Məhkəmə qərarları › İş №2-1(102)-3539/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3539/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3539/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: inzibati icraat aparılmadan əlillik təyin edilməsi barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "3-cü dərəcəli əlillik qrupunun təyin edilməsi barədə qərarın ləğv edilməsi və xx.xx.2007-ci il tarixdə müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun ləğv olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 21(103)-2918/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü dərəcəli əlillik qrupunun təyin edilməsi barədə qərarın ləğv edilməsi və xx.xx.2007-ci il tarixdə müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun l əğv olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu müraciətinin təmin olunmasından imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Diaqnozun mətni: Stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz.” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona 2007-ci ildə təyin edilmiş əlillik təyinatı barədə məlumatların ƏAS-nə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani ko missiyaya dəvət edilmişdir. Müayinəyə gələrkən ilkin 2002-ci ildən təyin edilmiş peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik və əmək qabliyyətinin 80% (səksən faiz) itirilməsi barədə xx.xx.2002-ci il tarixli TSEK-in arayışının surətini, xx.xx.2007-ci il tarixli Peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı 327882 nömrəli Culfa 5 saylı TSEK-in arayışının surətini, Peşə patologiyası mərkəzindən 2002-ci ilə aid epikriz (diaqnoz ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz.) müxtəlif müayinə, stasionar müalicə sənədlərini təqdim etmiş, eşitmədiyini uca səslə vurğulamış və ürəyindən şikayət etmişdir. Eyni zamanda, İİ qrup əlilliyə görə sonuncu dəfə xx.xx.2022-ci ildən ödəniş edilməsi barədə AR SMN-nin tabeliyində DSMF-nin NR Culfa rayon şöbəsinin xx.xx.2022-ci il tarixli nömrəli 06/268 saylı arayışını təqdim etmişdir. Obyektiv müayinə zamanı sol qulağında eşitmə cihazı istifadə etmiş, cihazı işlək vəziyyətdə olmuşdur. Cihaz istifadə etməsinə baxmayaraq, 2 metr məsafədən yüksək və aydın səslə danışdıqda cavab verə bilməmiş, 1 metr məsafədən cihazla çətinliklə eşitmiş, eşitmə cihazı olmadan sözləri seçə bilməmiş və dodaqlardan oxumağa cəhd etmişdir. xx.xx.2023-cü il tarixli DTSERA X1 nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,7 sm). Sol qulaqcıq genişlənib (4.1sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaq lar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmiz.” kimi qeyd edilmişdir. Anamnestik məlumatılar, obyektiv vəinstrumental müayinə nəticəclərinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 9.1.4 bəndinə müvafiq Peşə xəstəliyi səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması və əmək qabiliyyətinin 50% (əlli faiz) itirilməsinə uyğun görülmüş, lakin vətəndaşın yeni forma-88 rəsmiləşdirmədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnam ə”nin 2.5.20 bəndinə uyğunlaşdırılaraq, Peşə xəstəliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 50 % (əlli faiz) itirilməsi barədə qərar verilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: G.Sevdimalıyeva) 02 may 2024-cü il tarixli, 2-1(112)-5426/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə / sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 11 sentyabr 2024-cü il tarixli, 21(103)-2918/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edi lməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair mü nasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan veri lmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə t əcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-2949/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sü butlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

12. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şə xsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

13. Hazırki iş üzrə iddiaçıya müddətsiz ikinci dərəcə, sonradan cavabdeh tərəfindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik dərəcəsinin dəyişdirilməsi zərurətini yaradan, yəni yuxarıda qeyd edildiyi kimi, cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.

14. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsin i müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv ol unması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2918/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar