Məhkəmə qərarları › İş №2-1(102)-350/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-350/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-350/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MTK-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı 23 yanvar 2017-ci il tarixli qərarın ləğvinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-518/2021 saylı 3 mart 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (tərəflər dəvət edilmədən) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi dəqiqləşdirilmiş tələbində cavabdehin 20 dekabr 2013-cü il tarixli, 17 aprel 2015-ci il tarixli, 20 avqust 2019-cu il tarixli və 23 yanvar 2017-ci il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdehin 20 dekabr 2013-cü il tarixli qəra rı, 17 aprel 2015-ci il tarixli qərarı və 20 avqust 2019-cu il tarixli qərarı qismən ləğv edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə iddia 23 yanvar 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

4. İddiaçı 21 oktyabr 2020-ci il tarixli qərardaddan, cavabdeh isə həmin tarixli qərardan apelyasiya şikayəti vermişdir.

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin, həmin tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir.

6. Cavabdeh 7 iyul 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti vermiş, kasasiya məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı ilə apelyasi ya məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı qismən ləğv edilmiş, ləğv edilmiş hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.

7. İş təkrar apelyasiya məhkəməsinin icraatında olarkən iddiaçı 6 dekabr 2021ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin 3 mart 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq

8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin veril ə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

9. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

10. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspan iyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi

11. İddiaçı 3 mart 2021-ci il tarixli qərardaddan kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 9 fevral 2022-ci il tarixə təyin edilmiş, bu barədə iddiaçıya 23 dekabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir.

12. İşdə olan sənədlərdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin 3 mart 2021-ci il tarixli qərardadı 12 mart 2021-ci il tarixli məktubla iddiaçının ünvanına göndərilmiş (3-cü cild səh.231), eyni zamanda 20 may 2020-ci il tarixdə iddiaçının vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir (3-cü cild səh.273).

13. Bundan başqa, iddiaçının ünvanına göndərilən və geri qayıdan zərfdən və ona əlavə edilmiş qəbzdən görünür ki, apelyasiya məhkəməsinin 2-1(103)-518/2021 nömrəli qərardadı (hazırda kasasiya şikayətinin predmeti olan qərardad) 7 iyun 2021-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, 11 iyun 2021-ci il tarixli poçt qəbzində “köçüb” qeydi ilə sənəd məhkəməyə qayta rılmışdır (3-cü cild səh.324, bundan əvvəlki sırada olan qəbz, 325).

14. Apelyasiya instansiyası məhkəməsinin 3 mart 2021-ci il tarixli qərardadı 20 may 2020-ci il tarixdə iddiaçının vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, lakin qərardaddan kasasiya şikayəti qanunda nəzərdə tutulan 10 gün müddətində təqdim edilməmişdir.

15. İPM-in 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

16. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

17. İddiaçı iddia ərizəsində ünvanını ünvan 1 məhkəməsi qərardadı həmin ünvana göndərmişdir. İddiaçı ünvanını dəyişməsi və rəsmi ünvanı barədə məhkəməni məlumatlandırmamışdır. Bu səbəbdən məhkəmənin qərardadı 2021-ci ilin iyun ayında iddiaçıya verilmiş hesab edilir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsi 3 mart 2021-ci il tarixli qərarında və cavabdeh həmin qərardan verdiyi kasasiya şikayətində iddiaçının cavabdehin 23 yanvar 2017-ci il tarixli qərarının ləğvi barədə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının apelyasiya məhkəməsi tərəfindən 3 mart 2021 -ci il tarixdə dəyişdirilmədən saxlanılması və iddiaçının apelyasiya şikayətinin rədd edilməsini qeyd etmiş, iddiaçı apelyasiya məhkəməsinin qərarını və cavabdehin kasasiya şikayətini almış, kasasiya məhkəməsi cavabdehin kasasiya şikayəti əsasında işə baxmış, şikayət qismən təmin edilərək iş təkrar apelyasiya baxışına qaytarılmış, hətta kasasiya məhkəməsi də 12 oktyabr 2021-ci il tarixli qərarda iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının apelyasiya məhkəməsi tərəfindən 3 mart 2021-ci il tarixdə dəyişdirilmədən saxlanılmasını qeyd etmiş, bütün bunlara baxmayaraq iddiaçı apelyasiya məhkəməsinin qərardadından yalnız 6 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti vermişdir.

19. İddiaçı apelyasiya məhkəməsinin 3 mart 2021-ci il tarixli qərardadından kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddəti ötürmüşdür.

20. Kasasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır

21. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nın Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)518/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar