Məhkəmə qərarları › İş №2-1(102)-3528/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3528/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3528/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İ şlər Nazirliyinə qarşı stajın düzgün hesab edilməsi və pul tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2024-cü il tarixli, 2-1(104)-600/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütb ə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharibə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi, xx.xx.1992-ci ildən indiyədək 27 il, 28 il, 29 il stajla ona verilmiş pensiya məbləği ilə 30 il staja görə verilməli olan pensiya məbləği arasındakı fərqin indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bənd inə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 gün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 gün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. Gəncə İnz ibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(114)-360/2024 saylı qərardadı ilə (hakim X3) iddia tələbi mümkün sayılmamışdır.

4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2-1(104)-600/2024 nömrəli qərardadı ilə X1 və X6) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(114)-360/2024 saylı qərardadı qismən ləğv edilmiş, iş materialları ilə iddia tələbinin “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 gün x 2 = 102 günün stajına əlavə edilməsi” hissəsində baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2-1(104)-600/2024 nömrəli digər qərardadı (hakimlər X2 (məruzəçi) X1 və X6) ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-360/2024 saylı qərardadı iddia tələbinin mümkün sayılmayan “fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989-cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlar ında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992-ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək cavabdeh tərəfindən ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın apellyasiya şikayətinin təmin edilməmiş hissəsinə münasibətdə ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xa tırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən mə hkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabi t təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hes ab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəb ərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

13. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci i ldən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 14. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

15. Hazırkı iş üzrə mübahisə predmeti qismində iddiaçının 1992-ci ildə almadığı vəsait çıxış edir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunl a müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1713/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1149/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-887/2023 nömrəli qərarı və.s).

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə ki fayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe iddiaçının iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququ n tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPMin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2024-cü il tarixli, 2-1(104)-600/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar