Məhkəmə qərarları › İş №2-1(102)-3494/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3494/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3494/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) iş üzrə QƏRAR (Açar söz: xəstəlik haqqında şəhadətnamənin dəyişdirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) şəhadət namədə dəyişiklik edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 18 fevral 2005-ci il tarixli 585 saylı xəstəlik haqqında şəhadətnaməsində göstərilən «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarının dəyişdirilərək, «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifəl əri) yerinə yetirərkən alınmışdır» qərarı ilə əvəz olunmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, N saylı hərbi hissə tərəfindən verilmiş 01.09.2018-ci il tarixli N04 nömrəli ("Ağdaş” döyüş mövqeyində kəşfiyyat müşahidə postunun şəxsi heyyətini və döyüş növbət çiliyini yoxlayarkən “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” travması) travma haqqında arayışa əsasən yenidən şəhadətləndirilməsini və «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi qeyd olunmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 2005-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə hərbi xidmət etmiş, 2005-ci ildə xəstəliklə əlaqədar ehtiyata buraxılmış, hal-hazırda 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilldir. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası toraindən xəstəlik haqqında qərar verilmişdir və xəstəliyi “Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla” diaqnozu xəstəlikdir, hərbi xidmət dövründə almışdır səbəb əlaqəsi təyin edilmişdir. 20.06.2004-cü ildə N saylı hərbi hissədə “Ağdaş” döyüş mövqeyində kəşfiyyat müşahidə postunun şəxsi heyyətini və döyüş növbətçiliyini yoxlayarkən yıxılmış və başı daşa dəyərək “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” travması almış və şikayətləri: baş gicəllənməsi, qısa müddətli yaddaş itirməsi, öyümə, qusma, baş ağrışı,baş gicəllənməsi, yuxusuzluq, əsəbilik və baş boyun əl nahiyyəsində xəsarətlərlə hərbi hospitala tibb məntəqəsinə qəbul edilmiş və tibb məntəqəsində 7 gün stasionar müalicədə olmuş hərbi hospitala müayinə və müalicə üçün göndərilməsi məsləhət görülməsinə baxmayaraq, hərbi hospitala getməkdən imti na etmişdir.İddiaçı hesab edir ki, onun travma alması barədə arayışı nəzərə alınmaqla xəstəliyinin səbəb əlaqəsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş, ''Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin c) bəndinə əsasən «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» və 7.3-cü maddəsinə əsasən “Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, h ərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4228/2018 saylı, 28 noyabr 2018-ci il ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yenidən şəhadətləndirilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına həvalə edilmiş, İddiaçı şəhadətləndirilərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş 01.09.2018-ci il tarixli, N04 saylı travma haqqında arayışı nəzərə alınmalı, xəsarətinin səbəbi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4228/2018 saylı, 28 noyabr 2018-ci il ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4228/2018 saylı, 28 noyabr 2018-ci il ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, N saylı hərbi hissə tərəfindən verilmiş 01.09.2018-ci il tarixli N04 saylı travma haqqında arayışa əsasən id diaçının yenidən şəhadətləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş 01.09.2018-ci il tarixli, N04 saylı travma haqqında arayışla iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən travma alması öz təsdiqini tapmışdır. Müvafiq hadisənin baş verməsindən 14 ildən artıq müddət keçdikdən sonra arayışın verilməsinə əsas olmuş sənədlərin olmamasına dair dəlillər əsassızdır. Belə ki, qeyd edilən sənədlərin mövcudluğunun müəyyən edilməsi inzibati orqan olaraq cavabdhein üzərinə düşür. Eyni zamanda qeyd edilən sənədi vermiş məsul şəxsin “xəbərdarlıq” edilməsi öz-özlüyündə arayışın etibarsızlığını təsdiq etmir və həmin arayışı sübutlar siyahısından çıxartmır. Kassator Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-cı il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsinin 1.2, 1.4, 7.1, 7.2, 7.3, 7.4, 7.5-ci bəndlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkə mə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instanisya məhkəməsi tərəfindən araş dırılan halları ilə müəyyən olunur ki, İddiaçı 1996-cı il tarixdən 2005-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə hərbi xidmət etmiş, Hərbi Həkim Komissiyasının 18.02.2005-ci il tarixdə iddiaçı varəsində tərtib etdiyi 585 saylı “Xəstəlik haqqında Şəhadətnamə”yə əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” hesab olunmuş və əsas olaraq “Epilepsiya, tez-tez epileptik tutmalarla”-xəstəlik hərbi xidmət dövründə alınmışdır” göstərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 iyun 2005-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, onun əlilliyinin səbəb əlaqəsi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçının dəlillərinə görə 20.06.2004-cü ildə N saylı hərbi hissədə “Ağdaş” döyüş mövqeyində kəşfiyyat müşahidə postunun şəxsi heyyətini və döyüş növbətçiliyini yoxlayarkən yıxılmış və başı daşa dəyərək “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” travması almış və şikayətləri: baş gicəllənməsi, qısa müddətli yaddaş itirməsi, öyümə, qusma, baş ağrışı,baş gicəllənməsi, yuxusuzluq, əsəbilik və baş boyun əl nahiyyəsində xəsarətlərlə hərbi hospitala tibb məntəqəsinə qəbul edilmiş və tibb məntəqəsində 7 gün stasionar müalicədə olmuş hərbi hospitala müayinə və müalicə üçün göndərilməsi məsləhət görülməsinə baxmayaraq, hərbi hospitala getməkdən imtina etmişdir.İddiaçı hesab edir ki, onun travma alması barədə arayışı nəzərə alınmaqla xəstəliyinin səbəb əlaq əsi dəyişdirilməli və «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi qeyd olunmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N sentyabr 2018-ci il tarixli, N04 saylı travma haqqında arayışa istinad etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, xx xxxx 1979-cu il təvəllüdlü İddiaçı 20 iyun 2004-cü il tarixində N.30 -24.00 radələrində “Ağdaş döyüş mövqeyində kəşfiyyat müşahidə postunun şəxsi heyyətini və döyüş növbətçiliyini yoxlayarkən yıxılmış və başa daşa dəyərək “qapalı kəllə-beyin travması baş beyin silkələnməsi” xəsarətini alaraq 7 (yeddi) gün tibb məntəqəsində stasionar müalicədə olmuşdur. Xəsarət (travma) hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmı şdır. Hazırki halda, iddiaçı 2005-ci ildə şəhadətləndirilərkən, onun müvafiq xəsarəti hərbi xidmət vəzifələrini yerinə yetirərkən almasına dair hər hansı arayış həmin dövrdə hərbi həkim komissiyasına təqdim olunmamış, 18 fevral 2005-ci ildə «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi şəhadətləndirilmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş arayış müvafiq hadisənin baş verməsindən təxminən 14 ildən artıq müddət keçdikdən sonra N sentyabr 2018-cildə (N04 saylı) verilmişdir. İş materiallarına Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş N04 saylı, N sentyabr 2018-ci il tarixli arayışın verilməsinə əsas olmuş hər hansı tibbi sənəd əlavə olunmamışdır. 18 fevral 2005-ci il tarixli, 585 saylı xəstəlik haqqında şəhadətnamədə isə onun xidmət dövründə yıxılaraq travma alması qeyd olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən N sentyabr 2018-cil tarixli, N04 saylı travma haqqında arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılmış, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələr Baş Qərargah Rəisinin 161 saylı, 15 oktyabr 2018-ci il tarixli əmri ilə xidməti vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə, tibb xidməti üzrə sənədləri düzgün aparmadığına, hərbi nizamnamələrin, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq qərar və əmrlərinin tələblərini kobud surətdə pozaraq əsassız travma arayışı hazırladığına görə N saylı hərbi hissənin tibb xidməti rəisi tibb xidməti mayoru X1 «vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq» elan edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi arayışın - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş arayışın qeyri-mötəbərliyi məhkəmə araşdırması və cavabdeh tərəfindən aparılan araşdırma ilə sübuta yetirilmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, N saylı hərbi hissə tərəfindən verilmiş 01.09.2018-ci il tarixli N04 saylı travma haqqında arayışa əsasən iddiaçının yenidən şəhadətləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsində nəzərdə tutulan əsaslar mövcud deyildir. B elə ki, Azərbaycan Respublikası Nazirlər 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.4-ü bəndinə əsasən hərbi xidmət keçmiş vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi həkim komissiyalarına həvalə edilir. Əsasnamənin 7.2-ci bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a)«Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çerno bıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir»; Əsasnamənin 46-cı bəndinə əsasən hərbi həkim komissiyaları yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) səbəb əlaqəsi haqqında qərarı vətəndaşın yaralanma (travma, xəsarət, kontuziya) aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) alınma şəraiti, habelə yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Sadalanan maddi hüquq normalarının tələblərindən gör ündüyü kimi, hərbi həkim komissiyaları yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) səbəb əlaqəsi haqqında qərarı vətəndaşın yaralanma (travma, xəsarət, kontuziya) aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Hazırki halda, iddiaçının hərbi həkim komissiaysının qərarı ilə «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi şəhadətləndirilməsinə əsas verən mötəbər travma haqqında arayış mövcud olmadığından, iddia tələbi əsassızdır. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericili yin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/19 saylı 16 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar