Məhkəmə qərarları › İş №2-1(102)-350/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-350/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-350/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Axxxqarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)2916/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Cavabdeh “İddiaçı xidmərkeçməsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinə əsasən nazirliyin X1 Xidmətinin 4cü ərazi X1 idarəsinin X1 şöbəsinin inspektoru daxili xidmət kapitanı İddiaçı uzunmüddətli xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin ləğv edilməsi və fövqəladə hallar orqanlarında xidmətə bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş e tmişdir.

3. Eləcə də, iddiaçı müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, o, ilk öncə Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin mübahisələndirilməsi ilə bağlı deyil onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş bu səbəbdən də hazırkı tələblə məhkəmə müraciət etməkdə iddia müddətini ötürmüşdür.

4. Sumqayıt İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-4671/2023 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2020-ci il tarixdə məlumatlı olsa da, həmin əmr in ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2916/2023 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova – sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının i lk öncə Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin mübahisələndirilməsi ilə bağlı deyil “onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməməməsi müddətə əməl olunmasına mane olan hal hesab oluna bilməz. Belə ki, həmin hal iddiaçının hazırkı iddiasının, yəni əmrin mübahisələndirməsinə dair iddiasının qarşısını alan hal olmamışdır.

9. Apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 24.4, 24.5, 24.6, 24.7-ci maddələrinə istinad etmişdir.

10. İddiaçı həmin qərardaddan kassasiya ş ikayəti verərək qərardadın ləğv edilməsini iddianın mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti iddia ərizəsi eləcə də, iddia müddətinin bərpasına dair ərizəyə uyğun tərtib edilmişdir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı “İnzibati icraat haqqında” Qanunun 73.3-cü, İPM-in 24.1, 24.2-ci maddələrinə və Əmək Məcəlləsinin 296-cı maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: a) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. b). Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarı.

16. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il ta rixli qərarı.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şə rtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya i nstansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edilməsini zəruri hesab ed ir.

26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.

27. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.

28. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakim əsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydala rın məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-m üəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş və müddətin bərpasına əsas yox dur.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrin məzmunundan həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə məlumatlı olmuşdur. Lakin o, Əmrinin mübahisələndirilməsi ilə bağlı deyil “onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

33. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməməsi müddətə əməl olunmasına mane olan hal hesab oluna bilməz.

34. Hazırkı qərarın 15a bəndində qeyd olunan İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələn dirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır.

35. İddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasına və məlumatlı olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həmin əmri mübahisələndirməmişdir.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğvini tələb etdiyi Əmrin qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə bir hüququnu itirmişdir.

37. Odur ki, hazırkı qərarda qeyd ol unan prosessual hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2916/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar