Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3492/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin yerləşmə vəziyyəti ilə sxematik xəritə arasında uyğunsuzluğun aradan qaldırılması, çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İda rəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 2-1(103)1733/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X6 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2005-ci il 18 mart tarixli, 34361 nömrəli müqaviləyə əsasən, Binəqədi rayonunun Görədil ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 302 “Q” saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən sahəsi 0,12 ha olan 302 “Q” saylı bağ sahəsinin yerinin dəqiqləşdirilməsini xahiş etmişd ir. Cavabdeh 2018-ci il 21 dekabr tarixli məktubla bildirmişdir ki, sözügedən bağ sahəsinin nömrəsi və yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İddiaçı 2019-cu il 28 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən sahəsi 0,12 ha olan 302 “Q” saylı bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti X6 və İstismarı Birliyi ilə onun arasında Binəqədi rayonu, Görədil ərazisindəki 0,12 ha torpaq sahəsi olan 302 Q №-li bağ sahəsinin istifadəsinə verilməsinə dair 2005-ci il 18 mart tarixli, 34361 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan vaxtdan etibarən həmin bağ sahəsi fasiləsiz olaraq onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin sxematikxəritəsi vətəndaş tərəfindən hazırlanmır və həyata keçirilmir, bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aiddir və təbii ki, baş vermiş uyğunsuzluq da həmin orqanlar tərəfindən aradan qaldırılmalıdır. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturada ayrılaraq onun istifadəsinə verilmiş və bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur. Bir inci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 aprel tarixli 2-1(81)1875/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən sahəsi 0,12 ha olan 302 “Q” saylı bağ sahəsinin iddiaçının adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüququ yaranmışdır. Cavabdeh məktubunda qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 2-1(103)-1733/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 27 sentyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 23 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ərizəyə əlavə olunmuş hüquqmüəy yənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, lakin ümumi hasar daxilində 2418,0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və 1218,0 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt olunmuşdur. Bundan əlavə, bağ sahəsinin nömrəsi və yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər fiziki şəxslərin (X1 reyestr nömrəsi - **********23, X9 reyestr nömrəsi - **********20) adlarına qeydiyyatdan keçən sahələr ilə üst-üstə düşür. İşin obyektiv araşdırılması məqsədilə X4, X9, Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 65, 66.1, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarı nın təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşı nmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. X6 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2005-ci il 18 mart tarixli, 34361 nömrəli müqaviləyə əsasən, Binəqədi rayonunun Görədil ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 302 “Q” saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki: (1) bağ sahəsinin faktiki ölçüsü 1200 k.m təşkil etsə də, iddiaçı 2412 kv.m torpaq sahəsindən istifadə edir; (2) həmin bağ sahəsi X2 və İbrahimov Samir Həsən oğlunun adı na qeydiyyatdan keçmiş bağ sahələri ilə üst-üstə düşür; (3) bağ sahəsinin nömrəsi və yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq vardır. Təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsünün 1200 kv.m qeyd edildiyinə baxmayaraq, faktiki olaraq 2418,0 kv.m torpaq sahəsindən istifadə edildiyinə dair cavabdehin dəlili iddianın rədd edilməsinə əsas vermir. Belə ki, iddiaçı sənəd üzrə qeyd edilən 1200 kv.m bağ sahəsinə dair tələb irəli sürmüşdür. İddia olunan bağ sahəsinin X2 və İbrahimov Samir Həsən oğlunun adlarına qeydiyyatdan keçmiş bağ sahələri ilə üst-üstə düşdüyünə dair dəlil əsaslı deyil. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş çıxarışların surətlərinə apellyasiya instansiyası məhkəməsində icraat zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş çıx arışlar hazırkı iddia tələbində qeyd edilmiş bağ sahəsi ilə tamamilə fərqli ünvanlarda yerləşir. Belə ki, iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisindəki bağ sahəsinə çıxarışın verilməsi olsa da, cavabdeh tərəfindən təqdim edilmiş çıxarışlarda X2 və İbrahimov Samir Həsən oğlunun adına qeydiyyatdan keçmiş bağ sahələrinin olduğu yer Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilədə iddia olunan bağ sahəsinin ünvanı ünvan 2i və yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun mövcud olması barədə cavabdehin dəlil ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qayda ları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduq da, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanlar ın hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 2-1(103)-1733/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3492/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3492/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver