Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3522/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 21(103)-1922/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2016-cı il 13 oktyabr tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 22 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddəti qarşılıqlı yoxlamaq mümkün olmadığından, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 13 dekab r tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək kitabçasında əks olunmuş 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1994-cü il 23 may tarixdən N saylı hərbi hissənin Təmir və Təminat hissəsində mühasib vəzifəsində işə başlamışdır. 1994-cü il 23 iyun tarixdə andiçmə tədbiri olmuşdur. Daha sonra, 1999-cu il 7 iyun tarixdə N saylı hərbi hissədə Avtomobil təmiri sexinə təyin olunmuş, 2003-cü il 6 oktyabr tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Həmin illərdə işləməsi əmək kitabçasında ə ks olunmuşdur. O, ikinci qrup əlildir. Bu barədə müvafiq arayış verilmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyası haqqında” Qanunun 4.1, 11.1 və 12.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2.2, 33-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 fevral tarixli 2-1(82)806/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında əks olunmuş 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hes ab etmişdir ki, iddiaçının tələb olunan 11 il 3 ay sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 2-1(103)-1922/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 26 sentyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 24 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edil məsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci bəndinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti va xtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtinanın əsası kimi göstərmişdir ki, iddiaçının 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının səbəbinə münasibətdə qeyd etmişdir ki, “cavabdeh tərəfindən iddiaçının işlədiyi müəssisə tərəfindən ondan məcburi sosial haqların tutulmasının yerində yoxlanılmasının mümkün olmaması inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçının əmək kitabçasındakı tədqiq olunan qeydlər iddiaçının işlədiyi təşkilatın kadrlar şöbəsi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq edilmiş, həmin qeydlərdə düzəlişlər olmamış və əmək kitabçasının tamlı ğı pozulmamış, habelə iddiaçının həmin təşkilatda işlədiyi bütün əmək fəaliyyəti dövrü 1997-ci il 18 fevral tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunur və həmin qanunun müəyyən etdiyi qaydalar müəssisə üçün məcburi xarakter daşıyır, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsi məhz DSMF orqanlarının üzərinə düşür. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məzmunda əsaslandırması ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların qarşılıqlı yoxlanılmasının mümkünsüzl üyünün səbəb(lər)ini müəyyən etməmiş, bununla bağlı tərəflərin dəlillərini tədqiq etməmişdir. Bundan başqa, iddiaçıya məxsus əmək kitabçasında iş yeri kimi qeyd edilən “hərbi hissə”nin mənsubiyyətinə (Azərbaycan Respublikasına və ya digər dövlətə məxsus olmasına) və bunun hazırkı mübahisə tərəfləri üçün hansı hüquqi nəticələr yaratdığına dair məsələ araşdırma predmeti olmamış, ona hər hansı münasibət bildirilməmişdir. Əmək kitabçasında işdən azad etmənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəasına istinad edilsə də, orada əks olunmuş hərbi hissənin möhüründən aşkar olaraq görünür ki, həmin hərbi hissə Azərbaycan Respublikasına məxsus deyil. Mübahisələndirilən iş dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 10-cu maddəsinə əsasən, bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: (...) dövlətlərarası müqavilələrə uyğun olaraq xarici dövlətlərin keçirdikləri vəsait;... İddiaçının əmək kitabçasında qeyd edilən hərbi hissənin digər dövlətə aidiyyəti nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşdüyünə o halda istinad etmək olar ki, həmin hərbi hissənin mənsub olduğu dövlətlə müvafiq müqavilə bağlanmışdır və DSMF orqanlarının qeyd edilən vəzifəsi də həm in müqavilədən, habelə müqavilənin icrasını təmin edən qanunvericilik aktlarından irəli gəlir. İddiaçının əmək kitabçasında qeyd edilən hərbi hissənin Qəbələ radiolokasiya stansiyasına (RLS “DARYAL”) aid olduğu müəyyən edildiyi halda, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış “Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişin (2002-ci il 19 mart tarixli, 276İİQ №-li Qanunla təsdiq edilmişdir) (bundan sonra mətndə - Saziş) şərtlərinə əsasən, Qəbələ radiolokasiya stansiyası (RLS “Daryal”), bu Sazişlə müəyyən edilən informasiyaanalitik mərkəz statusuna malikdir, İnformasiya-analitik mərkəz Azərbaycan Respublikasının mülkiyyətidir (Sazişin 1-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Sazişin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya-analitik mərkəzə işə qəbul oluna bilərlər. Onların informasiya-analitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir. İddia olunan pensiya hüququnun iddiaçıya əlilliyin təyin edildiyi 2016-cı il 13 oktyabrda yarandığı qəbul edildikdə, 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavil ələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir (2.1-ci maddə). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir (2.2-ci maddə). Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən hərbi hissənin Qəbələ radiolokasiya stansiyasına (RLS “DARYAL”) aid olduğu müəyyən edildiyi halda, işin faktiki halları, o cümlədən, əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyinin mövcud olub-olmadığı yuxarıda qeyd edilən qanunvericilik aktlarının (o cümlədən, Sazişin müddəalarının) tələbləri nəzərə alınmaqla yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməs inin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 2-1(103)-1922/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin m əhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3522/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3522/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver