Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3494/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli stajın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1963-cü il tarixdə anadan olmuşdur (i.v.25).
2. Iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, ##.##.1981- ##.##.1983-cü illərdə hərbi xidmətdə olmuşdur (i.v.62-63).
3. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2023-cü il tarixli, **-VƏ/** nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında bildirilir ki, İddiaçı həqiqətən ##.##.1999-cu ildə “xxxx” Dövlət Şirkətinin Istehsalat-Təmir müəssisəsinin Əli- Bayramlı Turbin təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və ##.##.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilib. ##.##.2006-cı ildə “xxxx” ASC-nin “xxxx” MMC-nin X14 və Təmiri idarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib, ##.##.2007-ci ildə X12 Idarəsinin Qazan Istilik Quraşdırma sexinin * №-li Buxar Qazan təmiri sahəsinə keçirilib və ##.##.2009cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. ##.##.2009-cu ildə “xxxx”ASC-nin X12 Idarəsinin X1 Stansiyasının Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, ##.##.2011-ci ildə (əmr № ATÜ/63, ##.##.2011-ci il) “Cənub Layihə”nin Mexaniki Avadanlıqların və X15 sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, ##.##.2013-cü ildə “Puta qəsəbəsi Hərbi Dəniz Qüvvələri Bazası Tikinti Layihəsi”nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, ##.##.2014-cü ildə vəzifə və dərəcəsi saxlanılmaqla “Şimal-2” X4 Tikinti Layihəsinin Qazan və köməkçi avadanlıqların quraşdırılması sahəsinə keçirilib, ##.##.2016-cı ildə * saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və ##.##.2016-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində Qazanxana və Turbin Avadanlıqlarının təmir zamanı səs-küy, tozun, nəmlilik iş yerində havanın tempxxxxturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmir-beton konstruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 12 il, 10 ay, 19 gün təşkil edir. “Azbaşenerji”nin ##.##.1978-ci il tarixli *** №-li əmrinə əsasən “xxxx” zavodu Istehsalat Təmir müəssisəsi adlandırılıb. “xxxx” ASC-nin ##.##.2002-ci il tarixli ** №-li əmrinə əsasən Istehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin ##.##.2004-cü il tarixli AÜ *** №-li əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin ##.##.2005-ci il tarixli AÜ *** №-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il *** №-li sərəncamına əsasən “xxxx”ASC adlandırılıb (iş v.7).
4. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında ##.##.2023-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yxxxxltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci maddəsinə görə yxxxxltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC-nin ona dair ## ###### 2023-cü il tarixli **-VƏ/** nömrəli arayışında ##.##.2006-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin “xxxx” MMC-nin X14 və təmiri idarəsinin Sumqayıt quraşdırma sahəsində çilingər, ##.##.2009 -##.##.2011-ci il və ##.##.2013-##.##.2016-cı il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Işlədiyi quraşdırma sahəsində çilingər vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində nəzərdə tutulmamışdır. Həmçinin quraşdırıcı çilingər vəzifəsi həmin arayışda istinad edilən yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda, # ###### 2006-cı il tarixindən bu günədək münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2008-ci ilin avqust ayı üzrə öz əksini tapmadığından həmin müddətin (1 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir (iş v.9).
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1963-cü il tarixdə anadan olmuş, ##.##.1981-##.##.1983-cii ildə Sovet Ordu sıralarında xidmət etmişdir (2 il). ##.##.1987-ci il tarixdən ##.##.1988-ci ilədək Volodarski adına zavodunda avadanlıqlar sazlayıcısı işləmişdir (7 ay 20 gün). ##.##.1988-ci il tarixdən ##.##.1989cu ilədək Dnepropetrovslc vilayəti, Sinelnukov rayonu, Kalinin kolxozunda müqavilə üzrə işləmişdir (7 ay 21 gün). ##.##.1989-##.##.1994-cü tarixdə “xxxx” xüsusiləşdirilmiş istehsalat müəssisəsində qazanxana avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 4 il 10 ay 19 gün). ##.##.1996-cü ildən ##.##.1997-ci ilədək “xxxx” QSC Əli-Bayramlı təmir istehsalatında turbin avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 1 il 26 gün). ##.##.199730.06.1997-ci ildə “xxxx” BM-cı Əli-Bayramlı filialında turbin təmiri sahəsinin 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 ay 26 gün). ##.##.1999##.##.2002-ci ilədək Əli-Bayramlı turbin sahəsinə turbin avadanlıqların təmiri üzrə 6-cı dərəcəli və qaz kəsicisi çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 2 il 11 ay 12 gün). ##.##.2002-##.##.2005-cı ildə xxxx ASC Əli Bayramlı DRES-in təmir quraşdırma sexinə turbin avadanlıqların təmiri üzrə 6-ci dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 il 3 ay 19 gün). ##.##.2005- ##.##.2009-cu ildə “xxxx” ASC “xxxx” MMC X14 və təmiri Idarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 il 10 ay 13 gün). ##.##.2009-##.##.2009-cu ildə “xxxx” MMC * saylı Quraşdırma Idarəsində 6-cı dərəcəli çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 2 ay 28 gün). ##.##.2009- ##.##.2016-cı ildə “xxxx” ASC X12 Idarəsinin Quba MES quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 17 il 3 ay 21 gün). ##.##.2016-##.##.2017-cı ildə X5 X2 Nakliyye Sənaye və Ticarət Limited şirkətinin Azərbaycan Respublikası Filialı tikintisində tikinti sahə üzrə nəzarətçi işləmişdir (iş stajı 1 il 4 ay). ##.##.2017-30.04.2018cı ildə “xxxx” MMC boru işləri üzrə qrup rəhbəri vəzifəsində işləmişdir (iş stajı 6 ay 16 gün). ##.##.2019-##.##.2019-cı ildə “xxxx” MMC qaynaqçı vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 3 ay 17 gün). ##.##.2020- ##.##.2022-cı ildə “Azfen” B.M 4-cü dərəcəli borucu işləmişdir (iş stajı 1 il 10 ay 4 gün). ##.##.2022-##.##.2022-cı ildə “xxxx” MMC-də texnoloji boru kəmərlərinin quraşdırıcı vəzifəsində işləmişdir (iş stajı 2 ay 07 gün). ##.##.2023-cü ildən etibarən “xxxx”QSC mexaniki işlər üzrə çilingər işləyir. Beləliklə, ümumi iş stajı 41 il 4 ay 4 gün, güzəştli şərtlərlə iş stajı isə 35 il 5 ay 5 gün təşkil edir. Ümumi iş stajı, eləcə də güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyindən cavabdehə dair müraciət etmiş, lakin cavabdeh ##.##.2023-cü il tarixli *-**-*/*-M-******/**** saylı məktubla pensiyanın təyin edilməsindən imtina etmişdir.
7. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “xxxx” ASC-nin ona dair ## ###### 2023-cü il tarixli **-VƏ/** nömrəli arayışında ##.##.2009- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin X12 Idarəsinin X1 Stansiyasının Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Eyni zamanda, # ###### 2006-cı il tarixindən İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2008-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 25 gün (##.##.1999- ##.##.2002-ci il, ##.##.2006-##.##.2008-ci il, ##.##.2009-##.##.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda İddiaçı ümumi iş stajı 35 il 7 ay (##.##.2006-cı il tarixinədək 21 il 1 ay (##.##.1981-##.##.1983-cü il, ##.##.1980- ##.##.1981-ci il, ##.##.1984-##.##.1987-ci il, ##.##.1987-##.##.1988-ci il, ##.##.1988- ##.##.1983-cu il, ##.##.1989-##.##.1994-cü il, ##.##.1994-##.##.1995-ci il, ##.##.1996-##.##.1997-ci il,##.##.1999-##.##.2002-ci il, ##.##.2002-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 6 ay) təşkil edir. Bundan başqa, şəxsin ##.##.2023-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 68501,62 manat təşkil edir (i.v.56).
8. Məhkəmənin sorğusuna cavab olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, **-PH/*** nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1989-cu ildə (Əmr №***, ##.##.1989-cu il) “Qafqxxxx” Xüsusiləşdirilmiş Istehsalat müəssisəsinin X9 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin genxxxxtorlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib, ##.##.1990-cı ildə (Əmr №- 216, ##.##.1990-cı il) həmin sahədə 3-cü dərəcəli çilingəri peşəsinə keçirilib, ##.##.1994-cü ildə “Qafqxxxx” Istehsalat Birliyi “xxxx” Dövlət Şirkətinin ##.##.1994-cü il tarixli, ** №-li Əmri ilə "xxxx" Azərbaycan-X3 adlandırılmışdır və ##.##.1994-cü ildə (Əmr № **, ##.##.1994-cü il) İddiaçı Turbin “xxxx” müəssisəsinin Əli-Bayramlı sahəsinə çilingəri peşəsinə keçirilmişdir. ##.##.1996-cı ildə (Əmr №-9-ok, ##.##.1996-cı il) “Qafqxxxx” müəssisəsinin Əli-Bayramlı sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə qəbul edilib və ##.##.1997-ci ildə (Əmr № *-ok, ##.##.1997-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinə (müqavilə müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. ##.##.1997-ci ildə (Əmr №-20, &2-km,##.##.1997-ci il) “xxxx” Azərbaycan-X3 Əli-Bayramlı sahəsinə Turbin təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə qəbul edilib və ##.##.1999-cu ildə (Əmr №**, ##.##.1999-cu il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilib. Yuxarıda qeyd edilən müəssisələr SSRI Energetika Nazirliyinə tabe olduğuna görə, X7 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiya Fedxxxxsiyasının ərazisində (dəqiq yerləri məlum deyildir) qalmışdır. X11 Qazanxana, Turbin və Genxxxxtorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra “xxxx” ASC və onun struktur bölmələri tərəfində yerinə yetirilir. ##.##.1999-cu ildə (əmr № **-m, ##.##.1999-cu il) “xxxx” Dövlət Şirkətinin Istehsalat-Təmir müəssisəsinin Əli-Bayramlı Turbin təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və ##.##.2002-ci ildə (əmr № **-kş, ##.##.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilib. ##.##.2006-cı ildə (əmr № **-kş, ##.##.2006-cı il) ”xxxx” ASC-nin “xxxx” MMC-nin X14 və Təmiri Idarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib, ##.##.2007-ci ildə (Əmr №-208/lb-kş, ##.##.2007-ci il) X12 Idarəsinin Qazan Istilik Quraşdırma sexinin * №-li Buxar Qazan təmiri sahəsinə keçirilib və ##.##.2009-cu ildə (Əmr №**/**-kş, ##.##.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. ##.##.2009-cu ildə (əmr №-01/14-kş, ##.##.2009-cu il) “xxxx”ASC-nin X12 Idarəsinin X1 Stansiyasının Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilib və ##.##.2016-cı ildə (əmr № **/**-irş, ##.##.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmirbeton konstruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XIII Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın *******a- ***** saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və * №-li siyahının XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə22900000) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcı çilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər (iş v.111-112).
9. Şirvan Inzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsasən müəyyən edilir ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni ##.##.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, H.X.Bəhmənov və C.Ə.Quliyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq, “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-PH/*** nömrəli məktubunda bildirilir ki, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində işləyən quraşdırıcı və quraşdırıcıçilingər peşələrində işləyənlər yerinə yetirdikləri işlərdə heç bir fərqli xüsusiyyətlər yoxdur, həmin peşələrdə işləyənlər polad və dəmir-beton konstruksiyaları quraşdırırlar. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-22900000) əsasən 22290000a-14612 kodları ilə eyni quraşdırıcı vəzifəsi kimi qeyd edilməklə, güzəştli şərtlərlə pensiya hüququna malikdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Tərəflər arasında mübahisə iddiaçının çalışdığı quraşdırıcı çilingər peşənin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh orqan iddiaçının eyni müəssisədə daşıdığı quraşdırıcı peşəsini güzəştli iş hesab etsə də, quraşdırıcı çilingər peşəsini qəbul etmir. Lakin yuxarıda qeyd edildiyi kimi, güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirərək, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində quraşdırıcı və quraşdırıcı-çilingər peşələrində işləyənlərin yerinə yetirdikləri işlərdə heç bir fərqli xüsusiyyətlərin olmadığını və həmin peşələrdə işləyənlərin polad və dəmir-beton konstruksiyalarını quraşdırdıqlarını bildirmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində iddia tələbinə dair etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillərə istinad etmişdir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Inzibati Prosessual Məcəllə: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
23. Iddiaçının güzəştli şərtlərlə pensiya yaşına çatması və ümumi əmək stajının yetərli olması işin mübahisələndirilməyən halıdır. Iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya stajına gəldikdə, cavabdeh iddiaçının ##.##.2009- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin X12 Idarəsinin X1 Stansiyasının Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi illəri qəbul etmir və bildirir ki, iddiaçının işlədiyi vəzifə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil.
24. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-PH/*** nömrəli məktubunda bildirilir ki, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində işləyən quraşdırıcı və quraşdırıcı-çilingər peşələrində işləyənlər yerinə yetirdikləri işlərdə heç bir fərqli xüsusiyyətlər yoxdur, həmin peşələrdə işləyənlər polad və dəmir-beton konstruksiyaları quraşdırırlar. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- 22900000) əsasən 22290000a-14612 kodları ilə eyni quraşdırıcı vəzifəsi kimi qeyd edilməklə, güzəştli şərtlərlə pensiya hüququna malikdir.
25. Məhkəmə kollegiyası müəyyən edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını yoxlayarkən əsaslı olaraq iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı qənaətinə gəlmişdir. Belə ki, cavabdeh orqan iddiaçının eyni müəssisədə “quraşdırıcı” peşəsində çalışdığı müddəti güzəştli staj kimi qəbul etsə də, “quraşdırıcı-çilingər” peşəsi üzrə işlədiyi dövrü müvafiq Siyahıya daxil olmadığı əsası ilə qəbul etməkdən imtina etmişdir. Lakin iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, **-PH/*** nömrəli məktub-arayışı ilə rəsmi şəkildə təsdiq olunur ki, Elektrik Stansiyalarında və Tikinti Quraşdırma Sahələrində “quraşdırıcı” və “quraşdırıcı-çilingər” peşələrində işləyən şəxslərin yerinə yetirdikləri əmək funksiyalarında heç bir xarakterik fərq mövcud deyildir və hər iki vəzifəni icra edən şəxslər polad və dəmir-beton konstruksiyalarının quraşdırılması işlərini yerinə yetirirlər.
26. Buna görə də, iddiaçının yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının XXVII Fəslinə (“Bina, qurğu və digər obyektlərin inşası...”) əsasən 22290000a-14612 kodu ilə eyni quraşdırıcı vəzifəsini ehtiva edir. Vəzifə adında “çilingər” sözünün iştirak etməsi iddiaçının əmək şəraitinin zərərli və ağır olmaması qənaətinə gəlmək üçün əsas verə bilməz. Işçi fərqli ad altında fəaliyyət göstərsə də, faktiki olaraq eyni dərəcədə ağır və zərərli istehsalat sahəsində çalışmışdır. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmirbeton konstruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir və kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı və kassasiya şikayəti rədd edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.