Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-353/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şıhıri Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına əlavə edilməsi; arxiv arayışları GİRİŞ HİSSƏ Hakimlər: 04.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, İddiaçı X1 və cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş illəri sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinədair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1971 - 1972-ci illərdə Xocavənd rayonunda “Oktyabr” kolxozunda fəhlə; 1978 – 1979-cu illərdə 7 saylı Tibb-sanatoriya hissəsi ndə həkim-interna vəzifəsində; 1979 – 1980-cı illərdə Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində; 1980 -1995-ci illərdə Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993 – 1998-ci illərdə Sumqayıt şəhər X8 stansiyasında böyük həkim vəzifəsində; eyni zamanda xx.xx.1997 – xx.xx.2002-ci il tarixlərində Bak şəhər Təcili və X4 Stansiyasında böyük həkim vəzifəsində; xx.xx.1999 – xx.xx.2006-cı til tarixlərində “X5 AN”nin İHT layihəsində təimatçı vəzifəsində; mart 2006 – avqust 2006, may 2007 – dekabr 2007 və yanvar 2008 – dekabr 2008-ci il tarixlərdə Beynəlxalq Xilasetmə Komitəsində təlim rəhbəri vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(082)-1812/2018) iddianın təmin edilməsi; iddiaçının 1971 - 1972-ci illərdə Xocavənd rayonunda “Oktyabr” kolxozunda fəhlə; 1978 – 1979-cu illərdə 7 saylı Tibb-sanatoriya hissəsində həkim-interna vəzifəsində; 1979 – 1980-cı illərdə Xocavənd rayonu Dömü həkim ambulatoriyasında müdir vəzifəsində; 1980 -1995-ci illərdə Xocavənd rayonu Edilli sahə xəstəxanasında baş həkim vəzifəsində və eyni zamanda 1993 – 1998-ci illərdə Sumqayıt şəhər X8 stansiyasında böyük həkim vəzifəsində; eyni zamanda xx.xx.1997 – xx.xx.2002-ci il tarixlərində Bak şəhər Təcili və X4 Stansiyasında böyük həkim vəzifəsin də; xx.xx.1999 – xx.xx.2006-cı til tarixlərində “X5 AN”nin İHT layihəsində təimatçı vəzifəsində; mart 2006 – avqust 2006, may 2007 – dekabr 2007 və yanvar 2008 – dekabr 2008-ci il tarixlərdə Beynəlxalq Xilasetmə Komitəsində təlim rəhbəri vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər Ə.Qasımov və C.Yusifov; iş No 2-1(103)207/2019) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması; 2 Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qə rarının ləğv edilməsi; iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər İ.Dadaşov və R.Nəbizadə; iş No 2-1(102)1530/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş No 2-1(103)-1999/2019) cavabdeh şöbə tərəfindən ve rilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasında n kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə birgə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx xxxxxx 1954-cü il tarixdə anadan olmuşdur, məcburi köçkün statusuna malikdir. İşin materiallarına əlavə edilmiş arayışa əsasən, iddiaçı 1971–ci ildən 1972-ci ilə kimi Xocavənd rayornu “Oktyabr” kolxozunda fəhlə işləmişdir. İşin materiallarında olan 7 saylı Tibbi-Sanitariya İdarəsinin xx.xx.1979-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1978-cu ildən xx.xx.1979-cu ilə kimi həkim-interna vəzifəsində işləmişdir. İ şin materiallarında olan NT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1979-cu il tarixli, 78 saylı əmrlə Dömü həkim ambulatoriyasında müdir vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1980-ci il tarixli, 115 saylı əmrlə işdən azad edilmişdir. İşin materiallarında olan ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdə “X7”nın AN-nin “İHT” layihəsində təlimatçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2006-cı ildə başqa təşkilata keçirməsi ilə əlaqədər müqviləsinə xitam verilmişdir. İşin materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi Təcili və X4 Stansiyasının xx.xx.2006-cı il tarixli, 5024 saylı arayışına əsasən, iddiaçı Bakı şəhəri Təcili və X4 Stansiyasında xx.xx.1997-ci il tarixindən xx.xx.2002- ci il tarixinədək böyük həkim vəzifəsində işl əmişdir. İşin materiallarında olan 2006-2007 və 2008-ci il tarixli arayışlara görə, iddiaçı mart 2006-cı il tarixindən avqust 2006-cı il tarixinə kimi və may 2007-ci il tarixindən dekabr 2007-ci il və yanvar 2008-ci il tarixindən dekabr 2008-ci il tarixinə kimi Beynəlxalq Xilasetmə Komitəsində təlim rəhbəri vəzifəsində işləmişdir. İşin materiallarında olan, Sumqayıt şəhər X8 Xəstəxanasının xx.xx.2008-ci il tarixli, 16 saylı arayışına əsasən, iddiaçı xx.xx.1993-cü il tarixdən Sumqayıt şəhər X8 Xəstəxanasının ekst.terapiya şöbəsində həkim-terapevt vəzifəsində işləmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası SN Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun xx.xx.2018-ci il tarixli, 77/6 saylı arayışına əsasən, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx. 2009-cu il tarixinə qədər həmin İnstitutun “İİ Daxili xəstəliklər” kafedrasında “həkim-terapevt" ixtisası üzrə yenidən hazırlanma kursu keçmişdir. İşin materiallarında olan 740 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışa uyğun olaraq iddiaçı xx xxxxxxx 1993-cü il tarixindən (Əmr No 101-k, xx.xx.1993-cü il) xx xxxxxxx 1998-ci il tarixədək (Əmr No 105-k, xx.xx.1998-ci il) Sumqayıt şəhər X8 Xəstəxanasının terapiya şöbəsində həkim-terapevt vəzifəsində işləmişdir. İşin materiallarında olan Bakı Baş Səhiyyə idarəsi Bakı şəhər Təcili və X4 Stansiyasının xx.xx.2018-ci ıl tarixli, 306 saylı məktubuna görə, iddiaçı xx.xx.1997-ci il tarixindən MS-nin Operativ şöbəsinə müvəqqəti 2 ay müddətində 1 ay təcrübə keçmək şərti ilə 0,5 ştat vahid böyük həkim vəzifəsinə təyin edilmiş; xx.xx.1997-ci il tarixi ndən MS-nin operativ şöbəsinin kompleks briqadasına daxil edilmiş; xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixinə qədər müvəqqəti iş vaxtı uzadılmış, xx.xx.1997-ci il tarixdən MS-da böyük həkim-növbətçi vəzifəsinə 1,0 ştat vahidi ilə keçirilmiş və BŞİH BSİ-nin sərəncamına göndərilmiş; xx.xx.1999-cu il tarixdən MS-da Operativ şöbəsinə 0,5 ştat vahidi ilə böyük həkim vəzifəsinə 2 ay müddətinə keçirilmiş; xx.xx.2000-ci il tarixindən xx.xx.2000ci il tarixinədək iş vaxtı uzadılmış; xx.xx.2001-ci il tarixindən Bakı Səhiyyə İdarəsinə 0,5 ştat vahidi ilə növbətçi həkim vəzifəsinə ezam edilmiş və xx.xx.2002-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. Yuxarıda qeyd edilən sənədlərə əsaslanan iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh şöbəyə müraciət etmişdir. Lak in həmin inzibati orqanın iddiaçıya ünvnaladığı xx xxxxxx 2018-ci il tarixli məktubla cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina olnmuş və bu zaman göstərilmişdir ki, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1 -ci bəndinə müvafiq olaraq Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. xx.xx.1971 -ci il tarixdən xx xxxxxx 1999-cu il tarixədək iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri sığorta stajına daxil etmək mümkün deyil. Araşdırılan qərardan göründüy ü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respubllikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Şəhiyyə şöbəsi X8 Xəstəxanası tərəfindən verilmiş No 740, xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən, xx xxxxxxx 1993-cü il tarixindən xx xxxxxxx 1998-ci iltarixinə kimi Sumqayıt şəhər X8 Xəstəxanasının terapiya şöbəsində həkim-terapevt vəzifəsində işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığort a stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixəd ək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi mövcud “Qaydalar" "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Lakin hazırki halda, iddiaçının cavabdeh şöbə tərəfindən mübahisələndirilən iş stajının bir hissəsi müvafiq arayışlarla təsdiq edilmişdir. Bununla bağlı xx xxxxxx 2006-cı il tarixli “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun 69-cu maddəsində nəzərdə tutulmuşdur ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı Qqərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə ə sasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xəsiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalan”nın 117 “b” bəndinə görə iş yerindən verilmiş arayışlar iş stajını təsd iq edən sübut kimi qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Ali Məhkəmənin hazırki iş üzrə xx xxx 2019-cu il tarixli qərarında qeyd olunan maddi hüquq normalarının tələblərinə istinadla göstərilmişdir ki, iddiaçının 1971-1972, 1978- 1979, 1993-1998 və 1997-2002 illərdə işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı ilədək olan dövrə aid olduğundan iddiaçının həmin dövrlərdə işləməsi iş yerindən verilmiş arayışlar ilə təsdiqlənir və həmin dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, müvafiq arayışlarla və iddiaçıya məxsus əmək k itabçasındakı qeydlərə əsasən iddiaçının 25 ildən artıq sığota stajı mövcud olmuşdur. Ona görə də, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün sığorta stajının olmamasına dair cavabdeh şöbənin imtinası əsassızdır. Ali Məhkəmənin hazırki iş üzrə qərarında həmçinin göstərilmişdir ki, iddia ərizəsinə görə, iddiaçının iki tələbi vardır: işlədiyi illərin sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi. Apelyasiya instansiyası məhkəməsi birinci hissədə iddianı mümkünsüz saysa da, ikinci tələbə ümumiyyətlə qiymət verməmiş, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilib-ödənilmədiyini araşdırmamış, əmək kitabçası üzrə iddiaçının iş stajına ümumiyyətlə qiymət verilməmişdir. İşə yenidən apellyasiya qa ydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının 63 yaşı xx xxxxxx 2017-ci il tarixdə tamam olmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, onun yaşa görə əmək pensiyası almaq hüququ xx xxxxxx 2018-ci ildən yaranmışdır (63 il 06 ay). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gör ə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeyd hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: xx xxxx 2017-xx xxxx 2018-ci ildə kişilər üçün pensiya yaşı 63 il 6 ay müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qannunsuz olmaqla yanaşı onun qanunla qorunan hüquqların pozmuşdur, Odur ki, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsitərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassı z olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar a maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-353/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-353/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver