Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-351/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzəri nə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2656/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə təsdiqlənməmiş azalmalarına, onun bank və vergi orqanındakı ƏDV depozit hesabına qoyulan məhdudiyyətlərlə əlaqədar cavabdehə müraciət edərək həmin məhdudiyyətlərin aradan qaldırılmasını xahiş etmiş, lakin sonuncu ona ünvanladığı 04.07.2019-cu il tarixli məktubunda imtina edərək bildirmişdir ki, “aparılmış araşdırma zamanı riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması müəyyən olunmuşdur. Be lə ki, “xxxx” MMC və “xxxx” MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur.” İddiaçı 27 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbiri olaraq cavabdeh tərəfindən iddiaçının vergi orqanındakı ƏDV depozit hesabındakı bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə iddiaçı heç bir şirkətlə riskli əməliyyatlar aparmır, adıçəkilən müəssisələrlə qanunvericiliyə uyğun bağlanmış müq avilələr əsasında əməkdaşlıq edir. Bu barədə bütün sənədlər vergi orqanına təqdim edilmiş, lakin onun hesablarına məhdudiyyətlər qoyulur və bu cəmiyyətin normal fəaliyyətinə maneələr yaradır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-4203/2019 saylı iş) 27 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia təmin edilərək cavabdeh tərəfindən iddiaçının vergi orqanındakı ƏDV depozit hesabındakı bütün məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X7 və X6, 2-1(103)-2656/2019 saylı iş) 7 oktyabr 2019-cu il tarixli qərardadla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı konkret maddi tələbi mövcuddur. Onun tərəfindən qaldırılan iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə kimi, cavabdeh tərəfindən onun depozit hesabına qoyulan məhdudiyyət müəssisənin alqı-satqı əməliyyatları aparmasının qarşısını alır, demək olar ki, onun istehsalat fəaliyyətini dayandırır. Cavabdeh 23 noyabr 2019-cu il tarixdə qərardadın surətini almış, 2 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Oxşar məhkəmə işində Ali Məhkəmə mübahisənin düzgün həlli nə nail olmaq üçün iddiaçının sub-uçot hesabdan istifadə edilməsini qeyri-mümkünlüyünü nədən ibarət olması araşdırılmalı; iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb aparılmadığı müəyyən edilməli; onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda iddiaçının su-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olubolmadığı aydınlaşdırılmalıdır. Sonuncu hal müəyyən edildiyi təqdirdə proqram təminatından istifadəyə dair imtinanın əsasları yuxarıda istinad edilmiş elektron xidməti üzrə inzibati reqlamentə uyğun olaraq araşdırılmalıdır. Analoji mübahisə predmeti üzrə işə baxmış Ali Məhkəmənin 22 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ərizəçi ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyətin qoyulduğunu ərizəsində qeyd etsə də, bu məhdudiyyətin real olaraq nədən ibarət olduğunu yaxud maddi olaraq nədə ifadə olunduğunu açıqlamamış, birinci instansiya məhkəməsi də bu məsələni müzakirə etmədən faktı baş vermiş kimi qəbul edərək ərizəni təmin etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmiş, həmçinin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin təmin edilməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını qərara alsa da, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilmə sini sübut edə bilməmişdir. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikası Vergilər Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 №-li qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnz ibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı vergi orqanı tərəfindən onun vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə təsdiqlənməmiş azalmalarına, onun bank və vergi orqanındakı ƏDV depozit hesabına qoyulan məhdudiyyətlərlə əlaqədar cavabdehə müraciət edərə k həmin məhdudiyyətlərin aradan qaldırılması ondan xahiş edilmiş, cavabdeh 04.07.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, “aparılmış araşdırma zamanı riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması müəyyən olunmuşdur. Belə ki, “xxxx” MMC və “xxxx” MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur”. Cavabdehin imtinasından narazı qalan iddiaçı məhkəmədə onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə cavabdehə qarşı iddia qaldırmış, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək özünün vergi orqanındakı ƏDV depozit hesabındakı bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə iddiaçı heç bir şirkətlə riskli əmə liyyatlar aparmır, adıçəkilən müəssisələrlə qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında əməkdaşlıq edir. Bu barədə bütün sənədlər vergi orqanına təqdim edilmiş, lakin onun hesablarına məhdudiyyətlər qoyulur və bu cəmiyyətin normal fəaliyyətinə maneələr yaradır. İddiaçı cavabdehin 4 iyul 2019-cu il tarixli məktubuna istisna edərək hazırkı iddia və ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən həmin məktubda iddiaçının, yoxsa iddiaçının alqı-satqı etdiyi vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olması müəyyən edilməmişdir. Digər tərəfdən Vergi Məcəlləsinin 1 yanvar 2020-ci ildən qüvvədə olan 13.2.82-ci maddəsində qeyd edilir ki, riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Bu norma 1 yanvar 2010-ci ildən qüvvədə olsa da, cavabdeh riskli vergi ödəyiciləri ilə bağlı mövqeyini 4 iyul 2019-cu il tarixli məktubunda bildirmişdir. İPM-in: - 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. -41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilə İPM-in 43.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: -mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması (43.1.1-1-ci maddə); -ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması eh timalının müəyyən edilməsi (43.1.2-ci maddə). Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, qeyd olunan əsaslar mövcud olduqda, müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi mümkündür. İddiaçıya görə cavabdeh onu əlavə olaraq 9.432,64 manat vergi məsuliyyətinə cəlb etmişdir. Cavabdeh imtinasını iddiaçının riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması ilə əsaslandırmış, iddiaçı bu barədə məhkəmə mübahisəsi açmışdır. İddiaçı qaldırılan iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə kimi, cavabdeh tərəfindən onun depozit hesabına qoyulan məhdudiyyətin müəssisənin alqı- satqı əməliyyatları aparmasının qarşısını almasını, istehsalat fəaliyyətini dayandırmasını bildirib müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya məhkəməsi iddianın növünü müəyyən etməmiş, cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab edib-etməməsi aydınlaşdırılmamış, iddia tələbi ilə müvəqqəti xarakterli müdafiə tədbirinin biri-biri ilə bağlılığı müəyyən edilməmiş, bundan asılı olaraq iddianın uğurlu olub-olmaması (İPM-in 41.2-ci və ya 43-cü maddəsinin tətbiqinin mümkünlüyü) ilə bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının vergi orqanındakı depozit hesabına qoyulan məhdudiyyət ilkin vəziyyətini ağırlaşdırır və onun sahibkarlıq fəaliyyətini dondurmuş olur. Hazırkı mərhələdə iddianın uğurluluq ehtimalı da aydın deyil, işin ziddiyyətli və mübahisələndirilən hallarının araşdırılması və onlara qiymət verilməsinin nəticəsindən asılıdır. Bu baxımdan, apelyasiya məhkəməsi işə baxılıb qurtarana qədər tərəflər arasında əvvəllər mövcud olmuş ilkin tənzimləmənin müvəqqəti olaraq qorunub saxlanması üçün müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini haqlı hesab etmişdir. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Cavabdeh apelyasiya şikayətində Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 №-li qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na istinad edərək bildirmişdir ki, ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Apelyasiya məhkəməsi qərarını əsaslandırmamış və apelyasiya şikayətinin dəlilinə münasibət bildirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlillə ri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2656/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar apelyasiya baxışına göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-351/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-351/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver