Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3524/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə kassasiyanın, müddətin ötürülməsi ilə bağlı mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy a Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 21(103)-1131/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarından iddiaçının vəkili tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizəsi və kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərar ın ləğv edilməklə, iddianın təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2025 saylı 11 iyun 2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4822/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2025 saylı 25 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin olunmuş, Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2025 saylı 11 iyun 2025-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün İddiaçı dövlət hesabına vəkillə təmin olunması və vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qərardadın icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər X1 göndərilməsi qərara alınmışdır. İddiaçının vəkili buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və eyni zamanda kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1131/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
1. İnzibati Prosessual Məcəllə Maddə
20. Təqdimetm ə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 1.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
2. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
3. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
4. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan müm künlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
5. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
6. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli qərarı iddiaçının nümayəndəsinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə xx.xx.2025-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmişdir. Həmin qərardad icra olunması üçün Vəkillər Kollegiyasına göndərilmiş, Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə vəki l orderi tərtib edilməsinə baxmayaraq, kassasiya şikayəti 1 ay müddəti ötürülməklə elektron qaydada xx.xx.2025-ci ildə imzalanmaqla verilmişdir.
7. İddiaçının vəkili Vəkil2 müddətin bərpası barədə ərizə verərək, müddətin ötürülmədiyini qeyd etsə də, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
8. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
9. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Odur ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
10. Bundan başqa, iş materiallarındam göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli qərarı iddiaçının nümayəndəsinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdi, iddiaçı isə kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə yəni, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdi. Lakin iddiaçı bu müddətin buraxılmasının üzürlü səbəbi barədə ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir.
11. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Müddətin bərpası barədə ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 21(103)-1131/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin.