Məhkəmə qərarları › İş №2-1(102)-35/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-35/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-35/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrik qatarlarının maşinist köməkçiləri, elektrik qatarlarının maşinistləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 2-1(103)-1874/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1963-cü il 21 dekabr tarixdə anadan olmuşdur. O, 1979-cu il 1 sentyabr tarixdən 1982-ci il 17 iyul tarixədək texniki-peşə məktəbində təhsil almış, 1982-ci il 27 oktyabr tarixdən 1984-cü il 30 oktyabr tarixədək hərbi xidmətdə olmuş, 1984-cü il 6 dekabr tarixdən 1985-ci il 14 fevral tarixədək Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda çilingər, 1985-ci il 14 fevral tarixdən 1992-ci il 25 may tarixədək həmin depoda elektrik qatarlarının maşinist köməkçisi, 1992-ci il 25 may tarixdən 2010-cu il 1 aprel tarixə kimi həmin depoda elektrik qatarlarının maşinisti vəzifələrində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 2021-ci il 2 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının fərdi hesabının yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48001,67 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 42366,28 manat olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericilik baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2021-ci il 2 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 2020-ci il 21 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 aprel tarixli, 2-1(112)-4713/2021 nömrəli qəra rdadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1963-cü il 21 dekabr təvəllüdlüdür, 1979-cu il 1 sentyabr tarixdən 1982-ci il 17 iyul tarixə qədər 2 nömrəli texniki peşə məktəbində “elektrovoz maşinist köməkçisi” peşəsi üzrə təhsil almışdır. 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. 1982-ci il 11 fevral tarixdə "xxxx" QSCnin Bakı Lokomotiv deposunda işə başlamışdır. İşlədiyi müddətdə elektrik qatarlarının maşinist köməkçisi, elektrik qatarlarının maşinisti və teplovozda maşinist vəzifələrində işləmişdir. Hazırda əmək fəaliyyətini davam etdirməkdədir. Əmək kitabçasında onun işə daxil olma əmrlərinin tarixi və nömrələri barədə müvafiq qeyd aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı Lokomotiv Deposundan iddiaçının iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, iddiaçı 2006-cı il 1 yanvar tarixədək ümumi 25 ildən artıq və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə isə 12 il 6 aydan artıq işləmişdir. İddiaçı cavabdehə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə dair müraciət etsə də, cavabdeh qurum 2021-ci il 2 fevral tarixli məktubu ilə imtina etmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı iş lərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırkı redaksiyası 2017-ci il 10 mart tar ixli, 543- VQD nömrəli Qanun ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48001,67 manat hesabla ndığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 42366,28 manatdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 may tarixli, 2-1(112)-4713/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 2020-ci il 21 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdehin imtinası qanunsuz hesab edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1979-cu il 1 sentyabr tarixdən (1979-cu il 1 sentyabr tarixdən 1984-cü il 30 oktyabr tarixədək təhsil aldığı və hərbi xidmətlə olduğu dövr 05 il 02 ay; 1984-cü il 6 dekabr tarixdən 2006-cı il 1 yanvar tarixədək Azərbaycan Dəmir Yollarında müxtəlif vəzifələrdə 21 il 26 gün) fasiləsiz olmaqla 2006-cı il 1 yanvar tarixə iddiaçının ümumilikdə 26 il 02 ay 26 gün sığorta stajı, ondan 20 il 10 ay 19 gün gününü əmək şəraiti zərərli və ağır olan işlərdə (1985ci il 14 fevral tarixdən 1992-ci il 25 may tarixədək 07 il 03 ay 12 gün müddətinə elektrik qatarlarının maşinist köməkçisi (kod 23001000-16887 uyğundur); 1992-ci il 25 may tarixdən 2006-cı il 1 yanvar tarixədək 13 il 7 ay 07 gün müddətinə elektrik qatarlarının maşinisti (kod 23001000-14409 uyğundur) işləmişdir. Beləliklə, tam əmək stajı həmin tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). İddiaçı 1963-cü il 21 dekabr tarixdə anadan olmuş və 57 yaşının tamam olduğu 2020-ci il 21 dekabr tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 2-1(103)-1874/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda, hesab etmişdir ki, iddiaçının işlədiyi güzəştli peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1993-cü il 21 iyun tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 №-li Siyahısının “23000000 XXVİİİ Nəqliyyat bölməsinin “23001000—14241” kodunda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” kimi təsbit olunmuşdur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassa siya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanun a əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şami l olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə ak tının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Cavabdeh iddiaçının 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq ümumi iş stajına malik olduğunu, bunun 12 il 6 ayını güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışdığını, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu, bununla da, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş yaşa və staja dair şərtlərin iddiaçı tərəfindən ödənildiyini mübahisələndirmir.

24. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabını n sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

25. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

26. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, eyni zamanda hesab etmişdir ki, iddiaçının işlədiyi güzəştli peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 1993-cü il 21 mart tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəş tli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 №-li Siyahısının “23000000 XXVİİİ Nəqliyyat bölməsinin “23001000—14241” kodunda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” kimi təsbit olunmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının 1985-ci il 14 fevral tarixdən 1992-ci il 25 may tarixədək işlədiyi “elektrik qatarlarının maşinist köməkçisi” 2 №-li Siyahının 23000000 XXVİİİ Nəqliyyat bölməsinin 23001000-16887 koduna /elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri/, 1992-ci il 25 may tarixdən 2006-cı il 1 yanvar tarixədək işlədiyi “elektrik qatarlarının maşinisti” 23001000-14409 koduna /e lektrik qatarlarının (seksiyalarının) maşinistləri/ uyğundur.

28. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin həmin istinadı məhkəmənin gəldiyi nəticəyə təsir etmədiyindən və qərar digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin oluna bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli, 2-1(103)-1874/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar