Məhkəmə qərarları › İş №2-1(102)-3500/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3500/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3500/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğluxxxxməruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1959-cu təvəllüdlü iddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olmuş və əmək kitabçasına əsasən, ##.##.1981-ci il tarixdən ##.##.2008-ci il tarixədək xxxx zavodundaxxxxsonradan “xxxx” ASC) işləmişdir.

2. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xxxx zavodunda ##.##.1981-ci il tarixdə sadə superfosfat sexinə “aparat və avadanlıqlar üzrə 3-cü dərəcəli təmirçi çilingər” vəzifəsinə işə qəbul edilmiş, ##.##.1982-ci il tarixdə avtonəqliyyat sexinə avto-yükləyici nəqliyyat vasitəsinəxxxxKON özü yükləyib boşaldan) 4-cü dərəcəli “xxxx” vəzifəsinə, ##.##.1987-ci il tarixdə avtonəqliyyat sexində traktor nəqliyyat vasitəsi üzrə 5-ci dərəcəli “universal traktor sürücüsü” vəzifəsinə, ##.##.1996-cı il tarixdə avtonəqliyyat sexində 8-ci dərəcəli “xxxx” vəzifəsinə keçirilmiş, ##.##.2008-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur.

3. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 39 və ** nömrəli güzəştli iş stajı barədə arayışlara əsasən iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.2008-ci il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Arayışlara əsasən sözügedən dövrlərdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının “Kimya istehsalatı” adlanan X bölməsində 2110A00 kodu ilə qeyd olunmuş vəzifəyə uyğundur.

4. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının tələb olunan güzəştli iş stajının olmadığını əsas gətirərək, onun müraciətinin təmin olunmasından imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, qanunvericiliyin tələb etdiyi ümumi və güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Onun bu barədə müraciəti cavabdeh tərəfindən güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az, yəni 8 ay 21 gün təşkil etdiyi əsas gətirilərək təmin edilməmişdir. Belə ki, cavabdeh onun Sumqayıt Suprerfosfat zavodunda avtonəqliyyat sexində işlədiyi ##.##.1982-##.##.1987, ##.##.1987-01.07.996, ##.##.1996-##.##.2008-ci il tarixləri arasındakı dövrlərin müvafiq Siyahının kimya istehsalatı sahəsinə aid olmadığına istinadən nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya proaktiv qaydada ##.##.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 28 il 7 ay 16 günxxxx##.##.2006-cı il tarixədək 26 il 9 ay 16 günxxxx##.##.1978 – ##.##.1980-ci ilxxxxhərbi xidmət dövrü) və ##.##.1981-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 10 ay) təşkil edir. Bununla belə, pensiya təyin edilməsi tələb edilən ##.##.2019-cu il tarixdə iddiaçıya münasibətdə pensiya kapitalı və güzəştli iş stajı ilə bağlı dispozisiya şərtləri mövcud olmamışdır. Belə ki, həmin tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 23233,44 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 661,08 manat təşkil edirdi. İddiaçı güzəştli iş stajı ilə bağlı “xxxx” ASC-dən arayışlar təqdim etmişdir. ##.##.2024-cü il tarixli 39 və ** nömrəli həmin arayışlara əsasən iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.2008-ci il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Arayışlara əsasən sözügedən dövrlərdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının “Kimya istehsalatı” adlanan X bölməsində 2110A00 kodu ilə qeyd olunmuş vəzifəyə uyğundur. Bildirilir ki, həmin kod üzrə “tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” vəzifələri üzrə iş müddəti güzəştli iş stajına daxil edilə bilər. Lakin “xxxx” ASCnin ##.##.2024-cü il tarixli, ** nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçının sözügedən müəssisənin avtonəqliyyat sexində ##.##.1982- ##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində avto-yükləyici nəqliyyat vasitəsində “xxxx”, ##.##.1987-##.##.1996-cı il tarixləri arasındakı dövr ərzində traktor nəqliyyat vasitəsində “universal traktor sürücüsü”, ##.##.1996-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bu isə, heç də arayışda istinad edildiyi kimi, kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin, həmin kodda sürücü vəzifəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının ##.##.1982-ci il tarixdən ##.##.2008-ci il tarixədək işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilə bilməz. Digər tərəfdən, hazırkı iş üzrə müəssisənin arayışında iddiaçının ##.##.2008-ci il tarixədək işlədiyi dövrün staja daxil edildiyi bildirilsə də, “xxxx” ASC tərəfindən iddiaçıya münasibətdə ##.##.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. 2007-ci ilin dekabr ayı işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövrə daxil edilsə də, sığortaedən tərəfindən iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən, əmək kitabçasında və arayışda qeyd olunan həmin dövr onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Hazırkı iş üzrə müəssisənin arayışında qeyd edilən digər dövrlərə gəldikdə isə bildirilir ki, “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arxiv arayışına və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək sadə superfosfat sexində “təmirçi-çilingər” vəzifəsində işləmişdir. Tərəflərindən yalnız qeyd edilən həmin dövr iddiaçının güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 8 ay 21 gün təşkil edir, bu isə, qanunvericiliklə tələb edilən 12 il 6 ay müddətdən azdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsininxxxxhakim: Leyla Mirzəyeva) ## ###### 2025ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya ##.##.2022-ci il tarixdənxxxx60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.2008-ci il tarixədək iş stajı və ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək olan hərbi xidmət dövrü nəzərə alınmaqla 25 ildən artıq ümumi stajı vardır. Həmçinin cavabdeh də iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə qeyd edilməlidir ki, əmək kitabçasından və “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdəxxxxavtonəqliyyat sexində “xxxx”) 26 il 8 ay 8 gün çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən iş stajı hesablanarkən, onun “xxxx” ASC-də işlədiyi dövrlərin nəzərə almasından imtina edilməsi tam əsassız olmuşdur. İddiaçının 60 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi hissəsində iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh orqan etirazının əsaslarından biri olaraq iddiaçının pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalının mövcud olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya qanunvericiliyə əsasən pensiya kapitalının tələb edilmədiyi dövrdən ##.##.2022-ci il tarixdən əmək pensiyası təyin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ona 57 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənişlərin cavabdeh inzibati orqana müraciətindən – ##.##.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxxxxhakimlər: İsmayıl Quliyev /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və Gülnar Cabbarova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənişlərin iddiaçının cavabdeh inzibati orqana müraciətindən – ##.##.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən 28 il 7 ay 16 günxxxx##.##.2006-cı il tarixədək 26 il 9 ay 16 günxxxx##.##.1978-##.##.1980-ci ilxxxxhərbi xidmət dövrü) və ##.##.1981-##.##.2005cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 10 ay) olaraq qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb edilən ümumi iş stajı mübahisə edilmir. Güzəştli iş stajı ilə bağlı isə, iş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin müvafiq arayışlarından çıxış edərək kollegiya qeyd edir ki, iddiaçının çalışdığı avto-yükləyici nəqliyyat vasitəsində “xxxx”, “traktor nəqliyyat vasitəsində universal traktor sürücüsü” və “xxxx” vəzifələri müəssisə tərəfindən verilmiş güzəştli arayışlar da nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XxxxxKimya istehsalatı) bölməsinin 2110A00 kodlu “A”xxxx“tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri”) bəndindəki fəhlələr peşəsinə uyğundur. Nəzərə alsaq ki, iddiaçı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına ##.##.2006-cı il tarixə qədər malik olmalıdır, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə yaranır. Həmin Siyahının XxxxxKimya istehsalatı) bölməsinin “A”xxxx“tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri”) bəndinin 2110A00 kodu üzrə yarımbəndlərdə iddiaçının çalışdığı vəzifələr ağır iş şəraitinə aid olan peşələr sırasına aid edilmişdir. İddiaçının ##.##.2006-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajını toplaması “xxxx” ASC-nin arayışları ilə təsdiq edilir. İddiaçının ##.##.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını tamamladığı nəzərə alındıqda, o, qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının güzəştli iş stajının az – 8 ay 21 gün olması ilə bağlı cavabdehin istinad etdiyi hallar öz təkzibini tapmışdır. İddiaçının fərdi şəxsi hesabına “xxxx” ASC tərəfindən ##.##.2007-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə cavabdehin arqumentinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia baxımından iddiaçının ümumi iş stajının ##.##.2006-cı il tarixə qədər olan dövrü əhəmiyyətli olduğu üçün apellyasiya şikayətinin həmin dəlili də öz əhəmiyyətini itirmiş olur. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə güzəştli iş stajı ilə yanaşı pensiya kapitalı ilə bağlı dispozisiya şərtinin mövcud olmamasına da istinad olunmuşdur. Eləcə də birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən pensiya kapitalı tələbinə münasibət bildirmiş və əmək pensiyasının ##.##.2022-ci il tarixdən təyin edilməli olması qənaətinə gəlmişdir. Buna görə məhkəmə kollegiyası həmin məsələyə münasibətdə bildirir ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti mövcud olmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən pensiya təyin edilməsi üçün 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajının mövcud olması yetərlidir. Məhkəmə kollegiyası pensiya ödənişlərinin ödənilmə tarixləri ilə bağlı mövqeyini onunla əsaslandırır ki, iş materiallarına əlavə olunmuş Sumqayıt RPF-nin * saylı poçt şöbəsinin məktubundan göründüyü kimi, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi ilə bağlı ##.##.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edilməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, inzibati orqana müraciət etdiyi ##.##.2021-ci il tarixdən əvvəlki üç il üçün hesablama aparılaraq iddiaçıya pensiya ödənişi həyata keçirilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin mümkün sayılmaması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1xxxx##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəxxxxistehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunuxxxx2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədəxxxx13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” 2100000 - X. Kimya istehsalatı 2110A00 - A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri:

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılmasıxxxxobyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

29. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

30. Bu qərarın 17 və 19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması.

31. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçının güzəştli pensiya hüququ verən iş stajının tələb olunandan az olduğu bildirilmiş, onun xxxx zavodunda sadə superfosfat sexində “təmirçi-çilingər” vəzifəsində işlədiyi ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədəkxxxx8 ay 21 gün) olan dövr güzəştli iş stajı kimi qəbul edilmişdir. Lakin iddiaçının həmin zavodda avtonəqliyyat sexində ##.##.1982-ci il tarixdən ##.##.1987ci il tarixədək avto-yükləyici nəqliyyat vasitəsində “xxxx”, ##.##.1987-ci il tarixdən ##.##.1996-cı il tarixədək traktor nəqliyyat vasitəsində “universal traktor sürücüsü”, ##.##.1996-cı il tarixdən ##.##.2006-cı il tarixədək isə “xxxx” vəzifələrində işlədiyi dövrlər cavabdeh tərəfindən kimya istehsalatı sahəsinə aid olmadığı əsas gətirilərək onun güzəştli iş stajına daxil edilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışa istinad etməklə və iddiaçının işlədiyi həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XxxxxKimya istehsalatı) bölməsinin 2110A00 kodlu “A”xxxx“tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri”) bəndindəki fəhlələr peşəsinə uyğun olduğunu qeyd etməklə kifayətlənmişdir.

33. Halbuki iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışda onun güzəştli iş stajı ilə bağlı mübahisələndirilən hala tam aydınlıq gətirilməmişdir. Xüsusilə də, obyektiv qərarın qəbulu baxımından iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi vəzifələrin funksionallığının nədən ibarət olduğu, həmin vəzifələrdə yerinə yetirilən işin və ya əmək şəraitinin “zərərli iş” və ya “zərərli əmək şəraiti” kimi qəbul edilməsinin mümkünlüyü yetərli qədər araşdırılmamış, vəzifə təlimatı üzərindən həmin fəaliyyətin məzmunu və xarakterinin qiymətləndirilməsi üçün zəruri məlumatlar məhkəmə araşdırmasının predmeti olmamışdır. Başqa sözlə, məhkəmə tərəfindən mübahisəyə dair iş üzrə obyektiv və əsaslı qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır.

34. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən güzəştli arayış məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

35. Eyni zamanda, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğuxxxxeyniliyi) işin konkret hallarıxxxxiddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifəninxxxxişin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifəninxxxxişin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajı ilə bağlı cavabdehin imtinasının dəlilinə münasibət bildirmədən, iddiaçının işlədiyi həmin vəzifələrin həqiqətən də kimya istehsalatı sahəsinə aid olub-olmadığının, o cümlədən həmin vəzifələrlə istinad olunan koddakı vəzifələrin eyniliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, iddiaçının vəzifə funksiyalarını aydınlaşdırmadan, * nömrəli Siyahının XxxxxKimya istehsalatı) bölməsinin 2110A00 kodlu “A”xxxx“tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri”) bəndinin ümumi bənd olub-olmadığını, növbəti bəndlərdəki peşə və vəzifələrin həmin bəndin altbəndi, yoxsa ayrıca bəndləri olduğunu dəqiqləşdirmədən, bununla bağlı hər hansı hüquqi qiymətləndirmə aparmadan mübahisəli dövrləri güzəştli iş stajı kimi nəzərə almışdır.

37. Qeyd edilən halların müəyyən edilməsi mübahisənin düzgün həlli, o cümlədən iddiaçının ##.##.2006-cı il tarixədək ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmasının təkzibedilməz sübutlarla təsdiqini tapması baxımından xüsusi əhəmiyyət kəsb edir.

38. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli dövrlər üzrə işlədiyi müəssisədən izahlı arayış tələb etməli, qeyd olunan xüsusatlar üzrə araşdırma aparmaqla ziddiyyətli məqamların aradan qaldırılmasını təmin etməlidir.

39. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidirxxxxİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq yoxlanılmalı və müəyyən edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar