Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-352/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması; məhkəmənin yardım etmək vəzifəsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3283/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010 tarixli qətnaməsi ilə X1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1583, 1583A və 1584 saylı bağ sahələrinə sahiblik və istifadə hüququ tanınmışdır. 2. xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1583A bağ sahəsinə X1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
3. İddiaçı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010 tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli qərarı ilə şikayət təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur.
5. X1 şikayəti üzrə işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli qərarını ləğv etmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarmışdır.
6. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021 tarixli qərarla Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010 tarixli qərarını dəyişdirilmədən saxlamışdır.
7. İddiaçıın şikayəti üzrə işə yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021 tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli qərarını 1583A bağ sahəsinə dair hissədə ləğv etmiş və həmin hissədə iddianı rədd etmişdir.
8. Bundan sonra İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1583A saylı bağ sahəsinə çıxarış verilməsini xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021 tarixli qərarı ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanda yerləşən Bağ sahəsinə dair yeni çıxarışın və texniki pasportun tərtib edilərək verilməsindən imtinanın qanunsuz hesab edilmə sinə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanında yerləşən Bağ sahəsinə dair, keçmiş Bağlar İdarəsinin xəritələrində mövcud vəziyyətdə ümumi sahəsi göstərilməklə, İddiaçı hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)-3616/2010 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmiş, iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Bil gəh massivində yerləşən 1583, 1583“a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınmışdır. 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)4880/2019 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayətim təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-4880/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda ver ilmiş Kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 saylı qərarı ilə şikayətləri qismən təmin edərək, Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işi göstərişləri əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13 mart 2020-ci il tarixli, 2(103)- 1824/2020 saylı qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını hissəsində ləğv etmişdir. Lakin iddiaçı hesab etmişdir ki, 1583 və 1584 saylı bağ sahələri üzərində Eldar Rəhimovun hüquqlarının tanınması, onun adına olan plan sxemə uyğun bağ sahələrinin bölgüsü yerindəki vəziyyətə uyğun olmadan aparıldığından gələcəkdə yeni mübahisələrin yaranmasına səbəb olacaqdır. O səbəbdən həmin qətnamədən Kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-5273/2020 saylı qərarı ilə Kassasiya şikayəti təmin edilmiş, iddiaçının şikayəti isə təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş göstərişlər əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hər dəfə fərqli mövqe göstərərək xx.xx.2021ci il tarixli, 2(103)-2846/2021 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apellyasiya şikayətini təmin etməyərək Sabunçu rayon məhkəməsinin 2(008)3616/2010 saylı 07 dekabr 2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)2846/2021 saylı qətnaməsi 1583A saylı Bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Eldar Rəhimov böyük qardaşı İddiaçı qarşı çox qərəzli hərəkətlər edərək, 1975-ci ildən Rüfətin öz istifadəsində olan 1583A saylı, həmçinin ataları Adil Rəhimovdan miras qalan 1583 saylı və atasının əmisinin arvadı Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahələrini guya uzun ill ərdir özü istifadə edirmiş kimi göstərərək, yalan iddia yazaraq Məhkəməni aldatmışdır. Belə ki, iddiaçı Eldar Rəhimov 1973-cü il təvəllüdlüdür. 1975-ci ildə vəfat etmiş babası Sadıx Rəhimovun 0.24 ha bağ sahəsini atası Adil Rəhimov və 1962-ci il təvəllüdlü böyük oğlu İddiaçı istifadə etdiyi zaman Eldar hələ uşaq idi. 1996-cı ildən isə həmin bağ sahəsini faktiki olaraq iki yerə 1583 və 1583 A-ya bölərək, Bağlar İdarəsində bunu qeydiyyatdan keçirmişlər. Bunlar baş verən zaman iddiaçı Eldar Rəhimovun artıq 23 yaşı var idi və o, artıq uşaq deyildi. Odur ki, onun bunlardan xəbəri olmaya bilməzdi. O bilirdi ki, 1583 və 1583A saylı bağ sahələri var. Həmin bağ sahələrinin müqavilələrinin əsli Eldar Rəhimovun da ailəsi ilə yaşadığı, atasına və sonra anasına məxsus olmuş mənzildə saxlanılırdı Üç bağ sahəsinin olması faktını cavabdeh də qəbul edir. İddiaçı 1583/1584 saylı bağ sahələrinin Eldar Rəhimovun adına özəlləşdirilməsinə razılıq verdiyini qəbul etsək belə, 1583A saylı bağ sahəsi dəolduğundan həmin bağ sahəsi qardaşının adına keçirilməsi ilə bağlı İddiaçı heç bir razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Ərizələri tərtib edən iddiaçı Eldar Rəhimovun arvadı Aytəndir. İddiaçı qardaşı Eldar və Fərid Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası gedən vaxtı, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı bağda olmayacağını və məhkəmə iclasında iştirak edəcəyini yəqin edərək, ağır texnikanın vasitəsilə, guya ki, əvvəllər abadlaşdırdıqları bağ sahəsinin hasarını dağıdaraq İddiaçı aid 1583 A sayl ı bağ sahəsində tikilmiş tikililəri uçuraraq, ağacları qıraraq, sonunçuya xeyli miqdarda maddi zərər yetirmiş və mənəvi iztirablar çəkməsinə səbəb olmuşlar. İddia ərizəsinə əlavə olunmuş sənədlərin məcmusu ilə təsdiq olunur ki, cavahdeh təşkilat tərəfindən mülkiyyət hüququnun qeydiyyatından əsassız imtina edilməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur.
12. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, göstərilən ərazi Bakı Şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583а saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-360/2024 saylı qərardadı ilə (hakim S. Salahova) id dianın mümkün sayılmaması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilməsidir. Yalnız həmin qətnamənin icrasında dönüş edildikdən və 1583a saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Eldar Rəhimovun adına mülkiyyət hüququ barədə aparılmış qeyd ləğv edildikdən sonra, iddiaçı həmin bağ sahəsinə dair hüququnun qeydə alınması üçün ilk əvvəl inzibati orqana, imtina cavabı aldıqda isə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, idd ia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3283/2024 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının ləğv olunmuş qətnaməsinin icrasında geri dönüş edilməsinə yönəldiyi, bununla bağlı prosessual tələbin həmin qərarı qəbul etmiş məhkəməyə müraciət etməkdən ibarət olduğu müəyyən edildiyindən, yəni m ümkünlük şərtləri hazırkı işdə ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 236-1.1, 2361.2, 236-1.3, 236-1.4, 236-1.5-ci maddələrinə və «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə istinad etmişdir.
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası sübutlara düzgün qiymət verməmişdir. Ekspert rəylərini araşdırmamışdır. İddiaçı tərəf indən təqdim edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının icrada dönüşdən imtina edilməsi barədə məktubu və Bakı Apellyasiya Məhkəməsinin icrada dönüşdən imtina edilməsi barədə təqdim edilmiş məktubları nəzərə almamış bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi bar ədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir.
23. Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlan masında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2014-cü il tarixli qərarı
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərardad qəbul etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X1 (hazırda üçüncü şəxs) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir
31. Bundan sonra hazırda mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1583A bağ sahəsinə X1 mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışla qeydiyyata alınmış və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və hə min plan və ölçünün tərtib edilməsinə əsas Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi olmuşdur.
32. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və qeyd edilən mülki məhkəmə icraatı bir neçə dəfə apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışında olmuşdur. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4468/2021 nömrəli qərarı ilə iddia tələbi “1583 A” saylı bağa aid hissədə rədd edilmişdir.
33. Bundan sonra hazırkı iddiaçı cavabdehə müraciət edərək qeyd edilən bağ sahəsinə onun mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etsə də, lakin cavabdeh həmin bağ sahəsinin X1 mülkiyyətində olmasın ı və ümumiyyətlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021 tarixli qərarı ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamasını bildirmişdir.
34. Daha sonra iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq eyni tələblə məhkəməyə müraciət etmişdir.
35. İşə baxmış aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmaması barədə qənaəti onunla əsaslandırılmışdır ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qərtnaməsinin icrasında dönüş edilməsidir.
36. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyini əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin qərardadında qeyd edildiyi kimi, «icrada dönüş» de dikdə, məhkəmə qətnaməsinin, icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin icrasının dayandırılması və ya icra edilmiş qətnamənin ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin mübahisə ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülür.
37. Lakin hazırkı halda iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi bilavasitə icrası tələb edilməyən hüquqların (istifadə və sahiblik) tanınması barədə qətnamə olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 sentyabr 2021-cı il tarixli qərarı ilə məhz həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi ləğv edilməklə, iddia tələbi ləğv edilən hissədə rədd edildiyindən icrada dönüş etmək üçün prosessual qanunv ericilikdə göstərilən əsaslar müəyyən olunmur.
38. Bu səbəbdən iddiaçı inzibati qaydada əvvəl cavabdehə sonra da məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Lakin iddiaçının irəli sürdüyü tələb yəni, “bağ sahəsinə dair hüququnun qeydiyyata alınması” düzgün olmamışdır. Belə ki, həmin bağ sahəsinə X1 mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışla qeydiyyata alınmış və qeyd edilən çıxarış hal hazırda qüvvədədır.
39. Belə olan halda, iddiaçı ilk öncə üçüncü şəxsin adına olan çıxarışı mübahisələndirilməli, bundan sonra həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməlidir.
40. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur 41. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-c i bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd).
42. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki,...bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların arada n qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir.
43. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymayarkən qeyd edilən Plenum qərarlarının tələblərini nəzərə almamış, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmiş, iddiaçının hüquqi marağının nədən ibarət olmasını, onun cavabdehə qarşı tələbini müəyyən etməmişdir.
44. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü və 54-cü maddələrinə əsasən iddiaçının hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə olunmasında məhkəmə tərəfindən yardım etmə vəzifəsi çərçivəsində iddiaçıya iddia tələbi dəqiqləşdirilməsində müvafiq yardım göstərilməlidir.
46. Yuxarıda göstərilənlə rə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3283/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.