Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-35/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi Məcəlləsinin 166.7-ci maddəsinin xx.xx.2024-cü ilə olan redaksiyasının tətbiqi; əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin iddiaçının ƏDV hesabına ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosia l sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********054500 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-843/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2021-ci il tarixli, **********289800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla bildirilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 2082583,73 manat olmasına baxmayaraq, qeyd o lunan dövrlər üzrə təqdim edilən bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1969378,96 manat olması, nəticədə, ümumilikdə 113204,77 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
2. Cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin iyul ayı üçün ƏDV vergisi bəyannaməsi üzrə ümumilikdə 93018,49 manat vergi məbləği hesablanmış və bu barədə, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********938100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir.
3. Daha sonra, vergi orqanı tərəfindən hesablanmış vergi məbləği 3242,01 manat azaldılaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli ********** 010900 nömrəli qərar qəbul olunmuşdur.
4. Vergi orqanının xx.xx.2021-ci il tarixli, **********744800 nömrəli inzibati şikayətin qismən təmin edilməsi barədə qərarına əsasən, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********938100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********010900 nömrəli qərarlarının 84990,63 manat hissədə dəyişdirilmədən saxlanılması, qərarın digər hissədə - 4785,85 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır.
5. Sonradan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********744800 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən hesablanmış vergi məbləğinin 4785,85 manat azaldılması barədə 07 yanvar 2022-ci il tarixli, **********054 500 nömrəli qərar qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********054500 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, qeyd olunan dövr ərzində iddiaçının bank hesabına 10922985,76 (1 0922985,76x0,18=1966137,44) manat məbləğ, kassa hesabına isə 18008,47 (18008,47x0,18=3241,52) manat məbləğ mədaxil edildiyi üçün təqdim edilən bəyannamələrdə ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış məbləğ 1969378,96 manat olmuşdur. xx.xx.2020 - xx.xx.2021-ci il tarixlərdə ƏDV depozit hesabına 2087341,76 manat məbləğ mədaxil olunsa da, əməliyyatların bir qisminin əsas məbləği ödənilmədiyindən ƏDV bəyannaməsində əks olunmamışdır.
8. Cavabdeh vergi orqanı iddia tələbinə etirazında işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV sub-uçot hesabına mədaxil edilən vəsaitlərə əsasən (geri qaytarılan məbləğlər nəzərə alınmaqla) Cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək minimum dövriyyəsinin 2 079341,45 manat olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinə əsasən bəyan etdiyi dövriyyə məbləğinin (pərakəndə ticarətdən əldə edilən gəlir nəzərə alınmadan) 1966137,45 manat olduğu, nəticədə 113204 manat kənarlaşma yarandığı, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin minimum dövriyyəsinin 3130705,67 manat olduğu, 2021-ci ilin iyul ayı üçün vergi ödəyicisi tərəfindən bəyan edilmiş dövriyyə məbləği nəzərə alınmaqla, təqdim edilmiş ƏDV bəyannamələrində 3045715,04 manat məbləğində dövriyyə bəyan edildiyi və nəticədə 84990,63 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə -faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qa ydaları”nın 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Qaydaların 1.4cü bəndinə əsasən, malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda və Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: A. Ə.Əhədova) 28 iyun 2022-ci il tarixli 21(112)-4973/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********054500 nömrəli qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə vergi orqanının xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsinə əsas iddiaçının təqdim etdiyi malların (işlər, xidmətlər) ƏDV-sinin ƏDV depozit hesabına ödənildiyi, lakin malların (işlər, xidmətlər) əsas dəyəri (əsas məbləğ) ödənilmədiyi halda, iddiaçının həmin əməliyyat üzrə ƏDV vergisini bəyan etməməsidir. Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏD V əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir. Həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilməd ən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni, təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır. Belə ki, VM-nin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yuxarıda qeyd edilən 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər ) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDVsiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləği Cəmiyyətin ƏDV hesabına ödənilmişdir. Qeyd edilən əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən, iddiaçı təqvim ayında ƏDV vergisi bəyan etməmişdir. Əsas məbləğin ödənilməməsi yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Çünki, ən azından VM-nin yuxarıda qeyd edilən 166.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddəti bitməmişdir.
11. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və Ş.A.Məmmədova) 25 may 2023-cü il tarixli, 21(103)-843/2023 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4973/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə etirazda və apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasın da vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.... Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... Maddə
94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesabla malarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.... Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.... Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisənin yarandığı vaxt qüvvədə olan redaksiyada) 1 66.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə– aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmə nin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.... Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məh kəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, el əcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisənin yaranma əsası iddiaçı ilə digər sahibkarlar arasında baş tutmuş əməliyyatlara görə malların (iş və xidmətlər) dəyəri ödənilmədən, iddiaçının ƏDV sub-uçot hesabına daxil olan məbləğlərə görə ƏDV-nin bəyan edilməməsi ilə bağlıdır.
26. Aşağı instansiya məhkəmələri haqlı qeyd etmişlər ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilir, eyni zamanda, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Qanunvericilikdə əksini tapmış bu cür tənzimləmə əsas məbləğlə, ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsinin mümkün olması nəticəsinə gəlməyə əsas verir. Qanunvericiliyə əsasən, ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad etsə də, qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödən ilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir ki, əməliyyatların baş tutduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtı nəzərdə tutulur və təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması, həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir.
27. Beləliklə, hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arası nda mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir.
28. Həmçinin qeyd edilməlidir ki, VM-nin 166.7-ci maddəsinin 05 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Sözügedən qanun dəyişikliyindən ( xx.xx.2024-cü il tarixdən qüvvəyə minib) sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.
29. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır.
30. Beləliklə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 25 may 2023-cü il tarixli, 21(103)-843/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.