Məhkəmə qərarları › İş №2-1(102)-352/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-352/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-352/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi; diskresion səlahiyyətlərin icrasının qanuniliyi; işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin təhsil müəssisəsini “suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. O, 2001–2002-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, 2002–2006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, 2006 – 2007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, 2007–2014-cü illərdə hərbi hissənin “X2”nin zabiti (hidroakustika üzrə), 2014-cü ilin fevral ayından iyul ayınadək h əmin şöbənin rəisinin hidroakustika üzrə baş köməkçisi, 2014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır.

2. İddiaçı barəsində N nömrəli hərbi hissə komandiri 10.08.2020-ci il tarixli təqdimat vermişdir. Həmin təqdimata əsasən, iddiaçı müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilə n tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.

3. Həmin təqdimat əsasında cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə müvafiq olaraq iddiaçının işgüzar keyfiyyətləri nəzərə alınaraq onun iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmr vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri nin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri müvafiq hissədə qanuna ziddir və onun hüquqlarını pozmuşdur. Belə ki, uzun müddət xidmət dövründə şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Fəaliyyətində nöqsan olmamış, lakin 2020-ci ilin avqust ayında o, hərbi hissə rəhbərliyi tərəfindən qərəzli və haqsız olaraq aşağı vəzifəyə, daha dəqiq desək tutduğu şöbə rəisi vəzifəsinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Bundan əlavə, o, öz arzusuna görə ehtiyata buraxılma ilə bağlı raport təqdim etsə də, bu raport nə qeydə alınmış, nə də icra olunmuşdur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin əmr müvafiq hərbi hissə komandirinin təqdimatı əsasında verilmişdir. Təqdi matda İddiaçı aşağı (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan) vəzifəyə təyin edilməsi məqsədəuyğun hesab edilmiş və o, belə xarakterizə olunmuşdur ki, müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşə bbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Bundan əlavə, dəfələrlə hərbi hissə komandiri tərəfindən intizam məsuliyyətinə cəlb edilsə də, xidmətində müsbət dönüş yaratmamış, ona göstərilən iradlardan və aparılan söhbətlərdən nəticə çıxarmamışdır. İddiaçı ilə bir neçə dəfə yazılı surətdə söhbətlər aparılmış, söhbət zamanı baş verən hallardan nəticə çıxaracağını və xidmətində dönüş yaratması üçün şans verilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia tələbi təmin edilmiş, cavabdehin 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmi şdir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin müvafiq hissədə qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Əmrin verilməsinə əsas kimi təqdim olunan təqdimata gəldikdə isə, bu sənəd formal mülahizələrə istinad olunmaqla gəlinən nəticəyə münasibətdə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təqdimatda onu xarakterizə edən hallar sırasında nöqsan kimi “rəhbər sənədlərlə işləməyi bacarmır”, “edilən tənqidlərdən düzgün nəticə çıxarmır”, “kollektivdə və yoldaşları arasında az hörmətə malikdir”, “hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onun tələbləri əsasında qurmaqda, mürəkkəb şəraitdə düzgün qərar verməkdə çətinlik çəkir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sadalanan hallar məcmusunda onun xidmət etdi yi sahədə (şöbənin fəaliyyətində) uğursuz nəticələri konkret bildirilməmişdir. Bundan başqa, ölçü kriteyası belə müəyyən olunmayan, sırf mülahizələr üstündə köklənən “kollektiv və yoldaşları arasında az hörmətə malik” xüsusatı xidmətin bütün spesifikaları baxımından subyektiv və qərəzsizliyi az ehtimal olunan fikir təzahürü kimi qiymətləndirilir.

9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cava bdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi analogiya üzrə Əmək Məcəlləsinin müddəalarını hərbi qulluqçuya aid etməklə hesab etmişdir ki, iddiaçı məzuniyyət də olduğu müddət ərzində ona töhmət verilə bilməzdi. Bu da düzgün olmayan qərarın çıxarılmasına səbəb olmuşdur. Belə ki, qanunda hərbi qulluqçuların məzuniyyətdə olduğu vaxt onların intizam məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü istisna edilməsə də, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsini analogiya üzrə tətbiq edərək səhv nəticəyə gəlmişdir. Halbuki, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Silahlı X1 təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi tətbiq edilməli idi. Həmçinin apellyasiya məhkəməsi iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə 12.03.2020, 25.07.2020 və 30.07.2020-ci il tarixli raportlar barədə qeyd etsə də, əslində belə raportların olub-olmamasını araşdırmamış, müvafiq sənədlərin əldə edilməsi üçün tədbir görməmişdir. İddiaçı yazılı müraciət edilməsini bildirsə də, məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə isə belə bir mötəbər hala hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlar məhkəmə işində olsa da, məhkəmə prosesində tədqiq edilsə də, məhkəmə onlara hüquqi qiymət verməmiş, qərarda mötəbər hesab olunmayan kserosurətə, iddiaçının sözlərinə əsaslanmışdır.

14. Məhkəmə qərarında iddiaçının funksional vəzifələrinə aid hər iki (iddiaçı və cavabdeh) məktubun araşdırılması qeyd olunsa da, nədənsə iddiaçının təqdim etdiyi kserosurət, cavabdehin təqdim etdiyi N nömrəli hərbi hissə komandiri və onun müavini – qərargah rəisi tərəfindən 08.07.2020-ci il tarixdə imzalanmış hərbi hissənin möhürü ilə təsdiq olunmuş təlimatın surətindən daha üstün tutulmuşdur. Halbuki, kserosurət sübut hesab o lunmur və qərar qəbul edilərkən nəzərə alınmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsi göndərilərək cavabdehin kasasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin 08.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

20. Hazırkı iş üzrə iddiaçı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, işgüzar keyfiyyətləri nəzərə alınaraq tutduğu vəzifədən iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmrin ona aid hissədə ləğv olunmasını xahiş edir.

21. Mübahisələndirilən əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin 10.08.2020-ci il tarixli təqdimatı olmuşdur. Həmin təqdimata əsasən, iddiaçı müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nətic ə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.

22. Həmin təqdimatdan öncə də iddiaçı ilə söhbət aparılmış (08.08.2020-ci il tarixdə iş v. 65) və söhbət vərəqində qeyd olunmuşdur ki, iddiaçı müntəzəm olaraq xidməti işin icrası zamanı ciddi nöqsanlara görə dəfəl ərlə intizam qaydasında cəzalanmışdır və vəzifələri tam həcmdə icra etməkdə çətinlik çəkir.

23. İşə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən hüquqi mövqelərini belə əsaslandırmışlar ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin müvafiq hissədə qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Əmrin verilməsinə əsas kimi təqdim olunan təqdimata gəldikdə isə, bu sənəd formal mülahizələrə istinad olunmaqla gəlinən nəticəyə münasibətdə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təqdimatda onu xarakteriza edən hallar sırasında nöqsan kimi “rəhbər sənədlərlə işləməyi bacarmır”, “edilən tənqidlərdən düzgün nəticə çıxarmır”, “kollektivdə və yoldaşları arasında az hörmətə malikdir”, “hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onun tələbləri əsasında qurmaqda, mürəkkəb şəraitdə düzgün qərar verməkdə çətinlik çəkir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sadalanan hallar məcmusunda onun xidmət etdiyi sahədə (şöbənin fəaliyyətində) uğursuz nəticələri konkret bildirilməmişdir. Bundan başqa, ölçü kriteyası belə müəyyən olunmayan, sırf mülahizələr üstündə köklənən “kollektiv və yoldaşları arasında az hörmətə malik” xüsusatı xidmətin bütün spesifikaları baxımından, subyektiv və qərəzsizliyi az ehtimal olunan fikir təzahürü kimi qiymətləndirilir.

24. Məhkəmə tərkibi hesab edir ki, mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı məhkəmə araşdırması hərtərəfli aparılmamışdır.

25. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “q” bəndinə əsasən, bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla aşağı vəzifələrə keçirilmə hərbi qulluqçuların xidmət yerinin dəyişilməsinin növlərindən biridir.

26. Həmin Əsasnamənin 86-cı bəndinə əsasən, hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir və attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

27. Qeyd edilən normaların birgə təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçunun işgü zar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi həm də attestasiya zamanı aparılır. Bu baxımdan, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədləri tələb etməli və onları araşdırmalı idi.

28. Bundan əlavə, iş materiallarında olan, iddiaçıya məxsus Xidməti vərəqədə (iş v.207-208) iddiaçıya 02.06.2020-ci il tarixdə və 23.07.2019-cu ildə “Töhmət” intizam cəzasının tətbiq edildiyi və 24.07.2020-ci il tarixdə xəbərdarlıq edildiyi qeyd olunmuşdır. Başqa sözlə, iddiaçı daha aşağı vəzifəyə keçirilmədən öncə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş və bunları mübahisələndirməmişdir.

29. Lakin qeyd olunan bu hallar (intizam cəzasının tətbiqinə səbəb olmuş hallar, iddiaçının buna münasibəti, bu halların mübahisələnd irilib-mübahisələndirilməməsi) və bu halların iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə təsiri zamanı nəzərə alına bilməsi halı işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, apellyasiya instansiya məhkəməsi də bu halı nəzərə almamışdır.

30. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi və bu qiymətləndirmə nəticəsində tətbiq olunan tədbirlər inzibati orqanın (hazırkı halda - cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çə rçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçiri lməsini tələb etmək hüququ vardır.

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi qərarda qeyd olunan hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.

33. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar