Məhkəmə qərarları › İş №2-1(102)-352/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-352/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-352/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, 50,6 yaşdan). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi üçüncü şəxs olmaqla) güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1901/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi və daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2010 -cu il tarixdən, 50 yaş 6 aydan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, xx xxxxxxx 1960-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, xx xxxxxxxx 1977 - xx xxxxxx 2005-ci ilə kimi işləməklə ümumi 28 il, 03 ay, 06 gün əmək sığorta stajı vardır. O, xx.xx.1977- xx.xx.1996-cı ilə kimi Azərbaycan-Rusiya Müştərək Müəssisəsi Xüsusienerjimühafizə İdarəsinin Bakı DRES (indiki Bakı İES)-nin nəzdində yerləşən Bakı sahəsində qumrovçu (metal və metal hissələrinin kvars qumu ilə təmizlənməsi) və xx.xx.1997- xx.xx.2005-ci il tarixə ki mi “xxxx” ASC-də asfalt-beton bişirən fəhlə vəzifələrində işləmişdir, işlədiyi vəzifələr ağır və zərəli iş olduğundan, hesab edir ki, onun xx.xx.2010-cu il tarixdən, 50,6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. xx xxxxxxxx 1977 - xx xxxxxx 2005-ci ilə kimi işləməklə ümumi 28 il, 03 ay, 06 gün iş stajı vardır. xx.xx.1998-ci ilə kimi ümumi 20 il və 10 il xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2010-cu il tarixdən 50,6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi ilə hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın XXİİİ. Ümumi peşələr: metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri; (12100000—19568) vəzifəsinə əsasən 10 ildən çox zərərli əmək sahəsində iş stajı və 20 ildən çox ümumi əmək stajını xx.xx.1997-ci il tarixə kimi toplamışlarsa, kişilər 50 yaşdan güzəştli pensiya hüququna malikdirlər. Lakin həmin maddəyə «xx.xx.1997-ci il tarixli, 321İQD №-li Qanun»la edilmiş dəyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» A zərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılmışdır. Cavabdeh isə şifahi olaraq imtina etməsinin səbəbi kimi əmək haqqına uyğun hesablanmanın xx.xx.2010-cu il tarixdən ləğv edildiyini və bu səbəbdən də, əmək haqqına əsasən pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirmiş, lakin hal-hazıradək yazılı imtina təqdim etməmişdir. Bu səbəbdən də, o, Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinin tələbinə uyğun olaraq, 35 gün müddəti gözlədikdən sonra sosial təminat hüququnun bərpasının məhkəmə müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qüvvədə olmuş “ Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən ümumi və xüsusi iş stajını toplamışdır. Ona görə də 50,6 yaşının tamam olduğu xx xxxxx 2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Bu hüquq, həmçinin pensiya hüququnun özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya mübahisələndirilə bilməz. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. xx xxxxxxx 2010-cu il tarixli, 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi fa ktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərə ncam göndərilmiş, lakin şöbə tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1355/2019 saylı qərarı ilə (hakim: A.A.Abdulleyva) iddia təmin edilməmişdir. Məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin «a» bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx xxxxxx 1997-ci il tarixədək 20 il ümumi stajı olmamışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1901/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (bundan sonra cavabdeh) ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1901/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrl ik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)- İ355/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, iddiaçıya xx xxxxx 2011-ci il tarixdən, (50,6 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 50,6 yaşının tamam olduğu xx xxxxx 2011-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qərardan narazı qalan cavabdeh ka ssasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki,iddiaçının əmək kitabçasında onun vəzifəsi “гуммировщик” kimi göstərilmiş, lakin “metalın, metal hissələrin və məmulatlarının kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici” kimi tərcümə edilmiş və yalnız bu tərcümə əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ v erən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”dakı 12100000—19568 kod altında olan peşəyə uyğunlaşdırma aparılmışdır. Daha sonra qeyd edilir ki, iddiaçı tərəfindən arayış da təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilm iş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə şikayətdə qeyd edilir ki, iddiaçıya yalnız 52 yaşdan pensiya təyin oluna bilərdi. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resbublikası Qanununa Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilinavqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya onun tələb etdiyi kimi 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün onun xx xxxxxx 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsu si stajının mövcud olması tələb olunur. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçı və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və be ynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 1960-cı il təvəllüdlüdür. O, xx xxxxxxxx 1977-ci il tarixdən - xx xxxxx 1979-cu il tarixədək Əli-Bayramlı İstehsalat sahəsində 2-ci dərəcəli metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici işində işləmiş, xx.xx.1979-cu il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad olunmuş və xx.xx.1981-ci il tarixdə yenidən işə qəbul edilərək, xx.xx.1996-cı il tarixədək işləmişdir. O, xx.xx.1997-ci il tarixdə Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsinə 5-ci dərəcəli “asfalt-beton bişirən fəhlə” işinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixədək orada işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın XXİİİ. Ümumi peşələr: metalın, metal hissələrin və məmulatların quru kvars qumu il ə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri 12100000—19568 kod ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda qeyd olunan vəzifələrdə 10 ildən artıq xüsusi stajı xx xxxxxx 1997-ci ilədək, 20 il ümumi stajı isə xx xxxxxx 1998-ci ilədək toplanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəll ər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun 20 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 saylı Siyahı üzrə 10 ildən artıq güzəştli əmək stajı xx xxxxxx 2006-cı ilədək yarandığından, ona pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri əsas götürülməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli, 321-İQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, xx xxxxxx 1998-ci il tarixədək 10 il xüsusi, 20 il ümumi stajı olan şəxslərin 50 yaş 6 ayın tamam olduğu tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırki halda, iddiaçının xx xxxxxx 1998-ci il tarixinə 10 il xüsusi, 20 il isə ümumi stajının tamam olmasını və qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq apellyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının 50,6 yaşının tamam olduğu xx xxxxx 2011-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pe nsiya hüququ yaranmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən, xx xxxxxx 2006-cı ilədək 20 il ümumi iş stajı, o cümlədən 10 il xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər əsas götürülməklə təyin edilir. Başqa sözlə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx xxxxxx 2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun (xx.xx.2010-cü ilədək qüvvədə olmuş redaksiyası) 27.1-ci ma ddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvv əyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin maddənin xx xxxx 2017-ci ilədək olan redaksiyasına əsasən, Qanun qüvvəyəmindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə (2006-cı il yanvarın 1-dək) qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəs ində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx xxxxx 2011-ci ildə (50,6 yaşdan) əmək pensiyası hüququnun yarandığı vaxt artıq əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədən düşmüşdür Cavabdeh kassasiya şikayətində həmçinin qeyd edir ki, iddiaçı tərəfindən arayış da təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəşt li şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş sta jı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Həmçinin, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nə zərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunun müddəalarından da göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (2006-cı ilin yanvar ayının 1-dək) iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən normanın də mənasından göründüyü kimi hazırki vəziyyətdə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış tələb edilmir. İddiaçının pensiya təyi n edildiyi tarixdən yaranmış fərqin ödənilməsi tələbi ilə bağlı da apellyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ər zində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yen i tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1901/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar