Məhkəmə qərarları › İş №2-1(102)-3496/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3496/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3496/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRAR Açar söz: məlumat vərəqəsinin verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddiaçının 21 il 01 ay 15 gün qulluq illəri nəzərə alınmaqla 01 yanvar 2017-ci il tarixindən pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1707/2019 saylı iş üzrə 26.09.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 20 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə Lerik rayonunda anadan olmuşdur. Cavabdeh dövlət orqanı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddiaçının 21 il 01 ay 15 gün qulluq illəri nəzərə alınmaqla 01 yanvar 2017-ci il tarixindən pensi ya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qulluq illərinə görə pensiya təyin edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi xahişi ilə müraciətində 01.12.2018-ci il tarixli 17/13-17091 Q-117/2 saylı məktubla imtina edilmişdir. İmtinaya səbəb kimi qullu q müddətinin 20 ildən az olduğu qeyd edilmişdir. Onun qulluq illəri düzgün hesablanmamışdır. Belə ki, 06.06.1982-ciiltarixində verilmiş H3 Nq ******* nömrəli hərbi biletinə əsasən qulluq illəri aşağıda qeyd olunan kimi hesablanmalıdır:

1. Həqiqi hərbi xidmət: 06.06.1982-18.05.1986 (03 il 11 ay 12 gün); 2. 01.04.1987-ci il tarixindən 01.07.1992-ci il tarixinədək RF-nin Komi vilayətində N saylı hərbi hissədə gizir rütbəsində nəzarətçi; 3. 01.07.1992-ci il tarixindən 22.12.1996-cı il tarixinədək N saylı hərbi hissədə gizir rütbəsində karaul rəisi vəzifəsində xidmət etmişdir. Göründüyü kimi, onun xidmət illəri imtina məktubunda təqvimlə 12 il 06 ay 22 gün, güzəştli hesabla 19 il 01 ay 15 gün deyil, təqvimlə 14 il 06 ay 22 gün, güzəştli hesabla 21 il 01 ay 15 gün təşkil edir. Xidmət etdiyi N sa ylı X1 İşlər Nazirliyinin İslah İşləri İdarəsi tabeliyindəki bütün müəssisələrlə birlikdə Daxili İşlər Nazirliyin tabeçiliyindən 09.01.1993-cü il tarixli 399NQ-İİ Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ədliyyə Nazirliyinin tabeçiliyinə verilsə də, Daxili İşlər Nazirliyində qulluq keçmə haqqında əsasnaməyə əsasən fəaliyyət göstərmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 03.05.2019-ci il tarixli iş № 2-1(82)-1025/2019, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.05.2019-cu il tarixli qərarının ləğv edilm əsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.09.2019-cu il tarixli iş № 2-1(103)-1707/2019 (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 03.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,hər iki instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı maddi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, hər iki instansiya məhkəməsi cavabdehin iddiaçının qulluq illərinin mövcud qanunvericiliklə güzəştli hesablanmasında yanlışlığa yol verilmişdir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Göründüyü kimi, iddiaçının xidmət müddətində fasilə olmamışdır. Qeyd olunanları nəzərə alıb iddiaçının qulluq illəri 00 il 04 ay 00 gün, 03 il 00 ay 07 gün, 01 il 07 ay 22 gün, 04 il 08 ay 06 gün, 01 il 01 ay 15 gün, 10 il 05 ay 03 gün, 21 il 02 ay 23 gün imtiyazlı kimi hesablanmalıdır. Qeyd edir ki, bu hesablama cavabdeh iddia etdiyi “fasilələr” nəzərə alınmaqla hesablanmışdır. İddiaçının Komidən Azərbaycana Vətənə qayıtmaqda əsas məqsədi bir çox hərbiçilər kimi Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin təhlükədə olduğundan Vətənin müdafiəsində olmaq məqsədi olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1707/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanun a uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.09.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.09.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, c avabdehin nümayəndəsi Gülarə Şabanova məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,hər iki instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı maddi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia tələbinin təmi n edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, hər iki instansiya məhkəməsi cavabdehin iddiaçının qulluq illərinin mövcud qanunvericiliklə güzəştli hesablanmasında yanlışlığa yol verilmişdir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Göründüyü kimi, iddiaçının xidmət müddətində fasilə olmamışdır. Qeyd olunanları nəzərə alıb iddiaçının qulluq illəri 00 il 04 ay 00 gün, 03 il 00 ay 07 gün, 01 il 07 ay 22 gün, 04 il 08 ay 06 gün, 01 il 01 ay 15 gün, 10 il 05 ay 03 gün, 21 il 02 ay 23 gün imtiyazlı kimi hesablanmalıdır. Qeyd edir ki, bu hesablama cavabdeh iddia etdiyi “fasilələr” nəzərə alınm aqla hesablanmışdır. İddiaçının Komidən Azərbaycana Vətənə qayıtmaqda əsas məqsədi bir çox hərbiçilər kimi Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin təhlükədə olduğundan Vətənin müdafiəsində olmaq məqsədi olmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası "Hərbi qulluqçuların statusu haqqında" Qanununun 10-cu maddəsinin 2-ci bəndinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin v ə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respubl ikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi x idmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə F onduna təqdim edilir. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. 01.09.2004-cü il tarix li 728-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin a) bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən tərtib edilmiş arayışa əsasən “1964-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı ondan ötəri ki, o həqiqətən 12.06.1982-ci il tarixdən - 07.05.1984-cü il tarixədək SSRİ müddətli həqiqi hərbi xidmət, 07.05.1984-cü il tarixdən - 13.05.1986-cı il tarixədək SSRİ müddətdən artıq hərbi xidmət, 04.04.1987-ci il tarixdən - 11.07.1988-ci il tarixədək SSRİ müddətdən artıq hərbi xidmət, 08.08.1988-ci il tarixdən - 01.10.1991-ci il tarixədək müddətdən artıq hərbi xidmət, 01.07.1992-ci il tarixdən - 28.12.1995-ci il tarixədək N saylı hərbi hissəd ə müddətdən artıq hərbi xidmət keçmişdir. “HXH” əsasnamənin 5-ci mad. “j” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) AR ƏN -nin 28.12.1995-ci il tarixli 301 saylı əmri ilə ehtiyata buraxılmışdır.Əlavə qeyd olunur ki, SSRİ MN-nin 06.04.1988-ci ilin 445 saylı əmrinə əsasən 01.01 1988-ci il tarixdən - 01.07.1992-ci il tarixədək xidmət müddəti Komi Muxtar Respublikasında bir ayı ay yarım sayılır. SSRİ MN-nin 20.02.1991-ci ilin 46 saylı əmrinə əsasən 01.07.1992-ci il tarixli Qafqaz hərbi dairəsində xidmət müddəti bir ayı ay yarım sayılır. Ədliyyə Nazirliyinin 30.09.1994-cü il tarixli 187 saylı əmrinə əsasən 01.07.1992-ci il tarixdən - 22.12.1995-ci il tarixədək xidməti ikiqatına sayılır”. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sur axanı rayon İdarəsi tərəfindən tərtib edilmiş arayışa əsasən iddiaçının işlədiyi illəri aşağıdakı kimi müəyyən etmişdir: 1. 12.06.1982-ci il tarixdən 07.05.1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmət - 1 il 10 ay 25 gün; 2. 07.05.1984-cü il tarixdən 13.05.1986-cı il tarixədək SSRİ DİN-nin 55-ci konvoy briqadası2 il 0 ay 05 gün (komi); 3. 04.04.1987-ci il tarixdən - 11.07.1988-ci il tarixədək SSRİ DİN-nin 508-ci konvoy alayı -1 il 03 ay 07 gün (Komi); 4. 08.08.1988-ci il tarixdən 01.07.1992-ci il tarixədək yenidən 55-ci konvoy briqadasında kiçik rəis heyəti qismində nəzarətçi vəzifəsində 3 il 10 ay 23 gün (komi); 5. 01.07.1992 - 22.12.1995-ci il tarixləri təqvimlə - 3 il 05 av 21 gün - 3 il 05 ay 21 gün. Göründüyü kimi, yuxarıda göstərilmiş illərdən ancaq iddiaçının işlədiyi 01.01.1 988-ci ildən 11.07.1988-ci ilədək və 08.08.1988-ci ildən 01.07.1992-ci ilədək olan dövr bir ayı ay yarım və iddiaçının işlədiyi 01.07.1992 - 22.12.1995-ci il tarixlərdəki xidmət illəri isə ikiqatına hesablanmalıdır Beləliklə iddiaçının Komi vilayətində işlədiyi illərin 01.01.1988-ci ildən 11.07.1988-ci ilədək və 08.08.1988-ci ildən - 01.07.1992-ci ilədək olan dövrə münasibətdə güzəştli staj 02 il 02 ay 16 təşkil edir. İddiaçının işlədiyi 07.05.1984-cü il tarixdən 13.05.1986-cı il tarixədək və 04.04.1987-ci il tarixdən - 01.01.1988-ci ilədək xidmət illəri isə güzəştli təqvim hesabı ilə sayılmadığından Komi vilayətindəki staj illəri ümumilikdə 07 il 02 ay 05 gün + 2 il 02 ay 16 gün (güzəştli illər) = 09 il 04 ay 21 gün təşkil edir. İddiaçının 01.07.1992-22.12.1995-ci il tarixlərdəki xidmət i lləri isə ikiqatına hesablandığından 03 il 05 ay 21 gün + 03 il 05 ay 21 gün = 06 il 11 ay 12 gün təşkil edir. Ümumilikdə isə 1 il 10 ay 25 gün (hərbi xidmət dövrü)+ 09 il 04 ay 21 gün ( Komi) + 06 il 11 ay 12 gün = 18 il 02 ay 29 gün təşkil etmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 18 il 02 ay 29 gün stajı olduğundan, lakin qanunvericiliyin tələbinə əsasən isə 20 il tələb edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 26.09.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yo xdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.09.2019-cu il tarixli 21(103)-1707/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar