Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-35/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:( bağ sahəsinə çıxarışın verilməsindən imtina) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1475/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan xxxx saylı bağ X1 və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli,xxxx müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin iddiaçıya ayrılması barədə X1 və İstismarı Birliyinin xx.xx.2 005ci il tarixli protokolu Bakı şəhər İcra Hakimiyyətinin 289 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********68 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xxxx saylı bağ sahəsinə bölgü sxemi və elektron baza ilə təyin edilmiş koordinatlar əsasında texniki baxış keçirilmiş, müəyyən edilmişdir ki, bağın naturada yerləşdiyi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmışdır və o rada yaşayış evi tikilərək istifadə edilir. Nəticə etibarilə bağ sahəsinin mübahisəli olduğu müəyyən edildiyindən ərizə təmin edilməmişdir. Qeyd olunan imtinadan sonra iddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayonu, Ləhiş ərazisindəki xxxx nömrəli bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahəsinin ayrılması barədə” xx xxxxxx 2005-ci il tarixli 289 saylı sərəncamına əsasən Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan xxxx saylı bağ sahəsinin iddiaçının icarəsinə verilməsi barədə X1 və istismarı Birliyi ilə İddiaçı arasında xxxx, xx xxx xxx 2006-cı il tarixli müqavilə bağlanmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, xx.xx.2018-ci il tarixli cavab məktubunda sözügedən xxxx saylı bağ sahəsinə bölgü sxemi və elektron baza ilə təyin edilmiş koordinatlar əsasında texniki baxış keçirildiyi, ona aid olan bağın naturada yerləşdiyi ərazinin digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alındığı və bağda yaşayış evi tikilərək istifadə edildiyi, bağ sahəsinin giriş darvazası bağlı olduğundan daxili hissəyə keçmək mümkün olmadığı qeyd edilmişdir. Nəticə etibarı ilə sözügedən bağ sahəsinin mübahisəli olduğu müəyyən edildiyindən ərizə təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tə rəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı ilə (hakim: X.X.İmanov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinaya əsas kimi göstərdiyi hallar qanunidir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1475/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işdə olan materiallardan aydın olduğu kimi, adı çəkilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki, xxxx nömrəli ünvanda yerləşən, ümumi sahəsi 0.12 ha (hekt ar) (25x48m) olan bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2005-ci il tarixli, 289 saylı Sərəncamı ilə müharibə veteranı olaraq iddiaçıya ayrılmışdır. Daha sonra Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xxxx, xx xxxxxx 2006-cı il tarixli müqavilə bağlanmışdır. Sadalananlardan göründüyü kimi, iddiaçı həmin bağ sahəsinin tam hüquqlu sahibdir, lakin məhkəmə qərarları ilə onun hüquqları pozulmuşdur. Kassasiya şikayətinin hüquqi əsası kimi “ daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Əsasnamənin 3-cü bəndinə, həmin bəndin 8.23-8.25-ci yarımbəndinə, Azərbaycan Respublikası İPM-in 58.2, 69.4, 48.1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassa siya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1475/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aş ağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və iddiaçı tər əfindən təqdim edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi Sabunçu rayonunun Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan xxxx saylı bağ sahəsi mübahisəlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2017-ci il tarixli, 2(008)- 513/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı həmin torpaq sahəsini hasara almış və üzərində bağ evi tikmiş X2 oradan çıxarılması, torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi və sair tələbləri təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, mübahisəli torpaq sahəsi X3 Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsi əsasında icarəyə verilmişdir. R.xxxx izahatında həmin sahədə bağ evi tikdiyini bildirmişdir. 2007-2010-cu illərdə R.xxxxun torpaq sahəsinə görə torpaq vergisi ödədiyi barədə məhkəməyə sənədlər təqdim edilmişdir. Məhkəmə həmin iş üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-ölçüsü olmadığına görə, həmin torpaq sahəsinin Maştağa bələdiyyəsi tərəfindən X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından iddia təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2011-ci ildə cavabdeh orqana bağ sahəsinə dair plan və cizginin alınması üçün müraciət etmiş, DƏDRX-in Bakı şəhər ərazi idarəsinin 04/24898 saylı, xx.xx.2011-ci il tarixli məktubu ilə xxxx saylı bağ sahəsinin hasarlanma və mərzçəkmə işləri aparılmadığından əri zənin icrası mümkün hesab edilməmişdir. 2016-cı ildə iddiaçı cavabdeh orqana bağ sahəsinin döngə koordinatlarının dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********46 saylı, xx.xx.2016-cı il tarixli məktubla yoxlama ölçü işləri zamanı bağ sahəsinin yerinin təyin olunmadığı və hasarlanma (mərzçəkmə) işlərinin aparılmadığı müəyyən edilmişdir. Sonda sözügedən bağ sahəsinin yeri müəyyən edildikdən və hasarlanma işləri aparıldıqdan sonra ərizənin icrasına baxılacağı qeyd edilmişdir. 2017-ci ildə iddiaçı bağ sahəsinin texniki pasportunun tərtib edilməsi və çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********30 saylı, xx xxxxxx 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsində yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar Xidmətin Bakı şəhər ərazi idarəsinin mütəxəssisləri ünvanda olarkən torpaq sahəsinin yerinin təyin olunmadığı və mərzçəkmə işlərinin aparılmadığı müəyyən olunmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana verilmiş sorğuya xx.xx.2018-ci il tarixli cavab məktubunda mübahisəli bağa dair bölgü sxeminin arxiv qovluğunda aşkar olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-ci maddəsinin birinci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-ci maddəsinin ikinci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin dördüncü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsinə torpaq sahəsi ayrılarkən X1 və İstismarı Birliyi tərəfindən Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmiş, ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi barədə ayrıc aktı tərtib edilməmiş, sahənin plan və ölçüsü id diaçıya təqdim edilməmişdir. X1 və İstismarı Birliyi ləğv edilənədək bu sənədlərin əldə edilməsi üçün təşəbbüs göstərilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının xx.xx.2006-cı il tarixli müqavilə əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin xx.xx.2006-cı il tarixli,xxxx müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bundan əlavə işin mübahisəsiz halıdır ki, iddia olunan torpaq sahəsi hazırda iddiaçının sahibliyində və istifadəsində deyil. Həmin sahədə bağ evi inşa etmiş X4 ilə iddiaçı arasında olan mülki mübahisə kifa yət qədər sübutların olmaması əsası ilə iddiaçının xeyrinə həll edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə k ollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu tarixli, 2-1(103)-1475/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-35/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-35/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver