Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3528/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (plan ölçünün tərtib edilməsi və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “plan ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir.
2. Cavabdehin ##.##.2019-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin yaxınlığından diametri 400.0 mmlik su borusu keçir. Həmçinin əlavə 125.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və yerləşmə cizgisindəki qəsəbə nümayəndəsinin imzası surətdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.”
3. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2019-cu il tarixli, M- 582- *** nömrəli məktuba qoşma olaraq təqdim edilmiş Bakı şəhər keçmiş Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ** nömrəli ##.##.1991-ci il tarixli qərarının təsdiq edilmiş surətinə əsasən, İddiaçı Buzovna qəsəbəsi ərazisində *** nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair qərar verilmişdir.
4. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2019-cu il tarixli, M- 249- *** nömrəli məktuba qoşma olaraq təqdim edilmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışının təsdiq edilmiş surətinə əsasən Əzizbəyov rayon ** nömrəli ##.##.1991-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində İddiaçı ayrılmış *** nömrəli torpaq sahəsinin cizgisi verilmişdir.
5. “xxxx" Açıq Səhmdar Cəmiyyətinin ##.##.2019-cu il tarixli **/**-*/***** nömrəli məktubuna əsasən qeyd olunan ünvana baxış keçirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, *** nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən “xxxx" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasara alınıb, yaşayış ev və həyət tikilisi mövcuddur, torpaq sahəsinin cənub tərəfindən d=400.0 mm-lik su borusu keçir. Torpağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m., faktiki isə 1325 kv.m təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ** nömrəli ##.##.1991-ci il tarixli qərarına əsasən iddiaçıya Buzovna qəsəbəsində *** nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ** nömrəli ##.##.1991-ci il tarixli qərarına əsasən iddiaçıya Buzovna qəsəbəsində *** nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan mübahisəsiz və fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçıya ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edərək, orada fərdi yaşayış evi tikdirmiş və ailə üzvləriylə birlikdə həmin evdə yaşayır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ##.##.2019-cu il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin yaxınlığından diametri 400.0 mmlik su borusu keçir. Həmçinin bildiririk ki, əlavə 125 kv.m torpaq sahəsi istifadə edilməkdədir və yerləşmə cizgisindəki qəsəbə nümayəndəsinin imzası surətdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır». Bundan sonra iddiaçı adıçəkilən torpaq sahəsində su və kanalizasiya xətlərinin mövcudluğu barədə “xxxx” ASC-yə müraciət etmişdir. “xxxx” ASC tərəfindən ##.##.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, *** nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən “xxxx” ASC-nə məxsus su və kanalizasiya xətlərinin keçmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı təkrarən adıçəkilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ##.##.2024- cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən ərazi daxilində ləğv edilmiş və işlək neft quyularının baza məlumatı mövcuddur». Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, ona ayrılmış torpaq sahəsinin yaxınlığında yerləşən torpaq sahələrinin istifadəçilərinə (bəziləri hasar qonşularıdır) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan halda ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə müraciətinin təmin edilməməsi əsassızdır. Cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq **-*/*-****/**** saylı, ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi *** saylı ləğv olunmuş neftqaz quyusunun 65 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən sahədən 86 metr məsafədə ləğv edilmiş və 95 metr məsafədə işlək neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin cənub tərəfindən 400 mm-lik su borusunun keçdiyi məlum olmuşdur.
12. Üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsinin Üçüncü şəxs (SOCAR) daimi istifadəsində olan ərazilərin hüdudları daxilində olub-
13. dair məlumat verilməsi barədə məhkəmə iclası zamanı təqdim edilmiş daşınmaz olmadığına əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, X Y 421153.3789 4485424.2734 421168.0303 4485422.7062 421162.8826 4485369.1757 421139.1500 4485370.0846 421142.3806 4485412.9630 421152.6244 4485412.2022 koordinatlarında olan sözügedən 1201 kv.m. torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi “X4” MMC-nin balansında olan mancanaq dəzgahı ilə istismar olunan **** saylı işlək neft-qaz quyusunun 97 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neftqaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçıya qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaqayırma sənədi ilə (Əzizbəyov rayon XDS İK-nin ** nömrəli ##.##.1991-ci il tarixli) 1200 kv.m. sahədən ibarət *** nömrəli torpaq sahəsi iddiaçıya ayrılmış, həmin sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgisi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşmiş və torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsinə hüquqları 1991-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi sübuta yetirilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz haldır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş cizgisindən məlum olur ki, sahənin bir tərəfi məhəllə daxili yola sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Həmin hal cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olur. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyata alınması təşkil etdiyindən, üçüncü şəxsin bu dəlili əsassızdır. Cavabdehin imtinası və etirazına əsas olan digər dəlil isə ondan ibarətdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin cənub tərəfindən 400 mm-lik su borusunun keçdiyi məlum olmuşdur. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin ##.##.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** nömrəli sahədə fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsindən “xxxx" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir. Torpaq sahəsinin faktiki tutduğu ölçüsü (1325.kv.m.) ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüsünün (1200 kv.m.) eynilik təşkil etməməsi, yəni əlavə 125.0 kv.m torpaq sahəsinin istifadə edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, iddiaçı isə məhz qanuni istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
17. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq isə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən qeyd edilən əraziyə baxış keçirilmiş və iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınması tələb etdiyi torpaq sahəsinin hava məsafəsi ilə 97 metrlik məsafədə işlək neft quyusunun yerləşməsi, lakin iddiaçının sahibliyində olan torpaq sahəsinə qədər qəsəbə daxili yolun və fərdi yaşayış evlərinin mövcud olması müəyyən edilmişdir. Qeyd olunan fərdi yaşayış evlərinin işlək vəziyyətdə olan neft quyusuna daha yaxın məsafədə olmasına, o cümlədən fərdi yaşayış evlərinin qarşısından su borusunun olmasına baxmayaraq üzərində cavabdeh təşkilat tərəfindən mülkiyyət hüququ dövlət reyesterində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyester publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin altında yerləşən 0.11623 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsinin üzərində X1 mülkiyyət hüququ eydə alınmışdır.
19. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, S.Səlimovanın mülkiyyətində olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin altında olan torpaq sahəsinin İddiaçı sahibliyində olan torpaq sahəsindən işlək vəziyyətdə olan neft quyusundan daha yaxın məsafədə yerləşməsinə baxmayaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır.
20. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu və torpaq sahəsinin yaxınlığından diametri 400.0 mmlik su borusu keçdiyini bildirmişdir.
33. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
34. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin ** nömrəli ##.##.1991-ci il tarixli qərarı ilə ayrılmış, cizgisi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin qərar bu qərarın 23-cü bəndində istinad olunan normalar anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir.
36. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin qərarın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni inzibati akt öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
37. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinin kateqoriyası ilə bağlı tələblərin nəzərə alınması həmin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq qurumun, hazırkı mübahisəyə münasibətdə icra hakimiyyəti orqanının məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (eləcə də bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə sərəncamını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilə kimi qiymətləndirilməlidir.
39. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
41. Odur ki, məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.