Məhkəmə qərarları › İş №2-1(102)-3498/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3498/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3498/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlüyü, informasiya sorğusu. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17.12.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı informasiya sorğusunun icrası tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2516/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 30.04.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsində iddiaçı Elmir Həşimovun cavabdeh Təhsil Nazirliyinə qarşı ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentiiyi haqqında şəhadətnamə verilməsi tələbinə dair inzibati işə baxılarkən Nazirlik adından çıxış edən nümayəndə X1 19.12.2018-ci il və 20.11.2018-ci il tarixli iki etibarnamə təqdim edərək cavabdeh inzibati orqanı məhkəmədə təmsil etmişdir. Təqdim edilmiş 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin mötəbərliyi şübhə doğurduğundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu göndərilmiş və sözügedən etbarnamənin müvafiq kitabda qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Anar Cəfərovun 30 aprel 2019-cu il tarixdə ünvanladığı 18-18-409/10 saylı cavab məktubunda sorğ unun icrasından imtina edilmişdir. Cavab onunla əsaslandırılmışdır ki, sorğu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığından icrasından imtina edilmişdir. Nazirliyin məktubu tamamilə qeyri-qanuni olmuşdur. Belə ki, rəsmi cavab kifayət qədər əsaslandırılmamaqla yanaşı məktubdan bəlli deyildir ki, sorğuya cavab verilməməsi maddədə göstərilən konkret hansı hala uyğun gəlmir. Cavabdeh məktubda sorğunun həqiqətən də əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olmasını, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyətinin olmamasını və ya şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsini aydınlaşdırmamış, səthi cavab verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, ümumiyyətlə cavabdeh inzibati orqandan sorğu əsasında tələb edilən məlumatın “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə heç bir aidiyyəti yoxdur. Sorğu şəxsi məqsəd üçün verilməmişdir. Cavabdehin imtinası əsassızdır və yuxarıda göstərilən inzibati işlə əlaqədar sübutların əldə edilməsinə əngəl yaratmaq məqsədi daşımışdır. Vurğulanmalıdır ki, sorğu ümumi məlumatlarla bağlı deyil, tərəflər arasında olan konkret inzibati işlə əlaqədardır. Belə ki, iddiaçı E.Həşimovun diplomunun tanınmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli, 2-1 (82)-2332/2018 saylı qərarından apellyasiya şikayəti verən nümayəndə B.Müslümovun səlahiyyətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının iclasında (07.02.2010-ci ildə) təqdim edilən 20.11.2018-ci il tarixli etibarnamənin mötəbərliyi şübhə altına alındığından tərəflərindən mübahisələndirilmişdir. İnzibati iş üzrə qeyd edilən etibarnamənin həqiqiliyi əhəmiyyət kəsb etdiyindən müvafiq kitaba baxış keçirilməsi, qeydiyyatı ilə bağlı məlumatın götürülməsi zəruridir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2-1(82)-2126/2019 saylı qərardadı ilə (hakim - R.M.Daşdəmirov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin 30.04.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20.11.2018-ci il tarixli, 01.18.64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi” tələbinə dair idd iası mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, etibarnamənin mötəbərliyi ilə bağlı məsələyə işə mahiyyəti üzrə baxılan məhkəmədə baxılmalı olduğundan onun hazırkı tələbinə inzibati prosessual qanunvericilik baxımından baxılması mümkün deyilidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2516/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - S.S.Seyidova, hakimlər - V.M.Məmmədov və İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2126/2018 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qərardadını ləğv edərək iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmə nəzərdən qaçırmışdır ki, hazırkı işdə söhbət vəkil sorğusundan və cavabdehin 30.04.2019-cu il tarixli məktubunun əsaslılığının yoxlanılmasından gedir və belə bir iddia tələbi ilə müraciət etmək qanunla mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq öz qərarını Azərbaycan Respublikası MPM ilə deyil, İPM ilə əsaslandırmış və göstərmişdir ki, həmin qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbə də mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə aidiyyətinin müəyyən edilməsi və ya etibarnamənin mötəbərliyinin aydınlaşdırılması ilə bağlı olmamışdır. Tələb vəkil sorğusu üzrə cavabdeh Təhsil Nazirliyinin imtinasının qanunvericiliyin tələblərinə zidd olması, sorğuya cavab verilməsi, məlumatın təqdim edilməsi vəzifəsinin həvalə edilməsi barədə olmuşdur. İddia tələbində hər hansı bir sənədin mötəbərliyinin yoxlanılması və ya araşdırma aparılması xahiş edilməmişdir. Ona görə də, gəlinən qənaət işin faktiki hallarına uyğun deyildir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldi yi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxışa göndərilməlidir. İşin hallarından məlum olur ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək nümayəndəsi olduğu Elmir Həşimovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Na zirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi isə özünün 30 aprel 2019-cu il tarixli, 18-18-409/10 saylı məktubu ilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olmadığını bildirməklə sorğunun icrasından imtina etmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi iddianı mümkün saymayarkən özünün mövqeyini İPM-in 35-ci maddəsinə istinadla onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində qeyd etdiyi 20.11.2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamə nümayəndəsi olduğu şəxs Elmir Həşimovun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması ilə bağlı iddiasına Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılan zaman təqdim edildiyindən etibarnamənin mötəbərliyi ilə bağlı məsələyə də həmin məhkəmədə baxılmalıdır. Belə ki, iddiaçının Mülki Prosessual Məcəllənin normalarına əsasən kassasiya şikayəti vermək və şikayətdə həmin pozuntuların nədən barət olması ilə bağlı qeydlərin edilməsi hüququ olduğundan hazırkı tələbinə inzibati prosessual qanunvericilik baxımından baxılması mümkün deyildir. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iddianın mümkünsüz olduğuna dair gəldiyi nəticəsini qanunsuz və əsassız hesab edir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1, 2.2 və 2.3.2.-ci maddələrinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etm ə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 3.0.1, 3.0.5 və 3.0.6-cı maddələrində isə təsbit edilmişdir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; informasiya sorğusu informasiya əldə etmək ü çün yazılı və ya şifahi müraciətdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi iddiaçı bağladığı müqavilədən çıxış edərək vəkili olduğu şəxsin müdafiəsi ilə əlaqədar məhkəmə icraatının gedişində Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20.11.2018-ci il tarixli, 01-1864 nömrəli etibarnamənin Təhsil Nazirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarına əsasən tələb olunan məlumat informasiya hesab edilir, iddiaçı isə vəkil kimi həmin informasiyanı məhdudlaşdırılan informasiya olmadığı halda əldə etmək hüququna malikdir. Öz növbəsində cavabdeh bu halla bağlı hər hansı mübahisə qa ldırmadığından informasiya sahibi kimi çıxış edir. Kollegiya qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Qanun informasiyanın əldə edilməsinin iki müxtəlif üsulunu fərqləndirir – informasiyanın sorğu əsasında əldə edilməsi və informasiyanın açıqlanması. Qanunun 29-cu maddəsində sadalanmış informasiyaları açıqlamaq informasiya sahibinin vəzifəsidir və bunun üçün informasiya sorğusu tələb olunmur. İddiaçının tələb etdiyi informasiya isə həmin maddədə sadalanmış informasiyaların sırasına daxil deyil və təbiəti etibarilə daxil ola da bilməz. Çünki həmin maddədə yalnız ümumi ictimai əhəmiyyət kəsb məlumatların dairəsinə daxil olan informasiyalardan bəhs edilir və cəmiyyət maraqları naminə onların sorğusuz açıqlanmalı olduğu imperativ qaydada müəyyən edilir. İddiaçı isə fərdi xarakterli mə lumatın verilməsini tələb etdiyi üçün onun müraciəti informasiyanın sorğu əsasında əldə edilməsi halına aiddir. Belə olan halda, tələb olunan məlumat Qanunun 29-cu maddəsində sadalanan informasiyalar dairəsinə aid deyildir. İşin hallarından görünür ki, cavabdeh informasiya sorğusunu icra etməkdən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə istinadla imtina etmişdir. Həmin Qanunun 21.1.1-ci maddəsində təsbit edilmişdir ki, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Həmin Qanunun 21.2- ci maddəsində informasiya sahibinin sorğunun icrasından imtina edə biləcəyi hallar aşağıdakılar kimi sadalanmışdır: sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləş dirilməsini tələb edirsə. Həmin Qanunun 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının inofrmasiya sorğusunu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə istinadla icra etməkdən imtina etsə də, özünün mövqeyini əsaslandırmamış, həmin maddədə göstərilmiş məhz hansı halın mövcud olduğunu bildirməmişdir. Cavabdeh həmçinin özünün mövqeyini sözügedən Qanunun 21.2-ci maddəsindəki hallardan birinin mövcudluğu ilə də əlaqələndirməmişdir. Kollegiyanın qənaətinə görə bu halların mövcudluğu iddiaçının İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından hazırkı iddianı qaldırmağa dair subyektiv hüququnun olduğunu təsdiq edir. Belə ki, informasiya sorğusunun icrasından qanunsuz imtina edildiyi müəyyən edilərsə, bu hal iddiaçının hüquqlarının pozuntusu nəticəsini doğura bilər. Hazırkı iddia cavabdehin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olduğundan yaranmış mübahisəyə də inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Müvafiq olaraq apellyasiya məhkəməsi hazırkı tələbə inzibati prosessual qanunvericilik baxımından baxılmasının mümkün olmadığı ilə bağlı səhv nəticəyə gəlmişdir. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamasına baxmayaraq apellyasiya şikayətinin dəlillərinin təkzibinə dair mövqeyini də göstərməyərək onları əsaslandırmamışdır. Halbuki, İPM-in 87.8-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhb ər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2516/2019 saylı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar