Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3529/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 24 sentyabr 2019-cu il tarixli 2-1(103)-2112/2019 saylı qərarından iddiaçı tərəf indən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası “X4 Təhsil İnstitutu” tərəfindən adına verilmiş 137724 ******* qeydiyyat nömrəli diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 Müasir Akademik Təhsil İnstitutunda təhsil almış, həmin institut tərəfindən ona 137724 ******* qeydiyyat saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə Xarici Ali Təhsil İxtisasının Azərbaycan Respublikasında tanınması və ekvivalentliliyin müəyyən edilməsi məqsədi ilə müraciət etmiş, sonuncu tərəfindən diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Hesab edir ki, aşağıda göstərilən səbəblərdən onun diplomunun Azərbaycan Respublikasında tanınmasından və ekvivalentliliyin müəyyən edilməsindən imtina qanunsuz olmuşdur. Onun “ ixtisasının mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı” məsələsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (həmçinin ona müvafiqdiplom vermiş ali təhsil müəssisəsinin dövlət imtahan komissiyasının) səlahiyyətlərinə aiddir və o, bu mərhələni artıq həmin ölkədə başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.6-cı, 3.6-cı və 3.7-ci bəndlərindən göründüyü kimi, iddiaçının diplomunun tanınmasına mənfi rəy verilməsi üçün "Qaydalar”da nəzərdə tutulmuş halların heç biri mövcud olmamışdır. Bundan əlavə “Konvensiya”ya uyğun olaraq hazırlanmış “Saziş”in 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyas ının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır, işə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Birinci instansiya məhkəməsinin 24.06.2019-cu il tarixli iş № 2-1(82)-2142/2019, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin 24.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.09.2019-cu il tarixli iş № 2-1(103)-2112/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-2142/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası “X4 Təhsil İnstitutu” tərəfindən adına verilmiş 137724 3039622 qeydiyyat saylı diplomunun Azərb aycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçı 12 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyası Müasir Moskva Akademik Təhsil İnstitutuna qəbul edilmiş, 27 iyul 2017-ci il bakalavr dərəcəsi ilə bitirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı yuxarıda adı çəkilən institut tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli 137724 2039622 nömrəli bakalavr diplomunu tədris proqramının tələbi tərəfindən tam mənimsənildiyinin göstərişi kimi qəbul edilməlidir. Belə ki, iddiaçının məhz qiyabi təhsil aldığı səbəbindən nəzərdə tutulmuş qısa müddətli tədris proqramını asanlıqla yerinə yetirmək imkan ının ola bilməsi halı belə istisna edilə bilməsi mövcud olmuşdur. Eyni zamanda hesab edir ki, məhkəmə o cümlədən cavabdeh inzibatı orqan ən azından sərhədçinin məlumatına əsasən iddiaçının qiyabi təhsil aldığı müxtəlif dillərdə həmin ölkədə olduğu müddətin yerinə yetirincə çox olması səbəbindən, iddiaçının qiyabi təhsil üzrə nəzərdə tutulmuş tədris proqramının asanlıqla tam mənimsəmək imkanında ola biləcəyini nəzərə almalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarına əsasən “X3 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlər arası razılaşmalarda ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında Şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırır ki, İddiaçı 16 ildir ki, 60 saylı orta məktəbdə müəllim kimi çalışır. İlk öncə Sabir adına texnikumu bitirmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2-1(103)-2112/2019 saylı qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nə zərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hü quq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 24 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2112/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2-1(82)-2142/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “Rusiya Federasiyası “X4 Təhsil İnstitutu” tərəfindən adına verilmiş 137724 ******* qeydiyyat saylı diplomunun Azərbaycan Respublikasında tanınma sı və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 14.3, 87.6-cı maddələrinə, “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının” 1.2, 1.6, 2.1, 2.2, 2.7, 2.8, 2.15, 3.6-cı bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddət ərzində (12 noyabr 2012-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) həmin ölkədə qaldığı dövr ümumilikdə 33 gün təşkil edir ki, bu da “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində nəzərdə t utulmuş əyani təhsil forması üzrə təhsil ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının və bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh inzibati orqanın imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki göstərdiyi faktiki olaraq 2 dəlili əsassızdır. Belə ki, iddiaçının birinci dəlili ondan ibarətdir ki, «məhkəmə, o cümlədən cavabdeh inzib atı orqan ən azından sərhədçinin məlumatına əsasən iddiaçının qiyabi təhsil aldığı müxtəlif dillərdə həmin ölkədə olduğu müddətin yerinə yetirincə çox olması səbəbindən, iddiaçının qiyabi təhsil üzrə nəzərdə tutulmuş tədris proqramının asanlıqla tam mənimsəmək imkanında ola biləcəyini nəzərə almalı idi». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu birinci dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rusiya Federasiyası Muxtar qeyrikommersiya ali təhsil təşkilatı “X4 Təhsil İnstitutu” tərəfindən verilmiş 137724 3039622 saylı, 26 iyun 2017-ci il tarixli diplomuna” əsasən İddiaçı 44.03.01 “Pedaqoji təhsil” ixtisası üzrə bakalavr proqramını mənimsəmiş və Dövlət imtahan komissiyasının qərarı ilə ona Bakalavr dərəcəsi verilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasıya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı 24 aprel 2018-ci il tarixli, №23-04-171/ANİ saylı məktub ünvanlanaraq qeyd edilmişdir ki, “Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası X4 Təhsil institutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası X4 Təhsil İnstitutu tərəfindən Sizin adınıza verilmış 137724 2039622 nömrəli, 20 iyun 2017-ci il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir». Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda artıq qeyd edilmiş prosessual və maddi hüquq normaları düzgün tətbiq etməklə, cavabdehin həmin imtinanın qanuni olması barədə doğru nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əs asən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilır. 3.1-ci bəndınə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Həmin Qaydaların 2.2-ci bəndinə ə sasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı mübahisənin düzgün həll olunmasında apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” təşkil edir ki, həmin Qaydaların 2.1-ci bəndinə əsasən bakalavriat – ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir. 2.7-ci bədinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı müddət ərzində (12 noyabr 2012-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək) həmin ölkədə ümumilikdə cəmi 33 gün qalmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, sözügedən 33 gün müddəti “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamış, yəni, daha az olmuşdur ki, bu da sözügedən Qaydaların tələblərinə görə yolverilməzdir. İddiaçının kasasiya şikayətindəki ikinci dəlili isə ondan ibarətdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarına əsasən “X3 t əhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edildiyi halda ekvivalentlik haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi nəzərdə tutulmuşdur”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ( nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyası X4 Təhsil İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, X2 təhsil aldığı müddətdə Rusiya Federasiyası ərazisində əyani təhsil forması üçün tələb edilən müddət əvəzində 1-ci kurs ərzində 2·gün, 2-ci kursda 11 gün, 3-cü kursda 10 gün, 4-cü kursda 7 gün olmaqla, ümumilikdə 1 ay olmuşdur. İddiaçının dıploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsini bildirməsinə baxmayaraq qısa müddət ərzində kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyrimümkün hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirl iyi tərəfindən verilir. İddiaçı ali bakalavr təhsili alması üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə ali təhsıl aldığı ölkənin ərazisində olmamışdır. Belə ki, ali təhsilin alınması üçün tələb olunan müddətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” haqqında Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilir. Həmın Qaydaların 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) il kimi qeyd olunmuşdur. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Təhsil Nazirliyinin ekspert qrupunun iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə tam cavab verir. Belə ki, Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutu lduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublıkasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarıcı ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında hamin istiqamət (ixtisas) üzrə bələ təhsil formasına yol verilmədikdə. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdehin sözügedən hüquqi mövqeyini təkzib edən mötəbər sübutlara malik olarsa, o, həmin məsələ ilə əlaqədar yenidən cavabdeh inzibati orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2112/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3529/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3529/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver