Məhkəmə qərarları › İş №2-1(102)-350/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-350/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-350/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; riskli vergi ödəyicisi siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024cü il 05 sentyabr tarixli, 2-1(103)-2228/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2023-ci il tarixli, **********551600 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, həmin qərara əsasən, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 3,8 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Dolab 50x50x84 (h), Stellaj 1200x1000x900 və s. " satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuşdur.

2. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktublarından görünür ki, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ Konak Concept’’ MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********551600 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********551600 saylı qərarının ləğv edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandı rması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfındən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********551600 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli qərarda qeyd edilənlərə görə cəmiyyətin təsərrüfat obyektinin qeydə alınmadığı aşkar edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində təsərrüfat obyektinin uçota alınması vergi orqanı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə qərarda qeyd edilənlərdən fərqli olaraq xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında satışda qeyd edilən bütün malların elektron qaimə fakturalar üzrə alış sənədləri mövcuddur. Həmçinin cəmiyyətin yarandığı tarixdən bu günə qədər olan tarix ərzində təqdim etdiyi bütün elektron qaimə fakturaların alış sənədləri mövcuddur. Bu da iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi meyarına daxil etmir. Əlavə olaraq, vergi orqanı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli **********566300 nömrəli və xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” başlıqlı mətkublarda qeyd edilən vergi ödəyicilərindən əldə edilən elektron qaimə fakturaların əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunması qanunauyğun deyildir. Çünki həmin vergi ödəyiciləri elektron qaimə fakturaları və iddiaçının malları qəbul etdiyi tarixdən sonrakı dövrlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş dir. Bu da cəmiyyət üçün heç bir mənfi hal yaratmamalıdır. Çünki hər hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi olub olmaması barədə məlumatı əvvəlcədən əldə etmək mümkünsüzdür. Riskli vergi ödəyicisi hesab edilməyi barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar tərəflərindən aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. Cavabdehin etirazı:

6. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Qeyd olu nan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 3.7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Dolab 50x50x84 (h), Stellaj 1200x1000x900 və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********739200 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Meyarların 2.1.1.-ci, 3.1.1.-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********551600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmasına baxmayaraq, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 2.9 min manat dəyərində olan 2 ədəd riskli elektron qaiməfakturaların ləğv edildiyi, digər 1 ədəd 695 manat dəyərində olan riskli elektron qaiməfakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı, həmçinin bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaimə-fakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir. Göründüyü kimi araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin (hakim M.Qarayeva) 2024-cü il 27 fevral tarixli, 21(112)-2276/2024 nömrəli qərarı ilə iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********551600 nömrəli qərarı ləğv edilmiş, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində iddiaçının təsərrüfat obyektinin uçota alınması vergi orqanı tərəfin dən təsdiq edilmişdir. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə mətbəx dolabı, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə 1 ədəd arakəsmə, 2 ədəd dolab satmışdır. Ləğv edilmiş e-qaimə fakturalar barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə göstərilmiş dizayn işləri barədə xx.xx.2022-ci il tarixli qaimə xx.xx.2023-cü il, "xxxx" QSC-yə göstərilmiş dizayn işləri barədə xx.xx.2022-ci il tarixli qaimə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar iddiaçı tərəfindən aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və r iskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir.

10. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) 2024-cü il 05 sentyabr tarixli, 21(103)-2228/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 27 fevral tarixli, 2-1(112)-2276/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh qeyd olunan qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarda qeyd edilənlərə görə cəmiyyətin təsərrüfat obyektinin qeydə alınmadığı aşkar edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində təsərrüfat obyektinin uçota alınması vergi orqanı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, qərarda qeyd edilənlərdən fərqli olaraq xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında satışda qeyd edilən bütün malların elektron qaimə fakturalar üzrə alış sənədləri mövcuddur. Həmçinin cəmiyyə tin yarandığı tarixdən bu günə qədər olan tarix ərzində təqdim etdiyi bütün elektron qaimə fakturaların alış sənədləri mövcuddur. Bu da iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 №-li qərarına əsasən riskli vergi ödəyicisi meyarına daxil etmir. Əlavə olaraq, vergi orqanı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli **********566300 nömrəli və xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” başlıqlı mətkublarda qeyd edilən vergi ödəyicilərindən əldə edilən elektron qaimə fakturaların əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunması qanunauyğun deyildir. Çünki, həmin vergi ödəyiciləri elektron qaimə fakturaları və iddiaçının malları qəbul etdiyi tarixdən sonrakı dövrlərdə riskli verg i ödəyiciləri siyahısına daxil edilmişdir. Bu da cəmiyyət üçün heç bir mənfi hal yaratmamalıdır. Belə ki, hər hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi olub olmaması barədə məlumatı əvvəlcədən əldə etmək mümkünsüzdür. Lakin cavabdeh vergi orqanı bu kimi halları nəzərə almadan riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarixinə qədər olan redaksiyasının 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;... 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri süb utları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı işdə iddiaçının hüquqi marağı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmalı olması ilə bağlıdır.

23. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, iddiaçı iki səbəbdən riskli vergi ödəyicisi hesab olunmuşdur. Birincisi, qaimə-fakturalar üzrə 3,8 manat dəyərində mallar təqdim edilsə də, vergi ödəyicisinin alışında və idxalında mallar müəyyən olunmamışdır, ikincisi isə idd iaçının təsəsrrüfat subyekti müəyyən edilməmişdir.

24. İş materiallarında olan “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Dövlət Vergi Xidmətinin **********1 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının - 1025 ünvan 1 ünvanında, ********** kodu ilə qeydə alınmışdır. İşə əlavə olunmuş 2023-cü il 05 yabvar tarixli icarə müqaviləsindən də görünür ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 1000 manat aylıq icarə haqqı ilə icarəyə götürülmüşdür.

25. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına əsas olmuş iki haldan biri aradan qaldırılmışdır. Lakin bununla belə iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün əsaslar ta m olaraq formalaşmamışdır.

26. Belə ki, işin müəyyən edilmiş hallarına görə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 2.9 min manat dəyərində olan 2 ədəd riskli elektron qaimə-fakturalar ləğv edilsə də, digər 1 ədəd 695 manat dəyərində olan riskli elektron qaimə-faktura isə ləğv edilməmişdir.

27. Məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyic isinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndində riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

28. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq, həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etm əsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

29. Nəticədə, cavabdeh vergi orqanının satışda olan malların alışı ilə bağlı qanunla müəyyən edilmiş təsdiqedici sənədlər təqdim etmədiyinə görə iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarı qanuni olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 2024-cü il 05 sentyabr tarixli, 2-1(103)2228/2024 nömrəli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

31. Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 sentyabr tarixli, 2-1(103)-2228/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar