Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-350/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X3 Xüsusi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının nominal orta aylıq əmək haqqı və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X3 Xüsusi X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1966/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il 16 fevral tarixdən əmək fəaliyyətinə başlamış, 1960-cı il 6 yanvar tarixdən 1975-ci il 13 oktyabr tarixədək Ermənistan SSR, Quqark rayon Təmir-Tikinti sahəsində çəkicvuran, 1975-ci il 13 oktyabr tarixdən 1988-ci il 12 noyabr tarixədək isə dəmirçi peşələrində işləmişdir. İddiaçıya 1991-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 9 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina e tmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli, 904-İİİQD nömrəli Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2006-cı il 1 yanvar tarixdən 2010-cu il 1 yanvar tarixədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış (Qanunun 26.2-ci maddəsi ləğv edilmiş), hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı 1960-cı il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Quqark rayon Təmir-Tikinti sahəsində işlədiyi illər üzrə orta aylıq əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə işçilərin nominal əmək haqları barədə cədvəlinə istinadən tikinti sahəsi üzrə 385.5 manat məbləğində müəyyən olunmuş orta aylıq nominal əmək haqqına istinad olunması qanunvericiliyə ziddir. İddiaçı 2018-ci il 10 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 2010-cu il 1 yanvar tarixədək qüvvədə olan redaksiyasına əsasən aldığı yaşa görə əmək pensiyasının Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə tikinti sahəsi üzrə müəyyən etmiş olduğu 385,8 ma nat nominal orta aylıq əmək haqqından, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla yenidən hesablanması və 2008-ci il 1 yanvar tarixdən bu günədək yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1960-cı il 6 yanvar tarixdən 1975-ci il 13 oktyabr tarixədək Ermənistan SSR, Quqark rayon Təmir-Tikinti sahəsində çəkicvuran, 1975-ci il 13 oktyabr tarixdən 1988-ci il 12 noyabr tarixədək isə dəmirçi peşələrində işləmişdir. İddiaçının işlədiyi vəzifələr xüsusilə ağır və zərərli iş sahəsinə aid olduğu üçün ona 1991-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Uzun illər ağır işlərdə çalışmasına baxmayaraq, hazırda çox cüzi əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Lakin iddiaçıya pensiya “Əmək pensiyaları haqqında” Qanuna 2010-cu il 1 yanvar tarixdə edilmiş dəyişikliyə əsasən hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-239/19 nömrəli 2019-cu il 5 fevral tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqınd a” Qanunun 17-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 2010-cu il 1 yanvar tarixədək qüvvədə olan redaksiyasına əsasən aldığı yaşa görə əmək pensiyasının Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə tikinti sahəsi üzrə müəyyən etmiş olduğu 385,8 manat nominal orta aylıq əmək haqqından, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla yenidən hesablanması və 2008-ci il 1 yanvar tarixdən bu günədək yaranmış pensiya fərqinin ödənilməsiöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablandığından onun əmək pensiyası, qanunvericiliyin tə ləbinə əsasən həmin əmək haqqının tam məbləği əsas götürülməklə 2008-ci il yanvarın 1-dən tətbiq edilərək yenidən hesablanmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1966/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 23 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 25 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olun masını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı əslində 2 tələblə çıxış edib:
1. Pensiyanın Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə tikinti sahəsi üzrə müəyyən etmiş olduğu 385,8 manat nominal orta aylıq əmək haqqından hesablanması;
2. Pensiya hesablanarkən sonrakı illər üzrə artımların diqqətə alınması. Məhkəmə verilən apellyasiya şikayəti üzrə ancaq birinci tələbə münasibətdə qiymətləndirmə aparmışdır. İddiaçıya təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablandığından onun əmək pensiyası, qanunvericiliyin tələbinə əsasən həmin əmək haqqının tam məbləği əsas götürülməklə 2008-ci il yanvarın 1-dən tətbiq edilərək yeni dən hesablanmalıdır. Birinci tələbə münasibətdə qeyd olunur ki, 2009-cu il 27 oktyabr tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən, 2006-cı il 1 yanvar tarixdən 2010-cu il 1 yanvar tarixədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış (Qanunun 26.2-ci maddəsi ləğv edilmiş), hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı 1960-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Quqark rayon Təmir Tikinti sahəsində işlədiyi illər orta aylıq əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə Azərbaycanda i qtisadi fəaliyyət növləri üzrə işçilərin nominal əmək haqları barədə cədvəlinə istinadən tikinti sahəsi üzrə 385,5 manat məbləğində müəyyən olunmuş orta aylıq nominal əmək haqqına istinad olunması qanunvericiliyə ziddir. İkinci tələblə bağlı qeyd olunur ki, “sonrakı artımlar da nəzərə alınmaqla hesablanma” tələbinin “Əmək pensiyaları haqqında” Qanunu ilə heç bir əlaqəsi yoxdur. Yəni həmin Qanun belə bir qaydanı nəzərdə tutmur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun isə 2008-ci il tarixdə tətbiqi mümkün deyildi. Lakin işə baxan məhkəmə maddi hüquq pozuntusuna yol verərək iddianı təmin etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət ə saslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqınların və məcburi köçkünlərin statusu” haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 sentyabr tarixli qərarının icrası ilə əlaqədar olaraq “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 15 yanvar tarixli, 32 №-li qərarının 5-ci bəndinə əsasən, qaçqın və məcburi köçkün kateqoriyasından olan vətəndaşlara pensiyaların “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada hesablanır (2006-cı il 26 sentyabr tarixli, 217 nömrəli Qərarla “Vətəndaşların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edi lmişdir). 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 17-ci maddəsinə əsasən, qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Həmin Qanunun 78-ci maddəsinə əsasən (“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla təsdiq edilmiş redaksiyada), pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 625 №-li Fərmanın 2-ci bəndinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Pensiya hesablanması üçün 1996cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə” 1997-ci il 13 avqus t tarixli, 91 №-li Qərarın 1-ci bəndi ilə (2006-cı il 26 sentyabr tarixli, 217 №-li Qərarla qüvvədən düşmüşdür) orta aylıq əmək haqqı 60 min AZM (12 AZN) məbləğində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Pensiya hesablanması üçün respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi barədə” 2003-cü il 21 avqust tarixli, 108 №-li Qərarının 1-ci bəndi ilə (Qərarın həmin bəndi 2007-ci il 27 fevral tarixli, 40 №-li Qərarla çıxarılmışdır) 85 min AZM (17 AZN) məbləğində təsdiq edilmişdir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “ Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə (2008-ci il 1 yanvar tarixədək qüvvədə olan redaksiyada) əsasən: 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağl ı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. (...) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 2007-ci il 6 noyabr tarixli, 474-İİİQD №-li Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 26.2-26.5-ci maddələri müvafiq olaraq 26.3-26.6-cı maddələr hesab edilmiş və Qanuna aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilmişdir: “26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. “. Həmin Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinə aşağıdakı m əzmunda qeyd əlavə edilmişdir: “Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.”. Beləliklə, əvvəlki Qanunla müəyyən edilmiş orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) yeni Qanuna əsasən aradan qalxdığından, 2008-ci il yanvarın 1-dən başlayaraq iddiaçının da əmək pensiyası həmin məhdudiyyət nəzərə alınmadan hesablanmalı idi. İşdən müəyyən olunur ki, iddiaçıya pensiya təyin edilərkən tikinti sahəsində işlədiyi üçün əmək haqqı barədə sənədləri üzrlü səbəblərdən təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının əmək pensiyası Statistika Komitəsi tərəfindən müəyyən edilmiş tikinti sa həsinin nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının Dövlət X3 2008-ci il 19 may tarixli, xx/xx-1709 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci 6 may tarixli, 6-30 nömrəli məktubuna əsasən 2007-ci ildə Azərbaycan Respublikasında tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal aylıq əmək haqqı 385,8 manat təşkil etmişdir. Şikayətin birinci dəlili ondan ibarətdir ki, 2009-cu il 27 oktyabr tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən, 2006-cı il 1 yanvar tarixdən 2010-cu il 1 yanvar tarixədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış (Qanunun 26.2-ci maddəsi ləğv edilmiş), hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı 1960-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Quqark rayon Təmir Tikinti sahəsində işlədiyi illər orta aylıq əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə işçilərin nominal əmək haqları barədə cədvəlinə istinadən tikinti sahəsi üzrə 385,5 manat məbləğində müəyyən olunmuş orta aylıq nominal əmək haqqına istinad olunması qanunvericiliyə ziddir. Şikayətin həmin dəlili əsaslı deyil. Belə ki, iddiaçı 2008-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş Qanundan irəli gələn sosial təminat hüququnun tanınmasını tələ b etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2010-cu il yanvarın 1-dən qüvvəyə minmiş Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, “sonrakı artımlar da nəzərə alınmaqla hesablanma” tələbinin “Əmək pensiyaları haqqında” Qanunu ilə heç bir əlaqəsi yoxdur. Yəni həmin Qanun belə bir qaydanı nəzərdə tutmur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun isə 2008-ci il tarixdə tətbiqi mümkün deyildi. Lakin işə baxan məhkəmə maddi hüquq pozuntusuna yol verərək iddianı təmin etmişlər. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və ya dəyişdirilməsinin əsası kimi qəbul etmir. Belə ki, “sonrakı artımlar da nəzərə alınmaqla hesablanma” tələbi iddiaçının əsas tələbinin - 2008-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş Qanundan irəli gələn hüququn təmin olunmasının tərkib hissəsidir. Başqa sözlə, iddiaçının əmək pensiyası 2007-ci ildə Azərbaycan Respublikasında tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal aylıq əmək haqqının məbləğindən hesablanmağa başlanırsa, Dövlət Statistika Komitəsinin müəyyən etdiyi nominal aylıq əmək haqqının sonrakı (növbəti) illər üzrə artımına uyğun olaraq əmək pensiyası da yenidən hesablanmalıdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2008-ci il tarixdə tətbiqinə dair dəlilə gəldikdə, y uxarıda qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il yanvarın 1-dən tətbiq edilən 26.2-ci maddəsində qeyd edilir ki, “Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.”. Normanın məzmunundan göründüyü kimi, həmin Qanunun özündə qüvvədən düşmüş Qanuna istinad edilir və həmin Qanuna əsasən hesablanmış pensiyanın əsasını təşkil edən müvafiq orta aylıq əməkhaqqının tam məbləği əsas götürülür. İddiaçıya münasibətdə isə həmin orta aylıq əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onun işlədiyi sahə üz rə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 oktyabr tarixli 2-1(103)-1966/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev