Məhkəmə qərarları › İş №2-1(102)-35/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-35/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-35/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabla nması” barədə 01 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 2-1(106)-111/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarından görünür ki, ilə "xxxx" MMC-yə 3836,11 manat əlavə vergi borcu hesablanmışdır. 2. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5046/2023 nömrəli məktubundan görünür ki, "xxxx" QSC ilə “X2 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəmir yolu daşımaları xidmətinə dair müqavilə aşkarlanmamışdır.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamı əsasında "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. 4. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin debitor qalığı şəklində borcu mövcud olmuş, lakin həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Bu səbəbdən sözügedən borc ümidsiz hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir.

5. Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsində olan uçotbaza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmış, Vergi orqanında mövcud olan uçot məlumatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 2xil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olaraq qeyd olunmuş və Uçot məlumat bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmi yyəti tərəfindən xx.xx.2015-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixədək, xx.xx.2016-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hal-hazırda fəaliyyəti passiv vəziyyətdədir.

6. Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********258500 nömrəli məktubuna əlavə edilmiş "xxxx " cədvəldən görünür ki, Xəzər Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi fəaliyyəti olmamış və buna görə də vergi məbləği hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun silinməsi və Bank Hesablarına qoyulmuş sanksiyanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarın ləğv edilməsi kimi qəbul olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X1 Lənkəran Bölgə şöbəsində qeydə alınmışdır və cəmiyyətə 0506-S4-12 saylı şəhadətnamə verilmişdir. "xxxx" MMC 2006-cı ildə müsabiqə yolu il Özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ilin iyun ayında özəlləşdirilmiş “X2 Emalı” ASC-nin təsisçisidir. 5 saylı Ərazi Vergilər İdarəsinin onlara göndərdiyi 21 iyun 2022-ci il tarixli, **********30200 məktubunda göstərilir ki, "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-c i il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Belə ki, "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borclarının olduğunu və həmin borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinməsi nəticəsində "xxxx" MMC-yə 2021-ci il üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 3836,11 manat mənfəət vergisi üzrə borcun olması tələbi qoyularaq borc məbləği kimi hesablanmış və sanksiya qərarı verilmişdir. xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəyəri ödənilməmiş dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Bu günə ki mi "xxxx" QSC ilə aralarında borcun olub-olmaması barədə qarşılıqlı Üzləşmə aktı tərtib edilməmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə 01 saylı məktubla cavabdehə rəsmi olaraq xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Odur ki, daşımalara dair sifarişin və müqavilənin olmadığını, eləcədə borcun olubolmaması barədə üzləşmə aktının olmamasını göstərərək, 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək məqsədi ilə müəssisələrinin xx.xx.2021-ci il tarixə 16722,27 manat borclarının olmaması barədə arayış vermələrini xahiş etmişlər. Yuxarıda qeyd etdikləri kimi onların ümumiyyətlə "xxxx" QSC-yə borcları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələb ləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Həmin müddətdən artıq 14 il keçmişdir. Buna görə də artıq tələb hüququ itirilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, 210597 saylı cavab məktubunda bildirir ki, "xxxx" QSCnin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümidsiz debitor borcları silinmişdir. Qeyd edilən sərəncama əsasən müraciətinizdə göstərilən borc məbləği ADY-nin uçot məlumatlarından çıxarılmışdır. Hesab edirlər ki, bu cavabla cavabdeh onların haqlı tələblərindən qaçaraq məsuliyyətdən yayınır. Hesab edirlər ki, bu hal onların işgüzar fəaliyyətlərinə çox böyük zərbə vurur, fəaliyyətləri tamamilə dayandırılmışdır. Sahibkarlıq fəaliyyətləri təhlükə qarşısındadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarix ə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olması və həmin borcun ümidsiz debitor borcu kimi silinməsi nəticəsində "xxxx"nın (VÖEN **********) gəlirləri (mənfəət) formalaşmasına baxmayaraq 2021-ci il üçün mənfəət vergi bəyannaməsi təqdim edilməmişdir. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunuzun silinməsi nəticəsində "xxxx "nın (VÖEN **********) 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməməsi nəticəsində 2021-ci il üzrə 76722,27 manat dövriyyə məbləğinin, 3836,11 (76722,27x20%=15344,75-75%) manat isə vergi məbləğinin azaldılaraq vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 3836,11 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd etmək istəyirlər ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının qorunduğu pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbur etmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Vergi ödəyicisi "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanlarında qeydiyyata (VÖEN:**********) alınmış, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergilər üzrə xx.xx.2023-cü il tarixə 5056,10 manat borcu yaranmışdır. "xxxx" MMC iddia ərizəsində bank hesablarına qoyulmuş sərəncamın götürülməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınması zəruridir ki, "xxxx" MMC-nin hal-hazırda (xx.xx.2023) aktiv bank hesabı yoxdur və bank hesabına sərəncam qoyulmamışdır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı v ergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

11. Şirvan İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 nömrəli qərarı ilə (hakim F.N.Abbasov) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Döv lət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinə əsas olmuş "xxxx" MMC-nin "xxxx" QSCyə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğunu, qeyd olunan cəmiyyətlər arasında xx.xx.2021-ci il tarixə kimi dəmir yolu daşımaları xidmətinə dair müqavilələrin və ya digər sənədlərin (üzləşmə aktlarının, qaimə-fakturaların və s.) mövcudluğunu təsdiq edən hər hansı dəlil və ya sübutlar ın təqdim edilməsi təklif olunsa da, vergi orqanı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim olunmamışdır. Vergi orqanı iddiaçıya mənfəət vergisinin əlaqəli məlumatlar əsasında hesablandığını bildirsə də, bu məlumatların nədən ibarət olduğu, hansı mənbədən əldə edildiyi barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5046/2023 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC ilə “X2 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəmir yolu daşıma ları xidmətinə dair müqavilə aşkarlanmamışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov (sədrlik edən və məruzəçi), F.C.Hüseynov və H.X.Bəhmənov) 7 may 2024-cü il tarixli, 21(106)-111/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərar ın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. apellyasiya TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut e tməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və dig ər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə kimi fəaliyyəti aktiv olsa da, gəliri olmamış və ona vergi hesablanmamış, xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək isə ümumiyyətlə sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmış və hazırda da fəaliyyəti passiv vəziyyətdədir. 28. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli nömrəli məktubundan görünür ki, "xxxx" QSC ilə “X2 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" MMC arasında dəmir yolu daşımaları xidmətinə dair müqavilə aşkarlanmamışdır.

29. Bundan başqa, "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx"xxxx"xxxx" MMC-nin debitor qalığı şəklində borcu mövcud olmuş, lakin həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debi tor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Bu səbəbdən sözügedən borc ümidsiz hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı ilə "xxxx" QSC-nin arasında hər hansı mübadilə əməliyyatını və bunun nəticəsində borcun yarandığını təsdiq edən hər hansı sübutu "xxxx" QSC təqdim edə bilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən h üquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(106)-111/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar