Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3499/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi (ümumi iş stajı); əmək kitabçasının mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh ##.##.2024-cü il tarixli, 3-17-1/2-V ******/**** nömrəli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş təhsil haqqında diplomun surətinə əsasən iddiaçının ##.##.1977-ci il tarixindən ##.##.1980-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla sığorta stajı 2 il 7 ay 20 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək (işdən çıxma zamanı vurulan möhürdəki qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunub) və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (işdən çıxma əmrinin ##.##.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilib) dövrlərin doldurulma qaydası pozulub. Qeyd olunanlara əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Sumqayıt filialının ##.##.2024-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər Təmir-Tikinti Trestinin ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən, ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək və sözügedən dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun Abşeron- Xızı regional filialına təqdim edilməklə təkrar müraciət əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında əksini tapmış, ##.##.1980-ci il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə, ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Işə qəbul olunana qədər ##.##.1977-##.##.1980-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra X2 ordenli * nömrəli trestə ##.##.1980-ci ildə 3-cü dərəcə ilə fəhlə peşəsinə qəbul olunmuş, ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixinə kimi mütəxəssis vəzifəsində, ##.##.1982-ci il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyində baş mühəndis vəzifəsində, ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixinə kimi baş mühasib vəzifələrində işləmiş, ##.##.1996-cı il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1997-ci il tarixdə Təhsil Nazirliyinin Təmir-Tikinti Trestinin Sumqayıt şəhər Təmir-Tikinti idarəsində mühəndis vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. O, təqaüd yaşına çatdığına görə, təqaüd almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Onlar *-**-*/*-V-******/**** saylı, ##.##.2024-cü il tarixli məktubla ərizənin icrasından imtina etmişdir. Imtinanın səbəbi onunla əsaslandırılmışdır ki, Nazirliyin elektron informasiya ehtiyatlarında məlumatlara əsasən, ##.##.2006-cı ildən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980-ci ildən ##.##.1996-cı il tarixinədək (işdən çıxma zamanı vurulan möhürdə qeydlərdə kiril əlifbasından istifadə olunub) və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixinədək (işdən çıxma əmrinin ##.##.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş ƏQM-ə istinad edilib) dövrlərin doldurulma qaydası pozulub. Sumqayıt şəhər Təmir-Tikinti Trestinin ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək və sözügedən dövrləri sosial sığorta stajına daxil etmək mümükün olmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki onun X2 ordenli * №-li trestə ##.##.1980-ci ildən ##.##.1981-ci ilə kimi 3-cü dərəcə ilə fəhlə peşəsində, ##.##.1981-ci ildən ##.##.1982-ci ilə kimi mütəxəssis, ##.##.1982-ci il tarixindən ##.##.1993-cü il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyində baş mühəndis, ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixinə kimi baş mühasib vəzifələrində işləməyi barədə əmək kitabçasında qeydlər aparılmışdır və bu barədə arxiv arayışı vardır. ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinə kimi Təhsil Nazirliyinin Təmir-Tikinti Trestinin Sumqayıt şəhər Təmir-Tikinti idarəsində mühəndis vəzifəsində işləməyi barədə şahidləri vardır.
4. Iddia tələbinə qarşı cavabdehin etirazı iddiaçının müraciətindən imtina ilə eyni məzmunludur.
5. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: M.T.Mahmudlu-Abbaszadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı əmək kitabçasında əksini tapmış, ##.##.1980-ci il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1997-##.##.2005-ci il tarixədək Sumqayıt şəhər Təmir-Tikinti Trestində işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin əsaslandırması: 6.1. Məhkəmə hesab edir ki, iddiaçının 01.##.##.1980-ci il tarixdən ##.##.1996-cı il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək Sumqayıt şəhər Təmirtikinti idarəsində işləməsinə dair arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. Həmçinin, məhkəmə hesablama cədvəlləri və əmr kitabları təhvil verilmədiyindən əməkhaqqı alıb-almadığının müəyyən edilməsinin mümkün olmaması dəlilinə münasibət bildirərək, onu da qeyd edir ki, şəxsin əməkhaqqı almadan işləməsi ağlabatan deyildir. 6.2. Məhkəmə həmçinin hesab edir ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980-cı il tarixdən ##.##.1996-cı il tarixədək (işdən çıxma zamanı vurulan möhürdəki qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunub) və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək (işdən çıxma əmrinin ##.##.2005-ci il tarixdə verilməsinə baxmayaraq, 1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilmiş) dövrlərin doldurulma qaydası pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil hesab edilə bilməz. Belə ki, əmək kitabçasının düzgün və qanunvericiliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. 6.3. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (##.##.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmışdır və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının sözügedən yerlərdə fəaliyyət göstərməsi öz əksini tapdığından, iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə, iddiaçının ən azı 25 il stajı vardır. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və İ.R.Quliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
10. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiyası almaq hüququ 64 yaşının tamam olduğu ##.##.2024-cü tarixində yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əməkhaqqı cədvəlləri, əmrlər və sair) iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Mübahisələndirilən dövrlərlə bağlı iddiaçının əmək kitabçasında müvafiq qeydlər mövcuddur ki, cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar aşkar edilməmişdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.