Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3527/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 03 oktyabr 2019-cu il tarixli 2-1(103)-2125/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə (m əhkəmə iclası 27 noyabr 2019-cu il tarixdə keçirilmiş, məhkəmə qərarı 04 dekabr 2019-cu il tarixdə elan edilmişdir) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, 11 dekabr 2019-cu il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşıRusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin 20 iyun 2002-ci il tarixli DİS ******* №-li 590 qeydiyyat nömrəli “Hüquqşünaslıq” ixtisası üzrə dövlət imtahan komissiyasının qərarı ilə verilən diplomun Azərbaycan Respublikasında tanınması və ixtisasın nostrifikasiyası barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1997-ci ildə Dağıstan Dövlət Universitet inin Bakı filialına qəbul olmuş və 2002-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmişdir. Ona 20 iyun 2002-ci il tarixli DİS ******* nömrəli diplom verilmişdir. Təhsilini başa vurdıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, sonradan müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin alı təhsil müəssisəsinin ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinə gorə alı təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə əlavə edilən ali təhsil haqqında sənəd ali təhsil ixtisasların tanınması prosedurunun təkmilinə aid edilir. Həmin Qaydaların ümumı müddəalarında qeyd ed ilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikası Baş Nazirinin muavini cənab E.Əfəndiyevin 6 mart 1996-cı il tarixli sorğusu ilə Dağıstan Respublikası Hökumətinin rəhbərinə və Dağıstan Dövlət Universitetinin rektoruna müraciət olunmuş və Azərbaycanda Dağıstan Dövlət Universitetinin Bakı filialının açılması təşəbbüsü xoş məramlı addım, iki ölkə arasında davam edən uzun dostluq münasibətlərinin, qardaşlıq simvolunun və ikili xalqın ruhən yaxınlığının bariznümunəsi kimi qəbul etmişdir. Bu müraciətdən sonra RF Ümumi və Peşə Təhsili Nazirliyinin11 iyun 1999-cu il tarixli 1544 saylı əmri ilə Dağıstan Dövlət Universitetinin Bak ı filialı yaradılmış və həmin ilin iyulunda həmin Nazirlik tərəfindən 161-408 saylı lisenziya verilmişdir. Məsələnin aktuallağına önəm verən Dağıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyi RF Ümumi və Peşə Təhsili Nazirliyinə Universitetin Bakı filialının açılması ilə bağlı göstərilən etimada görə səmimi razılığını bildirmişdir. O (iddiaçı), həmin diplom üzrə ixtisasının ölkə ərazisində tanınması ilə bağlı Azərbycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Ona verilən cavab məktubunda bildirilmişdir ki, Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandı rılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndinə əsasən ona (ərizəçiyə)RF Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 20 iyun 2002-cı il tarixli xxx nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İmtina onu elektron ünvanına sadə, elektron şəkildə imzalanmadan göndərildiyindən iddiaçı sonradan Nazirliyə müraciət edərək, 20 dekabr 2018-ci il tarixdə həmin məzmunda məktub almışdır.Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərsə belə, onun ləğvi ilə bağlıməhkəmə aktı 2007-ci ilədək həmin təhsil müəssisəsini bitirmiş şəxslərə şamil edilə bilməz, şamil olunsa belə, qətnamədə Dağıstan Dövlət Universitetinin Bakı filialı nın yalnız fəaliyyətinin dayandırılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmiş və həmi qətnamədən apelyasiya şikayəti verilməmişdir. Universitetin Bakı filialı fəaliyyət göstərdiyi uzun müddət ərzində tələbələrə hərbi xidmətdən möhlət hüququ vermiş, təxminən 1000 ABŞ dolları məbləğində tələbələr tərəfindən ödənilən təhsil haqqı filialın bank hesabına köçürülmüş, vergi ödənilmişdir. Birinci instansiya məhkəməsinin 08.05.2019-cu il tarixli iş № 2-1(82)-1105/2019, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş et mişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.10.2019-cu il tarixli iş № 2-1(103)-2125/2019 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı iləcavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 08 may 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, 1997-ci ildə Dağıstan Dövlət Universitetinin Bakı fılialının hüquqşünaslıq fakültəsinin əyani şöbəsinə qəbul olmuş, Bakı filialı fəaliyyət göstərdiyi uzun müddət ərzində tələbələrə hərbi xidmətdən möhlət hüququ verilmiş, təxminən hər ili 1000 ABŞ dolları məbləği ndə tələbələr tərəfindən ödənilən təhsil haqqı filialın bank hesabına köçürülmüş, vergi ödənilmişdir. 2002-ci ildə həmin təhsil müəssisəsinin müvəffəqiyyətlə bitirmişdir. Ona 20 iyun 2002-ci il tarixli, DİS ******* nömrəli diplom verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil ixtisaslarının yaranması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətinə əlavə etdiyi ali təhsil haqqında sənədi ali təhsil ixtisasların tanınması prosedurunun həyata keçirilməsinə uzun müddət çalışsa da, heç bir müsbət cavab əldə etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və dövlətlərarası razılaşmalarda ekv ivalentlik müəyyən edilib, buna görə də ekvivalentlik haqqında şəhadətnamə ekspertizadan keçirilmədən verilir. Təhsil Nazirliyinin 01 iyun 1999-cu il tarixli 1544 saylı əmri ilə Dağıstan Dövlət Universitetinin Bakı filialı yaradılmış, həmin ilin iyulunda Nazirlik tərəfindən 161-408 saylı lisenziya verilmişdir. O də uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarələrinə dəfələrlə rəsmi müraciət etmiş, nəhayət ona göndərilən 20 dekabr 2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Dağıstan Dövlət Universitetinin” Bakı fılialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi onun fəaliyyəti dayandırılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.7-ci bəndinə əsasən ona Rusiya Federasiyasının Dağıstan Universiteti tərəfindən verilmiş 20 iyun 2002-ci il tarixli DİS ******* nömrəli diplom üzrə ixtisası ölkə ərazisində tanınması mümkün hesab edilməlidir”». Dağıstan Dövlət Universitetinin Bakı fılialının qeyri-qanuni fəaliyyət göstərdiyindən ləğv edilməsinə dair Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin iş 2398/4-489-2006 saylı mülki iş üzrə 20 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə “onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində təsbit edildiyi kimi hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göst ərilməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanuna uyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərinin davam etdirmək üçün şərait yaradılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənədi olmuş tələbələrin təhsil sənədlərinin etibarsız hesab edilməsi qanuna uyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz”. Bu qətnamədən Apelyasiya Şikayəti belə verilməmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işin baxılmasına çox səthi və qeyri-obyektiv yanaşaraq maddi və mülki prosessual qanunların tələblərini kobud surətdə pozaraq yuxarıda qeyd edilən 03 oktyabr 2019-cu il tarixli qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində kasasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2125/2019 saylı mülki iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarının ləğv edərək yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik n ormalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağ lı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2125/2019 saylı qərarla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)-1105/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 1.2, 73.1, 73.3-cü maddələrinə, Mülki Proses sual Məcəllənin 82.3-cü maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə, “Təhsil haqqında” Qanunun 1, 21-ci maddələrinə, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın İİ, İİİ hissələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2125/2019 saylı qərardan verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati İqtisadi-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin 20 iyun 2002-ci il tarixli DİS ******* nömrəli 590 qeydiyyat nömrəli “Hüquqşünaslıq” ixtisası üzrə dövlət imtahan komissiyasının qərarı ilə verilən diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ixtisas ın nostrifikasiyası barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallara görə müəyyən edilmişdir ki, iddiaçı 1997-ci ilin sentyabr ayında Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının “hüquq” fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2002-ci ildə həmin Universiteti bitirmiş və ona 20 iyun 2002-ci il tarixli ******* №-li diplom verilmişdir. O, 13 fevral 2013-cü il tarixdə elektron üsulla ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasının tanınmasını xahiş etmiş, lakin sonuncu ona 14 dekabr 2018-ci il tarixli cavab məktubunda və ona edilmiş əlavədə adıçəkilən Universitetin qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2398/4-489-2006 sayl ı qətnaməsi ilə fəaliyyətinin dayandırıldığını bildirərək, diplomun tanınmasını mümkün hesab etməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq qanunsuz hesab etmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin 08 may 2019-cu il tarixli qərarını ləğv edib, iddianın rədd edilməsinə dair 08 oktyabr 2019-cu il tarixli qərar qəbul edərkən qeyd etmişdir ki, «birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialının Azərbaycan Respublikasında hüquqi statusuna, yəni, sözügedən Azərbaycan Respublikasında qanunvericiliyə uyğun qaydada fəaliyyət göstərib-göstərməməsinə hüquq i qiymət verməmişdir. Halbuki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Eyni zamanda, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-c i bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Həmin Fərmanla təsdiq edilmiş Qaydaların 2 №-li Əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur. İş materiallarında olan, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “… filial Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyya tına alınmadan və lisenziya olmadan fəaliyyət göstərmişdir, ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsi baxımından Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının təhsil aldığı Universitetin Bakı filialının qanunsuz, yəni, qanuna müvafiq dövlət qeydiyyatı olmadan və lisenziyasız fəaliyyət göstərdiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işdə olan ap elyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsaslanmaqla istinad etdiyi Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsindən göründüyü kimi, həmin işdə iddiaçı olmuş Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialına qarşı iddia qaldırıb filialın fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən halhazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin qətnamə ilə Təhsil Nazirliyinin iddiası qismən təmin edilmiş, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissədə, yəni, sözügedən filialın başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair tələbi rədd olunmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını araşdırmamış və nəticə etibarı ilə də İnzibati Prosessual Məcəllənin 68.7-ci maddəsinin tələbləri baxımından buna hüquqi qiymət verməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, işdə olan (iş səhifəsi 9) Azərbaycan Respublikası Baş nazirinin müavini X1 Respublikası Hökumətinin sədrinə ünvanladığı 06 mart 1996-cı il tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikasının Hökuməti sözügedən filialın Bakı şəhərində açılmasında xalqlar arasında mövcud olan çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin daha d a inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirmişdir. Eyni zamanda hazırkı işdə cavabdeh olan Təhsil Nazirliyi təhsil sahəsində özü nəzarət orqanının səlahiyyətlərini həyata keçirir və onun, nəzərə alaraq ki, adıçəkilən filial uzun müddətdir ki, fəaliyyət göstərməkdə idi, vaxtında nə kimi tədbirlər görülüb-görülməməsi də araşdırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsində iddiaçının həmin təhsil müəssisəsini 2002-ci ildə bitirərək diplom aldığı halda, iddiaçının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin 2007-ci ildə məhkəmə qətnaməsinə əsasən dayandırılacağını əlbəttə ki, bilə bilməzdi, belə ki, filialın dövlət qeydiyyatından keçməməsində iddiaçının təqsirinin olmaması şübhəsizdir. Lakin apelyasiya inst ansiyası məhkəməsi işin bu halını da araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2125/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3527/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3527/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver