Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3526/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqan - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilmiş arxiv arayışlarında qeyd olunanlara əsasən, BBT X3 Idarəsinin arxiv sənədlərində ##.##.1992-##.##.1998-ci illər arası dövr ərzində adı çəkilən müəssisələrdə işlədiyi və əməkhaqqı hesablanması barədə hər hansı bir məlumatın aşkarlanmadığı üçün həmin dövrün əmək stajına daxil olunmaması, bundan başqa #.##.2006-##.##.2008-ci il tarixləri arasında dövr ərzində “xxxx” MMC-də işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sığorta haqqının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması və ##.##.2004-##.##.2006-cı illər arası iş stajına dair əsaslı şübhələr yaranması və göstərilən səbəblərlə də ##.##.2004-##.##.2008-ci il tarixlər arasındakı dövrün ümumi əmək stajına daxil etməyin mümkün olunmaması qeyd edilmişdir. Onun işlədiyi illərin hüquqi fakt kimi müəyyən olunmasına dair Suraxanı Rayon Məhkəməsində ərizənin cavabı olaraq məhkəmə qərardad çıxarmış və əsas olaraq əmək kitabçasında qeyd olunanların mübahisələndirilməsi üçün heç bir əsas olmamasını qeyd etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin müəssisələrdə işləməsini təsdiq edən sübut əmək kitabçasında qeyd olunan iş yerləri və müəssisə tərəfindən təqdim olunan arayışlardır. Bundan başqa, sənədlərin əldə olunması ilə bağlı müvafiq orqanlara müraciətlər etmiş, nəticəsi olmamışdır. Arxiv sənədlərinin olmaması onun güzəştli şərtlərlə pensiyaya çıxmasına maneə yarada bilməz. Belə ki, iddia ərizəsində qeyd olunan illər üzrə həmin müəssisədə çalışmasını onunla bərabər çalışan şəxslər də təsdiq edə bilərlər. Iddia ərizəsində hansı müəssisələrdə işləməsinə dair qeyd mövcuddur.
3. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ##.##.2020 və ##.##.2022-ci il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulmuş, yəni sıralanma düzgün aparılmamışdır. 1992-ci ildən latın qrafikalı əlifbanın tətbiq edilməsinə baxmayaraq, iddiaçının əmək kitabçasında ##.##.1992-ci ildən ##.##.1998-ci ilədək kiril qrafikalı əlifba ilə qeydlər aparılmışdır. Daha sonra onun əmək kitabçasının 16-cı səhifəsində aparılmış qeydlərdə qaralama halları aşkar edilmişdir. Bu səbəbdən iddiaçının adıçəkilən dövlərdəki iş stajına dair əsaslı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına * nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Belə ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (ümumi iş stajı 24 il 8 ay 22 gün (##.##.2006-cı il tarixinədək 9 il 7 ay 22 gün əmək stajı (##.##.1980-##.##.1982-ci il (hərbi xidmət dövrü), ##.##.1983-##.##.1983-ci il, ##.##.1984-##.##.1986-cı il, ##.##.1986 ##.##.1987-ci il, ##.##.1987-##.##.1992-ci II tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 1 ay sığorta stajı) güzəştli iş stajı isə 12 il 6 aydan az 1 il 10 ay 5 gün ( ##.##.1990-##.##.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ona dair # ######## 2022-ci il tarixli BA-*****-**** nömrəli arxiv arayışında qeyd olunanlara əsasən BBT Istehsalat Texnoloji komplektləşdirmə idarəsinin arxiv sənədlərində ##.##.1992- ##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işləməyi və əməkhaqqı hesablanması barədə hər hansı məlumat aşkarlanmadığı üçün həmin dövrü əmək stajına daxil etmək mümkün olmamışdır. Mərkəzi Filial tərəfindən iş stajı haqqında məlumatların araşdırılması zamanı iddiaçının ##.##.2006-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də adıçəkilən müəssisədəki ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı iş stajına dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də, ##.##.2004 - ##.##.2008-ci il həmin tarixlər arasındakı dövrü iddiaçının ümumi və güzəştli əmək stajına daxil etmək mümkün olmamışdır.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət dövrü: ##.##.1980-##.##.1982 (02 il 18 gün)+əmək kitabçasındakı qeydlər: ##.##.1983-##.##.1983, ##.##.1984-##.##.1986, ##.##.1986-##.##.1987, ##.##.1987-##.##.1992, ##.##.1992-##.##.1998, ##.##.2001-##.##.2004, ##.##.2004- ##.##.2008, ##.##.2008-##.##.2019, ##.##.2019-##.##.2022-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, 36 il, 10 ay, 16 gün ümumi iş stajı mövcuddur. Güzəştli iş stajına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı * saylı Dəmir-beton zavodu SEIB Bakı Baş Tikinti Idarəsində ##.##.1988-ci il tarixdən ##.##.1992-cı il tarixə kimi elektrik qaz qaynaqçısı, SEIB-in X2 Idarəsində ##.##.1992-ci il tarixdən ##.##.1998-ci il tarixə kimi elektrik qaynaqçısı, “xxxx” kiçik müəssisəsində ##.##.2001-ci il tarixdən ##.##.2004-cü il tarixə kimi elektrik qaynaqçısı, “xxxx” MMC-də ##.##.2004-cü il tarixdən ##.##.2008-ci il tarixə kimi qaynaqçı və “xxxx” MMC-nin “SW Beton” Filialında ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixə kimi qaynaqçı peşəsində işləmişdir. Belə ki, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından başqa, həmçinin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.2-ci bənddə aşkar olaraq göstərilmişdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ yaranan ##.##.2022-ci il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 06 ayının çox təşkil edir. Odur ki, cavabdehin apellyasiya şikayətinin onun güzəştli stajının mövcud olmadığını mübahisləndirən dəlilləri əsassızdır. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
13. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
14. Hazırkı iş üzrə iddiaçı ##.##.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ##.##.2022-ci il tarixdə qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
16. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
17. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.