Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-353/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1961-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1915/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə X1 həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1978-xx.xx.1979-cu illərdə 17 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaynaqçası peşəsi üzrə təhsil almışdır. İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1977-xx.xx.1979-cu illərdə 17 nömrəli şəhər texniki peşə məktəbində təh sil alaraq işləmiş, xx.xx.1982-ci ildən xx.xx.2003- cü ilədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən halhazıradək müxtəlif peşələrdə işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********6 saylı, 20 aprel 2021-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsində göstərmişdir ki, o, xx.xx.1961-ci ildə anadan olmuş, hazırda 60 yaşı vardır. 1979-cu ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2003-cü ilədək (24 il) "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Onun işlədiyi həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarının 35-ci bölməsinə əsasən ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş sahəsidir. Bundan başqa, onun ümumi əmək stajı 32 il olmuş, belə ki, o, 2 il (1980-1982) hərbi xidmətdə qulluq etmiş və 1978-1979-cu ilə kimi Sumqayıt şəhər 17 saylı TPM- də oxumuşdur. Onun ümumi stajı 32 il, həmin stajın da, 24 ilinin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün o, müvafiq sənədləri toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh ona güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir və bu imtinasını onunla əsaslandırmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır (40800 manata qarşı 19734,60 manat). O, cavabdehin imtinasını əsassız hesab edir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-6550/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə "xxxx" SC-nin 2 saylı Müəssisəsi tərəfindən verilmiş arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut k imi qiymətləndirilməlidir. Belə ki, sözügedən arayışda iddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulduğu göstərilmişdir. İddiaçının güzəştli şərtlərə pensiya hüququnu xx.xx.2006-cı il tarixədək qazandığını nəzərə alaraq məhkəmə, iddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı na 2 nömrəli əlavədə - “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXXİİİ. Ümumi peşələr bölməsində 23200000— 19906 koduna (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğunluğunu müəyyən etmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1915/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, A.V. Tanrıverdiyev və C.A.Yusifov) Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdiri lmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinic instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərini iddiaçıya verilən imtinada göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti x üsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş təl əblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—19906 koduna (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) qeyd olunmuşdur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qayd ada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilm əmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunveric iliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin əsas dəlili iddiaçıya münasibətdə yaş və stajla bağlı tələblər ödənilsə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.
32. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarand ığı üçün ona münasibətdə pensiya kapitalı şərtinin ödənilməsi tələb edilə bilməz. Çünki, həmin dövrdə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb edilmirdi. Pensiya kapitalına dair tələb isə “Əmək pensiyaları haqqında” AR qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir.
33. Beləliklə iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, onun 57 yaşdan (15.3.2018-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikay əti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1915/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.