Məhkəmə qərarları › İş №2-1(102)-353/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-353/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-353/2019 13.02.2019 ALİ MƏHKƏMƏ “Iddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Bakı Vergilər İddiaçı “Iddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Iddiaçı” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 11 may 2018-ci il tarixli 1819020314681100 nömrəli ləğv edilməsi və borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılana qədər “Iddiaçı” MMC-nin “X” Açıq Səhmd ar Cəmiyyətində olan XX**XXXX****XXXX****XXX** saylı hesablaşma hesabının üzərinə qoyulmuş 10 iyul 2018-ci il tarixli, *******xx saylı və 10 iyul 2018-ci il tarixli *******xx saylı sərəncamlarının icrasının dayandırılması, işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti xarakterli müdafiə tədbiri kimi “Iddiaçı” MMC-nin bank hesablarına 429.704,49 manat vergi borcu məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması, sərəncamların qoyulması hərəkəti istisna olmaqla, borcun tutulmasına yönələn hər hansı hərəkətin edilməsi, əlavə sərəncamların qoyulmasnın cavabdehə qadağan edilməsi, 429.704,49 manat məbləğində vergi borcunun iddiaçıdan tələb edilməsinin və iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələr törədilməsinin cavabdehə qadağan edilmə si barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3463/2018 saylı, 20 iyul 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı “Iddiaçı” MMC-nin “X” ASC-də olan XX**XXXX****XXXX****XXX** saylı hesablaşma hesabının üzərinə qoyulmuş 10 iyul 2018-ci il tarixli *******xx saylı və *******xx saylı sərəncamların icrası dayandırılmış, iddiaçının bank hesablarında vəsaitlərin mübahisələndirilən borc (429.704,49 manat) məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və əlavə sərəncamların qoyulması, 429.704,49 manat v ergi borcunun iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələr edilməsi cavabdehə qadağan edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının tələbinin təmin olunmamasını xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3463/2018 saylı, 20 iyul 2018ci il tarixli qərardadı qismən- “Iddiaçı” MMC-nin “X” ASC-də olan XX**XXXX****XXXX* ***XXX** saylı hesablaşma hesabına qoyulmuş 10 iyul 2018-ci il tarixli *******xx saylı sərəncamın icrasının dayandırılması hissəsində ləğv edilmiş, ərizə həmin hissədə təmin olunmamış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, vergi qanunvericiliyinə əsasən vergi orqanı tərəfindən məhkəmə qaydasında mübahisələndirilən borcun dövlət büdcəsinə alınması haqqında vergi ödəyicisinin hesabına sərəncam qoyulması istisna olunur. Bununla belə, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçının mübahisələndirdiyi məbləğin 105 faizi həcmində vəsaitinin onun bank hesabında dondurulmasına dair sərəncamlar qoya bilər. Ona görə də, iddiaçının mübahisələndirdiyi borcun bir hissəsinin (11.233,41 manat) dondurulm asına dair cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesabına 10 iyul 2018-ci il tarixli *******xx saylı sərəncamın qoyulması Vergi Məcəlləsinin 65-ci və 16-cı maddəsinin tələblərinə uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi” qərarı ilə inzibati orqanın qanunvericilikdə nəzərə tutulmuş hüquqlarından irəli gələn səlahiyyətlərinin həyata keçirilməsi ilə yanaşı qanundan irəli gələn vəzifələrinin icrası ilə bağlı səlahiyyətləri də məhdudlaşdırılmışdır. Halbuki, vergi ödəyicisi vergi öhdəliklər ini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alınması vergi orqanı üçün vəzifə kimi müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə inzibati orqan kimi vergi orqanına digər hüquqlardan fərqli olaraq vəzifələrin həyata keçirilməsi imkanlarını məhdudlaşdırmamalıdır. Bundan başqa, Bakı apellyasiya məhkəməsi iddiaçının mülkiyyətində olan siyahıya alınmalı olan əmlakı mübahisələndirilən borcun hesablanmasının qanuniliyinə qiymət verildikdən, mahiyyəti üzrə yekun akt qəbul edildikdən sonra vergi orqanı bu səlahiyyətlərdən isifadə edə bilərəcəyini qeyd etmişdir. Lakin, Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələ rinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, vergi qanunvericiliyi vergi orqanlarına verilmiş hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabaı dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu səbəbdən də məhkəmə vergi orqanına vəzifələrin həyata keçirilməsi imkanlarını məhdudlaşdırmamalıdır. Bundan əlavə məhkəmə qərardad qəbul edən zaman Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Kassator İnzibati Prosessual Məcəlləsinin 41,43,90-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2019-cu il tarixli qərardadının qismən, iddiaçının ərizəsinin təmin edilmiş hissədə ləğv edilməsini və ərizənin həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2018-ci il tarixli qə rardadının qismən, iddiaçının ərizəsinin təmin edilmiş hissədə ləğv edilməsini və ərizənin həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi borcun bir hissəsinin (11.233,41 manat) dondurulmasına dair cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesablarına 10 iyul 2018-ci il tarixli *******xx saylı sərəncam, bir hissəsinin isə (349.330,38 manat) isə alınmasına dair 10 iyul 2018-ci il tarixli, *******xx saylı sərəncamları qoyulmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi məhkəmənin hüququ olmaqla, həmin məsələlər İnzibati Prosessual Məcəlləsinin “Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlanan VII fəslində yer almış maddələrlə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə i craatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Qeyd edilən maddələrin məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tədbiqinin mümkünlüyünü nəzərdə tutmaq və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesa b edir ki, iddiaçının bankdakı hesablaşma hesabına qoyulmuş sərəncamın icra olunacağı, eyni zamanda yeni sərəncamların qoyulacağı, yəni mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasını və iddia tələbi üzrə qəbul ediləcək qərarın icrasını gələcəkdə xeyli dərəcədə çətinləşdirəcəkdir və cəmiyyətin bankdakı hesablaşma hesabına sərəncamların qoyulması və həmin sərəncamların icrası onun fəaliyyətinin çətinləşdirilməsinə, eləcə də kommersiya hüquqi şəxs kimi bazar münasibətlərində digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda, ona maddi ziyan dəyməsinə səbəb ola bilər ki, bu da ədalət mühakiməsi baxımından yolverilməzdir. Bununla yanaşı məhkəmə cavabdehin qərarının icrasının dayandırılması ilə yanaşı Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Belə ki, İPM-nin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, inzibati mə hkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Buna görə də məhkəmə kollegiyası hesab edirik ki, gələcəkdə çıxarılacaq məhkəmə qərarının hansı tərəfin xeyrinə həll olmasından asılı olmayaraq məhkəmə tərəflərin İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsində müəyyən edilən qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini nəzərə almalıdır. Bununla əlaqədar Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutad a cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Hazırki iş üzrə iddiaçının ərizəsinin təmin olunması isə mübahisələndirilən vergi borcu və ona hesablanmış faiz məbləğlərinin 105 faizi həcmində pul vəsaitinin iddiaçının milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını cavabdehə qadağan etmir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələbinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Beləliklə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasl hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi ilə bağlı ərizəsinə baxılması zamanı hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd e dilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2536/18 saylı 24 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar