Məhkəmə qərarları › İş №2-1(102)-353/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-353/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-353/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1282/2021 nömrəli iş üzrə 30.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazandığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona 57 yaşından (01.07.2017-ci il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən) pensiya təyin edilməsi barədə cavabdeh orqana 16.01.2020-ci il tarixdə müraciət etmişdir. 1975-1978-ci illərdə hərbi xidmət dövrünə və 1975-200 5-ci illəri əhatə edən əmək kitabçasına əsasən kişilərdən 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajlarını artıqlamasilə toplamışdır. AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əlavənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmışdır. Lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə heç bir cavab gəlməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni 15.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlü olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ona 57 yaşdan (01.07.2017-ci il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən) pensiya təyin edilməlidir. Çünki 1975-1978-ci illərdə hərbi xidmət dövrünə və 1975-2005-ci illəri əhatə edən əmək kitabçasına əsasən kişilərdən 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarını artıqlaması ilə toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əlavənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmışdır. Bu əsasla iddiaçı ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 16.01. 2020-ci il tarixdə rəsmi müraciət etsə də, bu günədək heç bir cavab almamış və iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 30 və 31-ci maddələri ilə qorunan hüquqları pozulub (poçt qəbzi əlavə olunur). Odur ki, hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(112)-606/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 15.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16 yanvar 2017ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 67-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 32.1-1-ci maddələrinə istinad edərək hesab edir ki, iddia qanuni və əsaslıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(112)-606/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edi lməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 2-1(103)-1282/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Səadət Bəktaşi) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(112)-606/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsaslıdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 30.09.2021-ci il tarixli, 2-1(103)-1282/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edil məməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya təyini üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. İdarə, məlum məktubla (“güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında”) iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat apa rılır.”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq zəruri sənədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh idarənin iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Məhkəmə isə öz qərarında bu məktubu imtina kimi qəbul etmişdir. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-c i maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinet inin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin İşlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər, İddiaçının əmək kitabçasına əsasən onun işləmiş olduğu peşə nin adı “elektrik qaynaqçısı” kimi qeyd edilmişdir. Məhkəmə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2 nömrəii Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu altında olan “əl İlə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə istinad etmişdir. Peşələr arasında uyğunsuzluq olduğu açıq-aşkardır. TƏTBİQ EDİLƏN HÜQUQ 11. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qə rarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. 12. “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək işt irakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.

13. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin “a” bəndinə görə əmək kitabçası, “q” bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

14. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə i iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedi ci sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və a zı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. XXXİİİ. Ümumi peşələr.bölməsində 23200000-19906- “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 ya nvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" 35-ci bölmə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3. “Sosial sığorta stajının hesablanması proseduru” 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqan ı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müv afiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-vi il tarixli: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avq ustun 1-dək hər il 6 ay artırılır. Maddə 67. v bəndi. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məh kəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlili əsassızdır.

25. Belə ki iş materiallarından göründüyü kimi, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxs iyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci ildə doğulmuşdur, Cəlilabad rayonunda yaşayır.

26. Eyni zamanda iş materiallarında olan, iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.11.1975-ci ildən 29.12.1978-ci ilədək hərbi xidmətdə olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən 16 yanvar 2020-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Oktyabr kolxozun müvafiq sənədlərinə əsasən, İddiaçı həmin kolxozda yerinə yetirilmiş min. adam günləri barədə aşağdakı qeydlər mövcuddur: 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 g ün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə - 349 gün; 1983cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-ci ildə-337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün. Arayışda 19791989-cu il dövr üçün tələb olunan min. adam günün - 240 gün olması göstərilmişdir.

28. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, 03.01.1975-ci il tarixdə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş, 06.11.1975-ci ildə hərbi çağırış ilə əlaqədar işdən azad edilmiş; 01.12.1978-ci ildə həmin zavodda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş, 02.09.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş; 01.05.1979-cu ildə Sabirabad rayon Oktyabr kolxozuna üzv qəbul olunmuş və 25.12.1989-cu il tarixdə öz xahişi ilə üzvlükd ən işdən azad edilmiş; 01.02.1990-cu il tarixdə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsinə elektroqaynaqçı vəzifəsinə qəbul edilmiş və 28.11.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

29. Həmçinin iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 24 saylı cavab məktubundan və ona əlavə olunmuş əmrlərin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 01 fevral 1990-cu il tarixdə elektrik qaynaqçı vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 28 noyabr 2005-ci il tarixdə işdən azad edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi hərbi biletdən görünür ki, o, 14.11.1975-ci il tarixdən 29.12.1978-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 3 il 01 ay 15 gün təşkil edən xidmət illəri, iddiaçının ümumi stajına daxil edilməlidir.

31. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçının 01.05.1979-25.12.1989-cu illərdə Sabirabad rayon “Oktyabr” kolxozunda kolxozçu işlədiyi dövr Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli, 06 saylı arxiv arayışında öz təsdiqini tapmış və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir.

32. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1979-1989-cu illər üzrə minimum əmək günü norması 240 olmuşdur.

33. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli, 06 saylı arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1979-1989-cu illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 gün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə 349 gün; 1983-cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-cı ildə - 337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1979-1988-ci dövrlər üzrə olmuşdur. 1989-cu ildə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin ilin iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir 71 x 12 = 852/ 240 = 3,55 ay (≈ 4 ay, 05 gün). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1979-1989-cu illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 il, 04 ay, 05 gün iş stajına malik olduğu müəyyən edilir.

34. Bunda n başqa əmək kitabçasından görünür ki, İddiaçı 03.01.197506.11.1975-ci və 01.12.1978-02.09.1979-cu dövr üzrə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda motorçu göstərilsə də, pambıq sahəsi üzrə motorçu peşəsi zərərli iş kimi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının motorçu peşəsində işlədiyi 1 il 07 ay 04 günü ümum i əmək stajına daxil edilməlidir.

35. Qeyd edilməlidir ki, iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 29 il 01 ay 25 gün (3 il 01 ay 15 gün + 10 il, 04 ay, 05 gün + 01il 07 ay 04 gün + 15 il 09 ay 28 gün) ümumi iş stajı mövcuddur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.02.1990- 28.11.2005ci il tarixədək işlədiyi peşə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsində elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtl ərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXXİİİ. Ümumi peşələr.bölməsində 23200000-19906 kodu altında əl ilə elektrik qaynaqçısı zərəli iş kimi nəzərdə tutulmuşdur.

37. Cavabdeh kassasiya şikayətində iddiaçının işləmiş olduğu peşənin adının “elektrik qaynaqçısı” kimi qeyd edildiyini, lakin NK-nın qərarında göstərilmiş və məhkəmənin istinad etdiyi peşənin isə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə istinad edilməsinin açıq-aşkar uyğunsuzluq olduğunu qeyd etmişdir.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, NK-nın yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda ümumi peşələrdə elektrik qaynaqçıları iki halda nəzərdə tutulmuşdur. - təhlükəliliyi 3-cü sinifdən aşağı olm ayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları;

39. Hazırkı halda iddiaçı “elektrik qaynaqçısı” kimi Hacıqabul rayonu 2 nömrəli Mənzil İstismar Sahəsində çalışarkən işləmişdir. İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 82.1- ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

40. Yəni Mənzil İstismar Sahələri hər hansı zavod, iri istehsal müəssisəsi və s. olmadığından, Mənzil İstismar Sahələrində hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparılmadığından, iddiaçının işlədiyi peşə “əl ilə qaynaq aparan elek trik qaynaqçıları” peşəsinə uyğundur və iddiaçının qanunla tələb olunan müddətdən artıq (15 il 09 ay 28 gün) güzəştli iş stajı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

41. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 15 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 30.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 21(103)-1282/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar