Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3519/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinəqarşı iş üzrə QƏRAR Açar söz: işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı ona 01.01.1997-ci ildən 08.01.2001-c i ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsinə 4 saylı X1 dövrü sosial "sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1680/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olara q öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı ona 01.01.1997-ci ildən 08.01.2001-ci ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən - 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsinə 4 saylı X1 dövrü sosial “sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, digər işlər ilə yanaşı 01.01.1997-ci ildən 08.01.2001-ci ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən - 30.12.2005ci i lə qədər Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsinə 4 saylı Evtikmə Kombinatında işləmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Binəqədi rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh müraciətinin təmin olunmaması barədə ona məktubla cavab ünvanlanmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, guya iş stajının qarşılıqlı yoxlanılması mümkünsüzdür. Birinci instansiya məhkəməsinin 25.09.2018-ci il tarixli iş №, 2-1(81)3506/2018 (sədrlik edən hakim Rəşid Rzayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.09.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.11.2018-ci il tarixli iş № 2-1(103)-2735/2018 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 25.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.11.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-ci il tarixli iş № 2-1(102)1157/2019 (hak imlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Sevda Hüseynova) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin 28.11.2018-ci il tarixli 2-1(103)-2735//2018 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 29.08.2019-cu il tarixli iş № 2-1(103)-1680/2019 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, İlham Əhmədov və Səriyyə Seyidova) qərarı ilə birinci instansiya məhkəməsinin 25.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,"Əmək pensiyalarının təyin edilməsi, s osial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları"nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İddiaçının əmək kitabçasında qeyd edilmiş 01.01.1997-ci il tarixdən 08.01.2001-ci il tarixədək Bakı Kondisioner Elmi İstehsalat Birliyində, 10.02.2001-ci il tarixdən 30.12.2005-ci il tarixədək Sumqayıt Şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsində işlədiyi dövrlər üçün sorğu edilmiş lakin həmin illərə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmama sı üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli və iş № 2-1(103)-1680/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29.08.2019-cu il tarixli qərarının ləğv edilmə sini, iddia tələblərinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.08.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,"Əmək pe nsiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları"nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İddiaçının əmək kitabçasında qeyd edilmiş 01.01.1997-ci il tarixdən 08.01.2001-ci il tarixədək Bakı Kondisioner Elmi İstehsalat Birliyində, 10.02.2001-ci il tarixdən 30.12.2005-ci il tarixədək Sumqayıt Şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsində işlədiyi dövrlər üçün sorğu edilmiş lakin həmin illərə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alinmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu mad dədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxs: 1) İ qrup əlil olmalı və ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı; 2) İİ və İİİ qrup əlil olmalı, ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı cavabında göstərmişdir ki, iddiaçı qanunla tələb olunan sosial sığorta stajına malik deyil. 01.07.2017-ci il tarixdən qüvvəyə minən redaksiyada «Əmək pensiyaları haqqında» Qanununun: 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı sub hesabdır; 6-1-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; 13.3-cü maddəsinə görə, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır; Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir; Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P =SH +YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 10.3-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına ç evrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 24 nömrəli misalında izah edilmişdir ki, 62 yaşı və 24 il sığorta stajı olan kişiyə 18 avqust 2017-ci il tarixdə İİ dərəcə əlillik müəyyən olunmuşdur. Qaydaların 4.3.3-cü yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun 15 il 8 ay (62 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47) x 4 ay = 188 ay = 15 il 8 ay) sığorta stajı olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verd iyi üçün əlilliyə görə əmək pensiyası hüququ yaranır. Qeyd edilən qanunvericilik normalarının tələbinə uyğun olaraq da 1961-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı sonrakı qaydada hesablanır: ona əlillik təyin olunan 57 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 42 yaş x 4 ay = 168 ay: 12 ay = 12 il 8 ay. Demək ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 12 il 8 ay iş stajına malik olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti iş üzrə yerinə yetirilir. Belə ki, iddiaçı, cavabdehin mübahisəli saydığı 2001-ci ilədək 22 il əmək stajına malikdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olm ayan pensiya təminatına imkan verib-verməməsi faktı isə sonrakı qaydada yoxlanılır. “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı 22 il x hər il üçün 701,48 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 15.432,56 manat təşkil edir. 57 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 42 yaş x 4 ay = 168 ay tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” AR Qanununun 13.2-ci maddəsinə əsasən 192-yə bölünməklə, onun sığorta davamiyyəti əmsalı tapılır: 168 ay: 192 = 0,875. Bundan sonra, sığortaolunanın sığorta davamiyyəti əmsalı (0,875) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) vurulur (0,875 x 144 ay = 126) və pensiya sığorta kapitalı (15.432,56 manat) alınmış rəqəmə bölünərək (15.432,56 manat: 126 = 122,48 manat) pensiyanın məbləği müəyyən edilir. Alınan bu məbləğ (122,48 manat) «Əmək pensiyaları haqqında» AR Qanununun 13.2-ci maddəsində nəzərdə tutulan (110 manat) məbləğin, eyni Qanunun 29.1-ci maddəsinə uyğun olaraq imzalanan Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 09.02.2018-ci il tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik tempinə uyğun olaraq 5,7% faiz artırılmaqla alınan 116,27 manat məbləğindən (110 + 110 x 5,7% = 116,27) ç oxdur ki, bu da iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmışdır deməkdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçının ona əlilliyə görə pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirildiyini, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərini təsdiq edən mötəbər sübutların isə işə əlavə edilmədiyini müəyyən etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 29.08.2019-cu il tarixli qə rarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehinkasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.08.2019-cu il tarixli 21(103)-1680/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3519/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3519/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver