Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3501/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanması, müavinətin nəzərə alınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesabl anması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli 2-1(105)457/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2018-ci il 28 sentyabr tarixdə ona təyin edilmiş pensiyanın dövlət qulluqçularına verilən vəzifə maaşı miqdarında bir ildə 3 dəfə mükafat və məzuniyyətə çıxarkən verilən 1 aylıq vəzifə maaşı miqdarında müavinət də nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 29 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mükafat almaq barədə arayışın təqdim edilmədiyi göst ərilmişdir. İddiaçı 2018-ci il 7 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2018-ci il 28 sentyabr tarixdə ona təyin edilmiş pensiyanın dövlət qulluqçularına verilən mükafatlar və məzuniyyətə çıxarkən verilən 1 aylıq vəzifə maaşı miqdarında müavinət də nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci il 28 sentyabr tarixdə ona təyin edilmiş pensiyanın dövlət qulluqçularına verilən vəzifə maaşı miqdarında bir ildə 3 dəfə mükafat və məzuniyyətə çıxarkən verilən 1 aylıq vəzifə maaşı miqdarında müavinət də nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçını n əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1985-ci ildən 2018-ci il 28 sentyabr tarixə kimi dövlət qulluğunda işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 19 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması Qaydaları”na uyğun olaraq pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçularının vəzifə maaşının, mükafatların, ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələrin məbləği əsasında hesablanır. Onun işlədiyi vəzifə (rayon icra hakimiyyəti başçısının müavini) üçün qanunvericilikdə mükafatlar, ixtisas dərəcəsinə görə əlavələr, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müa vinət verilməsi nəzərdə tutulmuşdur. Onun 1991-1996-cı illərdə işlədiyi rayon icra hakimiyyətinin başçısının müavini vəzifəsi üçün qeyd olunan vəzifə maaşına əlavələr verilirsə, onda bu ona da şamil edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 may tarixli 2-1(85)-379/2019 nömrəli qərarı iddia qismən təmin edilmiş, iddiaçının 2018-ci il 28 sentyabr tarixdə təyin edilmiş pensiyasının dövlət qulluqçularına məzuniyyətə çıxarkən verilən 1 aylıq vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə əlaqədar hesab etmişdir ki, dövlət qulluqçusu pensiyaya çıxanadək ald ığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər, çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı prinsip kimi qəbul etmişdir. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə əlaqədar qeyd etmişdir ki, bütün dövlət qulluqçularına vəzifə maaşı miqdarında ildə 3 dəfə mükafat verilməli olması qanunvericilikdə nəzərdə tutulmadığı üçün, iddiaçının pensiyası hesablanarkən dövlət qulluqçusu kimi 3 vəzifə maaşı mislində mükafatın nəzərə alınaraq pensiyasının yenidən hesablanması tələbi təmin edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli 2-1(105)-457/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 26 sentyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 25 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəl illərinə görə, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanına əsasən 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması Qaydaları”na uyğun olaraq pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçularının vəzifə maaşının, mükafatların, ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələrin məbləği əsasında hesablanır. Həmin Qaydaların 12-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükaf atlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Qeyd olunan qanunvericilik aktlarının tələblərindən də göründüyü kimi, dövlət qulluqçusunun pensiyası hesablanan zaman dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələrin məbləği nəzərə alınır. Həmçinin, Qaydaların tələbinə əsasən mükafatların nəzərə alınm ası üçün ilk öncə həmin mükafatlar ödənilən zaman məcburi dövlət sosial sığortasına cəlb olunmuş olmalı, eyni zamanda həmin mükafatların nəzərə alınması üçün dövlət qulluqçusunun qulluq etdiyi dövlət orqanı tərəfindən arayış verilməlidir. İş materiallarına isə belə bir arayış yoxdur. Bundan əlavə, mükafatın məcburi dövlət sosial sığortasına cəlb olunması barədə də iş materiallarında heç bir məlumat yoxdur. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanının 1-ci bəndində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində mükafat deyil, müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə isə dövlət qulluqçusunun pensiyası hesablanan zaman ona ödənilmiş müavinətlərin hesablanm ası nəzərdə tutulmamışdır. Göstərilənlərdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, dövlət qulluqçusuna təyin olunmuş pensiyanın yenidən hesablanması üçün qanunvericiliklə müəyyən olunmuş əsas olmadığı halda, iddianı qismən təmin etməklə qanunsuz qərar çıxarmış, qərarı əsaslandırmamış, bununla da pozuntuya yol vermişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına bax mayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı qismən t əmin edərək, pensiyanın yenidən hesablanması üçün mükafatın məbləğinin nəzərə alınması hissəsində iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirilmədən saxlamışdır. Bu səbəbdən, mükafata aid hissədə şikayətin dəlilləri əsassızdır. Şikayətin müavinətlə bağlı dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə görə, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Beləliklə, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Normanın məzmunundan göründüyü kimi dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan (hazırkı halda, iddia olunan 1991- 1996-cı illər üzrə) və sonra verilməyə başlanılan əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinin təyinatı məhz ona yönəlmişdir ki, dövlət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil edildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, dövlət qulluqçusu ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün s onradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan o əlavələri nəzərə almağı tələb edə bilər ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidirlər. Cavabdeh şikayətin əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması Qaydaları”nın müddəalarına istinad etsə də, həmin müddəalar vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, həmin Qaydaların 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Normanın tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən “digər pul ödənişlərinin məbləği” dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvaciblərinin hesablanması zamanı nəzərə alınır. Hazırkı işdə də, söhbət Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən və 2003-cü il yanvarın 1-dən dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən ona ödənilən müavinətdən gedir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli 2-1(105)-457/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3501/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3501/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver