Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-350/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsinin ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərardadından iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarı ilə (hakim – M.S.Bayramov) iddiaçı qızının iddia tələbi təmin olunaraq ünvan 1 ünvanda olan mənzil barəsində 27.07.2002-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən özəlləşdirmə qərarının ciddi qanun pozuntuları ilə verildiyi üçün ləğv edilməsi və həmin mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytırılması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Bundan sonra Maraqlı şəxs 06 dekabr 2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək həmin qərarın onun maraqlarına toxunduğunu bildirməklə qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. 17 yanvar 2018-ci il tarixdə isə Maraqlı şəxs birinci instansiya məhkəməsinə apellyasiya şikayəti təqdim edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Maraqlı şəxs həmçinin ərizə verərək buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi daxil olmuş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməs inə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi əvvəlcə işi apellyasiya şikayətinin mümkünlüyü məsələsinin baxılmasına təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2018 saylı, 21 fevral 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) Maraqlı şəxs hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, apellyasiya şikayəti mümkün hesab edilərək şikayət apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şi kayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı iddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərardadının ləğv edilməsini və Maraqlı şəxs apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillər i Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarından iş üzrə tərəf olmayan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Lakin Maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarı qanuni qüvvəyə minənə qədər iş üzrə tərəf və ya məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs olmamış, prose ssual qanunvericiliyin müddəalarına zidd olaraq iş üzrə statusu müəyyən olunmadan apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi qanunsuz olaraq onu üçüncü şəxs qismində icraata cəlb etmiş, apellyasiya şikayətini icraata qəbul etmiş, daha sonra isə onun şikayətini qismən təmin etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətində göstərilən məzmunla izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar q əbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş ba xılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin hallarından göründüyü kimi hazırkı mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qərarına qarşı maraqlarına toxunulduğu iddia edən şəxsin icraat qoşulması məsələsinə dair yaranmışdır. Belə ki, Maraqlı şəxs təqdim etdiyi ərizəsində və apellyasiya şikayətində qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarının onun maraqlarına toxunduğunu bildirmişdir. Apellyasiya məhkəməsi isə əvvəlcə 21 fevral 2018-ci il tarixli qərardadla hazırkı iş üzrə qəbul ediləcək hər hansı məhkəmə qərarının bu və ya digər formada Maraqlı şəxs maraqlarına toxunduğu nəticəsinə gələrək onu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmiş, apellyasiya şikayətini mümkün hesab edərək şikayəti apellyasiya icraatına qəbul etmişdir. Məhkəmə daha sonra 31 avqust 2018-ci il tarixli qərardadla üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini qismən təmin etmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarını ləğv edərək iddianı mümkün saymamışdır. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, hazırkı mübahisə üzrə Maraqlı şəxs apellyasiya şikayətinin (əslində isə mahiyyətinə və məzmununa görə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəsinin) taleyi “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qər arına görə həll edilməlidir. Həmin Qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni q üvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Sözügedən qərarda Kontsitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “... İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə u yğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün i ştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi müb ahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mü bahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. ….Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə ic raatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqelərə görə birinci instanisya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Bu mənada, hazırkı işin hallarından görünür ki, Maraqlı şəxs bu qaydada ərizə deyil, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Kollegiya bununla bağlı qeyd edir ki, bu halda, birinci instansiya məhkəməsi məsələyə formal olaraq yanaşmamalı, verilmiş apellyasiya şikayətini məhz icraata cəlb edilmə barədə ərizə kimi qəbul edərək özü həmin məsələni həll etməli idi. Lakin birinci instansiya məhkəməsi bu qaydada davranmamış, apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmiş, öz növbəsində həmin məhkəmə də səlahiyyətli olmadığı halda, həmin apellyasiya şikayətinə (əslində isəinzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə) mahiyyəti üzrə baxmışdır. Ona görə də, Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə ilkin olaraq məhz birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olduğu nəzərə alınmaqla iş baxılması üçün həmin məhkəməyə gö ndərilməlidir. Birinci instansiya məhkəməsi həmin ərizəyə mahiyyəti üzrə baxmalı, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyən edilmiş meyarları rəhbər tutmaqla ərizənin taleyini həll etməlidir. Müvafiq olaraq birinci instansiya məhkəməsinin bu məsələyə dair çıxaracağı qərardaddan isə həm işdə iştirak edən şəxslərin, həm də icraata qoşulmaq istəyən şəxsin apellyasiya şikayəti vermək hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsinin yalnız bu qaydada verilmiş apellyasiya şikayətinə baxmaq hüququ vardır. Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə baxılması zamanı isə birinci instansiya məhkəməsi aşağıdakıları nəzərə almalıdır. Birincisi, Maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarının qəbul ed ilməsi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmaması müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, Maraqlı şəxs təqdim etdiyi sübutlar tam və hərtərəfli tədqiq olunmaqla onun zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, o, icraata cəlb edilə bilər. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilər ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. İkincisi,Maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2inz(81)2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməlidir. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi vurğu edilmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, məhkəmə ilk növbədə Maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli barədə nə vax t bildiyini və ya bilməli olduğunu dəqiq müəyyən etməlidir. Bundan sonra isə məhz həmin andan etibarən ərizə vermə müddətinin hesablanmağa başlanıldığını nəzərə almalıdır. Bu müddət isə İPM-in 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətləridir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş Maraqlı şəxs tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə mahiyyəti üzrə bax ılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin.