariat ofisinin məktubunda miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin ölçüsü texniki pasportda 615 kv.metr qeyd olunsa da, faktiki olaraq 579 kv.metr təşkil edir. Həmçinin, texniki pasportda qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********29 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-954/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qı zına məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum nənəsinə verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun mövcudluğu işin mübahisələndirilməyən bir halıdır. Cavabdeh inzibati orqanın özü də həmin sənədin mövcudluğunu və ya mötəbərliyini şübhə altına almır, əksinə İdarənin arxivində saxlanılan surətini məhkəmə icraatı zamanı təqdim etmişdir. Göründüyü kimi iddiaçının mərhum nənəsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci yarımbəndində nəzərdə tutulan sənədə malik olmuş, bununla da onun fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüquqları yaranmışdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mərhum nənəsinin mübahisəli fərdi yaşayış evinə dair hüquqları 1963-cü ildən etibarən yaranmışdır. Nəzərə alınmalıdır ki, Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı xx.xx.1992-ci il Fərmanı ilə ''Azərineft'' Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmış, bundan sonra Azərbayc an Respublikası Prezidentinin 328 saylı xx.xx.1993-cü il tarixli Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir.

16. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti fərdi yaşayış evi üzərində iddiaçının mərhum nənəsinin gözlənilən mülkiyyət hüquqları yarandığı vaxtdan xeyli sonra yaranmışdır. Odur ki, mübahisəli fərdi yaşayış evinin hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin fərdi yaşayış evi üzərində mərhumun hüquqları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranmasından daha əvvələ aid olmuşdur.

17. Beləliklə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızının adına 1963-cü ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportu mövcud olduğundan, iddiaçının mərhum nənəsinin iddia olunan daşınmaz əmlaka münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsasonun Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndində nəzərdə tutulmuş sənədə (şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport) malik olmasıdır.

18. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apelly asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 19.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2188/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-954/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyest ri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

23. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

24. İş materialarından və qərardan da göründüyü kimi mübahisəli fərdi yaşayış evinin SOCAR-ın daimi istifadəsində olması məhkəmə tərəfindən şübhə altına alınmamışdır. Əsasən mülahizələrdən ibarət qərarda məhkəmə gəldiyi nəticələri yalnız onunla əsaslandırmışdır ki: “mərhuma məxsus sözügedən miras əmlak 60 il əvvəl də həmin ərazidə yerləşdiyi halda, səlahiyyə tli dövlət orqanı tərəfindən onun adına həmin əmlaka dair texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib olunaraq verilmiş, hazırda qüvvədə qanunvericiliklə isə həmin “Pasport” daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasına əsas verən sənəd kimi qəbul edilir.

25. Beləliklə, cavabdeh orqanın həmin əmlakın mərhuma məxsus olması barədə iddiaçıya arayış verilməsindən imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur”. Məhkəmə Kolegiyasının göstərdiyi halın hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, vaxtilə qanunsuz qaydada verilmiş sənədlər, hazırda yenidən qanunsuz qaydada çıxarışın verilməsinin əsasını təşkil edə bilməz. 26. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazi rlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

27. Beləliklə, vətəndaşlara sənaye təyinatlı torpaqlara dair onların təyinatı qanunvericiliyə uyğun qaydada dəyişdirilmədən hüquq müəyən edici sənədlərin verilməsi qanuna zidd olmaqla yanaşı həmin vətəndaşların həyat və sağlamlığını təhlükə altına atır. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilmə sinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər– daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.... 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlə t qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir.

31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uy ğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdiri lməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın: 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və y a istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra- çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassa siya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İşin müəyyən edilmiş hallarından görünür ki, Həmayıl Nəğdəli qızına ünvan 1 ünva nında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal-Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib olunaraq verilmişdir. Həmayıl Nağdəli qızı xx.xx.1982-ci il tarixdə ölmüşdür. Hazırkı İddiaçı xx.xx.1982-ci il tarixdə ölmüş nənəsi Həmayıl Nağdəli qızından qalmış əmlak üzrə (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) vərəsə kimi tanınmışdır. Hazırkı iş üzrə iddiaçının tələbi mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum nənəsi Həmayıl Nəğdəli qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olmuşdur.

38. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir.

39. Göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edildiyindən və iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızının adına mübahisəli fərdi yaşayış evinə dair Azərbaycan SSR KommunalTəsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edildiyindən sonuncu həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları əldə etmişdir.

40. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə qeydiyyat orqanı tərəfindən onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Odur ki, iddiaçı vərəsə kimi, mübahisəli daşınmaz əmlakın mərhum nənəsinə məxsus olması bar ədə arayış verilməsini tələb etməkdə haqlı olmuşdur.

41. Üçüncü şəxsin şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ilə, əsasən eynilik təşkil edir və apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayət i təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-2188/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar