Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-354/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakla bağlı mübahisənin ərazi aidiyyəti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabineti nin regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə qarşı torpağın kateqoriyasının dəyişdirilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 4 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçının mülkiyyətində Gədəbəy rayonu, Novosaratovka kəndində 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsini xahi ş edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(81)3205/2019 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı şikayətində İnzibati Prosessual Məcəlləsinin 8 və 9-cu maddələrinə istinad edərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. əsaslandırıcı hissə: İddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının mülkiyyətində olan 0,25 ha, kənd təsərrüfatı təyinatl ı torpaq sahəsi Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşir. İddia tələbi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlıdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə İPM-in 8.1.1-ci maddəsində qeyd olunan münasibətlə bağlı olduğundan iddia ərizəsinə daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə i lə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Mübahisə daşınmaz əmlakla bağlı olduğundan, daşınmaz əmlak olan torpaq sahəsinin yerləşdiyi Gədəbəy rayonu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan, mübahisənin Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hazırda Gəncə İnzibati Məhkəməsi) baxılması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kol legiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2440/2019 saylı, 1 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-354/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-354/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver