Məhkəmə qərarları › İş №2-1(102)-351/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-351/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-351/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-351/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Səfərov Bəhruz Dostəli oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)2154/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1996-cı il 2 iyul tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 1 ev üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 28 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 3-M-A5-1075 reyestr nömrəli, 1996-cı il 2 iyul tarixli alğı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 30/16126 nömrəli, 1996-cı il 2 iyul tarixli arayışda (Forma-1) texniki səhvə yol verilmiş və müvafiq fərdi yaşayış evi tam hissədə x2 adına göstərilmişdir. Belə ki, bu səhvin aradan qaldırılmaqla müvafiq alğı-satqı müqav iləsində düzəliş edilməsi və sözügedən fərdi yaşayış evinin 1/6 hissəsinin x3, 5/6 hissəsinin x2 adına olması haqqında 6 saylı Dövlət Notariat Kontoruna rəsmi məktub ünvanlanmış, lakin müvafiq alğısatqı müqaviləsində düzəliş edilməmişdir. Müvafiq fərdi yaşayış evi paylı mülkiyyət olmaqla 5/6 hissəsi iddiaçının, 1/6 hissəsi isə digər fiziki şəxs olan x3 adına qeydiyyatdan keçmişdir. İddiaçı 2017-ci il 17 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 6 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 3-M-A5-1075 reyestr nömrəli, 1996-cı il 2 iyul tarixli alğı-satqı müqaviləsinə əsasən onun mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 3-M-A5-1075 reyestr nömrəli, 1996-cı il 2 iyul tarixli alğısatqı müqaviləsinə əsasən, x2 ona məxsus ünvan 1 küçəsində yerləşən 15 saylı evi iddiaçıya satmışdır. İddiaçı göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3, 15-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2018-ci il 27 mart tarixli 2-1(82)-141/2018 nömrəli qərarı iləiddia təmin edilmiş, iddiaçı nın 3-M-A5-1075 reyestr nömrəli, 1996-cı il 2 iyul tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 1 küçəsi, 15 saylı evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil 1996-cı il 2 iyul tarixdə notarial qaydada rəsmiləşdirməklə iddiaçıya satılmış, müqavilə indiyədək ləğv edilməmiş və etibarsız sayılmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)-2154/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, fərdi yaşayış evi paylı mülkiyyətdədir və cavabdeh inzibati orqana bütün paylı mülkiyyətçilərin razılaşması və ya bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilməmişdir. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 27 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 21 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş və q ərarda göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, 1979-cu il 20 aprel tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsəlik qaydasında 4/6 hissəsi x4, 1/6 hissəsi x2ə və 1/6 hissəsi isə x3 qalmışdır. 1995-ci il 30 avqust tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin vərəsəlik qaydasında 5/6 hissəsi x2ə və 1/6 hissəsi isə x3 qalmışdır. 1996-cı il 2 iyun tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli yaşayış evi x2 tərəfindən qeydiyyat vəsiqəsi və “Forma-1” arayışı əsasında iddiaçıya satılmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəs ində notariat qaydasında təsdiq edilmiş müqavilələr mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab olunduğundan hazırda qüvvədə olan və hər hansı qaydada ləğv olunmamış 1996-cı il 2 iyun tarixli alğı-satqı müqaviləsi mübahisələndirilən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəddir. Belə olan halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqan həmin alğı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina etmiş və bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İmtinaya əsas olmuş hallar iş materiallarında olan sənədlərlə təkzib olunmuşdur. Qeyd edilən hallar iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə İPM) 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məh kəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Cavabdeh imtinanın əsası kimi qeyd edir ki, Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 3-M-A5-1075 reyestr nömrəli, 1996-cı il 2 iyul tarixli alğı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 30/16126 nömrəli, 1996-cı il 2 iyul tarixli arayışda (Forma-1) texniki səhvə yol verilmiş və müvafiq fərdi yaşayış evi tam hissədə x2 adına göstərilmişdir. Belə ki, bu səhvin aradan qaldırılmaqla müvafiq alğı-satqı müqaviləsində düzəliş edilməsi və sözügedən fərdi yaşayış evinin 1/6 hissəsinin x3, 5/6 hissəsinin x2 adına olması haqqında 6 saylı Dövlət Notariat Kontoruna rəsmi məktub ünvanlanmış, lakin müvafiq alğı-satqı müqaviləsində düzəliş edilməmişdir. Müvafiq fərdi yaşayış evi paylı mülkiyyət olmaqla 5/6 hissəsi iddiaçının, 1/6 hissəsi isə digər fiziki şəxs olan x3 adına qeydiyyatdan keçmişdir. İşin apellyasiya instansiy ası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 1979-cu il 20 aprel tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/6 hissəsi x4, 1/6 hissə x2ə və 1/6 hissə isə x3, 1995-ci il 30 avqust tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən, evin 5/6 hissəsi x2ə və 1/6 hissəsi isə x3 miras qalmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Normanın məzmunundan göründüyü k imi, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi dövlət tərəfindən o hallarda tanınır və təsdiq edilir ki, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq baş versin. İddiaçının əsaslandığı əqdin bağlandığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinə əsasən, paylar məlum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Fikir ayrılığı olduqda, mübahisə paylı mülkiyyətin hər hansı bir iştirakçısının iddiası üzrə, məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, paylar məlum ol an ümumi mülkiyyətin hər bir iştirakçısı, özünün ümumi mülkiyyətdə olan payını özgəninkiləşdirmək hüququna malikdir. Hazırkı işdə iddiaçının əsaslandığı əqdin tərəfi olan satıcının ümumi əmlakda payı 5/6 hissə təşkil etsə də, əqddə bu, öz əksini tapmamışdır. Halbuki, satıcı yuxarıda istinad edilən mülki hüquq normalarına əsasən, yalnız öz payı üzərində sərəncam verə bilərdi. Digər 6/1 payın onun mülkiyyətçisi tərəfindən iddiaçıya satıldığına dair işdə sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinin müddəalarına əsasən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.) və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3) hüquqların qeydiyyatı qaydalarına aid olan tələblərdir. Həmin tələblərin təmin olunması isə cavabdehin xidməti vəzifələrinə aiddir. İddiaçının istinad etdiyi əqddə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumata (ümumi əmlakdakı payın 1/6 hissəsinə münasibətdə) uyğun olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Bu qənaət, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1, 15.1.5-ci maddələrinin tələbindən irəli gəlir. Həmin normalara görə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, hüquqların dövlət qeydiyyatına alınmasından imtina e dilə bilər. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeyd alınması ilə bağlı müraciət həmin əmlak barəsində sərəncamın tərkib hissəsi olduğundan, iddiaçı isə barəsində qeyd edilən daşınmaz əmlak üzərindəki hüquqlara qismən (yalnız 5/6 hissədə) sərəncam vermək səlahiyyətinə malik olduğundan onun hazırkı məzmunda tələbi təmin oluna, cavabdehin üzərinə həmin məzmunda öhdəlik qoyula bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)-2154/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar