Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3531/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: (əlilliyə görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şö bəsinə qarşı “müvafiq illərin sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 23.07.1975-ci ildən 25.03.2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, habelə 04.11.1996-25.03.2003-cü il tarixlərdə “xxxx” Kiçik Müəssisəsində işləmişdir. İddiaçıya 26.04.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cav abdeh 29.05.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 04.11.199625.03.2003-cü il tarixlərdə “xxxx” Kiçik Müəssisəsindəki iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilmir. Bu səbəbdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün sığorta stajı və pensiya kapitalı toplanmadığından pensiya təyin edilməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdeh DSMF Sabunçu RŞ-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 04.11.1996-cı il tarixdən 25.03.2003cü il tarixədək “xxxx” Kiçik Müəssisəsində dülgər vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2966/2018 saylı 16 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilərək İddiaçı 04 noyabr 1996-cı il tarixdən 25 mart 2003-cü il tarixədək «xxxx» KM-də dülgər işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2393/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2966/2018 saylı 16 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh DSMF Sabunçu RŞ-nə qarşı «müvafiq illərin sığorta stajına daxil edilməklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiasınnı təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-753/2019 saylı, 13 mart 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2393/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin 2-1(102)-753/2019 saylı, 13 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «... cavabdeh inzibati orqan öz imtinasında iddiaçının «xxxx» KM-də 04 noyabr 1996-cı il tarixdən 25 mart 2003-cü il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığını bildirsə də, bu barədə yoxlama aparılması və bunun nəticələri barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, cavabdehin iddiaçının mübahisələndirilən sığorta stajı ilə bağlı ümumiyyətlə yoxlama aparması əsaslı şübhə doğurmaya bilməz». Ali Məhkəmənin 13 mart 2019-cu il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci və 24.1-ci maddələrinə istinad olunmaqla həmçinin qeyd olunmuşdur ki, «... iş materiallarından göründüyü kimi, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələrini icra etməmiş, apellyasiya məhkəməsi isə bu barədə heç bir araşdırma aparmamış, cavabdehin imtinası ilə razılaşaraq həqiqətən də yoxlama aparılıb- aparılmamasını aydınlaşdırmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə mübahisəli halı özü araşdırmalı olduğu halda xidməti vəzifəsinə uyğun davranmamış, iddiaçının əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən dövrdə işləyib-işləməməsini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verməklə ətraflı araşdırma aparmamışdır». Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2966/2018 saylı 16 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı əmək kitabçasında göstərilən qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Həmin iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması həmin illərin sığorta stajına daxil olunmamasına və iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, sözügedən müəssisənin cavabdeh orqan tərəfindən qarşılıqlı yerində yoxlanmasının mümkün olmaması iddiaçının iradəsindən asılı olan hal deyil və iddiaçının əmək kitabçasındakı tədqiq olunan qeydlərin iddiaçının işlədiyi müəssisənin səlahiyyətli şəxsi tərəfindən imzalanması və cəmiyyətin möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, iddiaçının əmək kitabçasındakı qeydlərə əs asən iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya əlillik təyin olunan tarixə 14 il 04 ay sığorta stajı və 14998.83 manat pensiya sığorta kapitalı tələb olunur. İddiaçının “xxxx” Kiçik Müəssisəsindəki iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməmiş və iddiaçının 19 il 05 ay sığorta stajı və 13619.70 manat sığorta kapitalı vardır. Bu isə əlilliə görə əmək pensiyasının təyin edilməsi üçün əsas deyildir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə, İPM-nin 92.0.6, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azə rbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 23.07.1975-ci ildən 25.03.2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, habelə 04.11.1996-25.03.2003-cü il tarixlərdə “xxxx” Kiçik Müəssisəsində işləmişdir. İddiaçıya 26.04.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 29.05.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 04.11.199625.03.2003-cü il tarixlərdə “xxxx” Kiçik Müəssisəsindəki iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından sığorta satjına daxil edilmir. Bu səbəbdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün sığorta stajı və pensiya kapitalı toplanmadığından pensiya təyin edilməsi mümkün deyildir. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-753/2019 saylı, 13 mart 2019-cu il tarixli qərarında göstərilən göstərişlərlə əlaqədar, iş üzrə cavabdeh DSMF Sabunçu RŞ-nə 17 may və 12 iyun 2019cu il tarixlərdə sorğu göndərilərək, iddiaçının «xxxx» KM-dəki 04 noyabr 1996-cı il tarixdən 25 mart 2003-cü il tarixədək olan iş stajının yoxlamasının aparılması və bunun nəticələri barədə sübutların, eləcə də İddiaçı fərdi hesabının sığorta h issəsində qeydə alınmış pensiya kapitalının nə qədər təşkil etməsini təsdiq edən mötəbər sübutların məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh DSMF Sabunçu RŞ-nin məhkəmənin sorğusuna cavab olaraq 01.08.2019- cu il tarixli məktubunda qeyd olunmuşdur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ və İİİ dərəcə əlilliyə görə əmək pensiyası vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə,bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının əmək kitabçasında qeyd olunan «xxxx» kiçik müəsissəsindəki 04.11.1996-cı il tarixdən 25.03.2003-cü il tarixədək olan iş stajı qarşılıqlı yoxla nılması mümkün olmadığına görə sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də onun İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı və pensiya kapitalı toplanmadığından ona pensiya təyin olunması mümkün deyildir. İddiaçı əlillik dərəcəsi təyin olunan tarixə Qanunun 12.1-ci maddəsinin tələbinə uyğun olaraq 14 il 4 ay sığorta stajı və 14998.83 manat pensiya sığorta kapitalı tələb olunub. Lakin İddiaçı əmək kitabçasında qeyd olunan «xxxx» kiçik müəssisəsi nəzərə alınmadığına görə cəmi 19 il 5 ay sığorta stajı və 13619.70 manat sığorta kapitalı mövcuddur. Bu səbəbdən də İddiaçı əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını iddiaçının tələb olunan p ensiya sığorta kapitalına malik olmaması təşkil edir. İddiaçının tələb olunan pensiya sığorta kapitalına malik olmamasının səbəbi isə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan «xxxx» kiçik müəsissəsindəki 04.11.1996-cı il tarixdən 25.03.2003-cü il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığına görə sığorta stajına daxil edilməmisidir. Halbuki, pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəal iyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması həmin illərin sığorta stajına daxil olunmamasına və iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, sözügedən müəssisənin cavabdeh orqan tərəfindən qarşılıqlı yerində yoxlanmasının mümkün olmaması iddiaçının iradəsindən asılı olan hal deyil. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərt lərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfind ən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Pros essual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1408/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3531/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3531/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver