Məhkəmə qərarları › İş №2-1(102)-351/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-351/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-351/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.N6-cı il tarixli, 213 nömrəli arayışına əsasən, İddiaçı 01.08 1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək müdavim, xx.xx.1994-cü il tarixdən xx.xx.N6-cı il tarixədək Azərbaycan Respublikası SQ-də zabit kimi xidmət etmişdir. Azərbaycan Respublikası DSX rəisi, SQK-nın 1374ş/h saylı, xx.xx.N6-cı il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusuna) müvafiq olaraq ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X3 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.N6-cı il tarixli, 0233 nömrəli əmrindən çıxarışda göstərilmişdir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisi - X4 sərəncamında olan polkovnik-leytenant X1 xx.xx.N6-cı il tarixdən Hava X3 dəstəsində şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Polkovnikleytenant İddiaçı şəxsi işi saxlanılması və hərbi qeydiyyata götürülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon İdarəsinə göndərilsin. Polkovnik-leytenant İddiaçı N6-cı ilin növbəti məzuniyyətindən istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardımı almışdır. Polkovnik-leytenant İd diaçı xx.xx.N6-cı il tarixdən xx.xx.N6-cı il tarixədək vəzifə və rütbə maaşının 1,5 misli həcmində (75%) birdəfəlik pul mükafatı almağa layiqdir. Polkovnik-leytenant İddiaçı xx.xx.N6-cı il tarixə xidmət illəri: Təqvimi: 23 il, 00 ay, 20 gün; Güzəştli: 11 il, 09 ay, 18 gün; Cəmi: 36 il, 10 ay, 08 gün”

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh elektron məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N6-ci ilin iyul ayının 6-da 45 gün müddətinə cari ilin növbəti məzuniyyətinə buraxılmışdır. Məzuniyyətdən qayıdandan sonra, 13 avqust N6-cı il tarixində Dövlət Sərhəd Xidməti rəisinin əmri rəhbər tutularaq, hərbi hissə komandiri tərəfindən N6-cı il 20 avqust tarixdə polkovnikleytenant rütbəsi ilə 25 illik xidmətdən sonra ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən iddiaçı yalnız cari il in növbəti məzuniyyətindən istifadə etmiş, təminat növləri ilə təmin olunmuş, maddi yardım almışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci bəndinə əsasən, Silahlı Qüvvələrdə 20 (iyirmi) və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilməli idi. Həmin Əsasnamənin tələbləri pozularaq qanunla müəyyən olunmuş məzuniyyət əsassız olaraq ona verilməmiş və məzuniyyətdən istifadə etmədiyi üçün digər güzəştlərdən məhrum edilmiş, eləcə də kompensasiya almamışdır. Bu barədə müxtəlif vaxtlarda, yəni xx.xx.2020-ci il, xx.xx.2020 -ci il və xx.xx.2020-ci il tarixlərində kompensasiyanın ödənilməsi üçün Xidmətə müraciət etmişdir. Ona elektron məktubla 2 dəfə bildirilmişdir ki, hüquqları olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Müraciətləri araşdırılmadan ona standart cavab yazılmışdır. Məzuniyyət müddəti pensiya hesablanmasında da nəzərə alınmamış, pensiyası nəzərdə tutulduğundan 2 faiz az hesablanmışdır. Əgər onun hüquqları yuxarıda qeyd olunan Əsasnamə ilə konkret olaraq müəyyən edilmişdirsə, Xidmətdən verilmiş cavabı tam əsassız hesab edir

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 2-1(112)-611/2022 nömrəli qərarı (hakim X9) ilə iddia təmin edilmiş, iddiaçıya Silahlı Qüvvələrdə 20 və daha artıq təqv im ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (23 il 20 gün) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X5) Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə təkrar olaraq qeyd edilmişdir ki, iddiaçı 06 iyun N6-cı il tarixind ən 45 gün müddətinə cari ilin növbəti məzuniyyətinə buraxılmış və 13 avqust N6-cı il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin əmri rəhbər tutularaq N6-cı il 20 avqust tarixində Hərbi hissə komandiri tərəfindən polkovnikleytenant rütbəsi ilə 25 illik xidmətdən sonra ehtiyata buraxılmışdır. İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsini əsas gətirərək, ona 45 gündən əlavə olaraq 3 ay müddətində də növbəti məzuniyyətin verilməli olduğunu iddia etmişdir Lakin qeyd edilməlidir ki, həmin yarımbənd ayrıca maddə kimi nəzərdə tutulmamış və 120-ci maddənin qeyd edilən bəndlərinə əlavə qeyd kimi öz əksini tapmışdır. Belə ki, iddiaçıya verilmiş 45 gün müddətlik növbəti məzuniyyət onun əsas gətirdiyi 3 ay (90 gün) müddətli növbəti məzuniyyətlə əhatə olunu r və ona istifadə etmədiyini iddia etdiyi 3 ay müddətli növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi əsassız və qanunsuzdur. Eyni zamanda, mübahisəli məsələ ilə bağlı cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən 9206 nömrəli, 08 oktyabr 2022-ci il tarixli məktubla Maliyyə-Plan İdarəsinə müraciət edilmişdir. Maliyyə-Plan İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə verilən məzuniyyət ayrıca bənd kimi göstərilməmiş və növbəti məzuniyyət qeyd olunmuşdur. Hərbi qulluqçu xidmət müddətində 45 gün növbəti məzuniyyətindən istifadə etdiyi üçün, ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə deyil, 45 gün müddətinə verilə bilər. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə

120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçu lara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (A vropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün nəzərdə tutulmuş 3 aylıq növbət i məzuniyyətdən istifadə hüququnun iddiaçıya şamil olunması və həmin məzuniyyətə görə pul kompensasiyasının iddiaçıya ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarından iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (23 il 20 gün) təqvim ili xidmət etdiyi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etmədiyi görünür.

26. Nəzərə almaq lazımdır ki, iddiaçının istifadə etdiyi 45 günlük məzuniyyət hərbi qulluqçulara hər təqvim ili verilməsi nəzərdə tutulan növbəti məzuniyyətə aiddir. Həmin məzuniyyət məqsədinə və təyinatına görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsində təsbit edilmiş 3 aylıq növbəti məzuniyyətdən fərqlənir. Belə ki, istinad olunan norma xüsusi tənzimləmə məqsədi daşıyır və həmin məqsəd yaşına, eləcə də xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara buraxılana kimi hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün həmin kateqoriyadan olan hərbi qulluqçulara müəyyən zaman tanımaqdan ibarətdir.

27. Hazırkı mübahisəyə münasibətdə də iddiaçı məhz yaşa və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməsi nəzərdə tutulmuş həmin məzuniyyətdən istifadə etmədiyi üçün ona müvafiq kompensasiyanın ödənilməsini tələb edir və yuxarıda istinad olunan norma baxımından belə kompensasiyanı tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

28. Beləliklə, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (23 il 20 gün) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi iş üzrə materiallarla təsdiq olunduğundan, iddia tələbinin təmin edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.

29. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar