Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-354/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2147/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********484600 nömrəli qərarla iddiaçı "xxxx" ASC-yə 93.993,52 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının 55.623,15 manat məbləğində artıq ödəməsi nəzərə alınmaqla yekun olaraq 38.370,37 manat vergi məbləği müəyyən edilmişdir. Həm in qərar xx.xx.2021ci il tarixli, **********270300 nömrəli qərarla eyni məzmunludur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli, **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin 26 may 2021-ci il tarixli, **********484600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270300 nömrəli qərar qəbul etmişdir. Qərarda 2020-ci il üçün 93,993.52 manat mənfəət vergisi hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, cəmiyyətin təqdim etdiyi bəyannamənin 218-ci (ümumi gəlirlər) sətrində göstərilən 857,249.38 manat məbləğ 200,000.00 manatdan yuxarı olduğundan, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizini təşkil edən 469,967.60 manat həcmində güzəşt hüququndan, mikro sahibkarlıq subyekti olmadığı üçün istifadə edilə bilməz. Həmi n qərardan verilmiş şikayətə baxan DVX-nin X1 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********270300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şikayət instansiyası qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 857,249.38 (200,000.00 manatdan çox) manat olduğunu, cəmiyyətin xx.xx.2 019-cu il tarixdən dövlət qeydiyyatına alındığını, cəmiyyətin 2020-ci il üçün mikro sahibkarlıq subyektinə aid edilmədiyini nəzərə alaraq, onun xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməməlidir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayətə baxan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə DVX-nin X1 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmadığını qeyd edən iddiaçı bildirir ki, 2020-ci il üzrə iddiaçı "xxxx" ASC sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir və belə olan halda o, VM-in 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir. Belə ki, AR NK-nın xx.xx.2018-ci il tarixli, 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilmək üçün sahibkarın işçi sayı 10 nəfərə qədər, illik gəliri isə 200.000.00 manata qədər olmalıdır. Həmin Qərarın 4-cü qeydinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, DVX tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə xx.xx.2020-ci il vəziyyətinə "xxxx" ASC mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilir.
4. AR VM-in 106.1.20-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Yuxarıda qeyd edilən normalara və faktlara əsasən bu nəticəyə gəlmək olur ki, iddiaçının mikro sahibkar olaraq 2020-ci il üzrə əldə etdiyi mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Çünki onun 2019-cu ildə ümumi gəliri 146,906.95 manat, işçilərin orta sayı isə 6 nəfər olmuşdur. Bu fakt da müvafiq orqanın verdiyi arayış ilə öz təsdiqini tapır. İddiaçı ilə cavabdeh arasında mübahisə 2020-ci il üzrə mənfəət bəyan edilərkən hansı dövrdə əldə edilmiş mənfəətə görə verginin hesablanmasıdır. Cavabdeh hes ab edir ki, 2020-ci il üzrə mənfəət əsasında hesablanmalıdır. Lakin yuxarıda qeyd etdiyimiz normaların tələblərindən görünür ki, 2020-ci il üzrə mənfəət vergisi 2019-cu ilin mənfəəti əsasında müəyyən edilməlidir. Belə ki, AR NK-nın xx.xx.2018-ci il tarixli, 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 4-cü qeydinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. “İl ərzində dəyişilməz qalır” ifadəsi aydındır ki, keçmiş ili nəzərdə tuta bilməz və həmin məlumatlar hesabat verilə n il üçün nəzərdə tutulmuşdur.
5. Digər tərəfdən, bu məsələ ilə bağlı cavabdeh diskresion səlahiyyətlərindən istifadə edərək iddiaçının sahibkarlıq kateqoriyasını müəyyən edə bilməz, çünki sahibkarlıq subyektlərinin bölgüsünün müəyyən edilməsi müvafiq normativ hüquqi aktla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Həmin orqanın təqdim etdiyi sənədlər isə iddiaçının 2020-ci il üzrə mikro sahibkar kateqoriyasına aid olduğunu təsdiq edir. Beləliklə 2020-ci il üzrə iddiaçı "xxxx" ASC sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir və VM-in 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir. Bununla bağlı olaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilər in, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********270300 nömrəli qərarı ləğv edilməlidir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsinin hesabat ilinin yekunlarına görə mövcud olan göstəricilər əsasında müəyyən olunduğu nəzərə alındıqda, vergi ödəyicisi mikro sahibkarlıq üzrə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab olunur.Eyni zamanda qeyd edilir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli qərarına və Vergi Məcəlləsinin müddəalarına əsasən, mənfəət vergisi bəyannaməsi hesabat ilindən sonrakı növbəti ilin mart ayının 31-nə qədər təqdim edilir, aprel ayının 20-nə qədər də Dövlət Vergi Xidməti məlumatı Dövlət Statistika Komitəsinə ötürür. Həmin məlumatlar əsasında Dövlət Statistika Komitəsi sahibkarlıq subyektinin hansı bölgüyə aid olması məsələsini həll edir. Qərarın qeydinin 4-cü hissəsində “Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və “il ərzində dəyişməz qalır” ifadəsi onu özündə ifadə edir ki, Dö vlət Statistika Komitəsinin aid etdiyi sahibkarlıq subyekti növbəti ilədək dəyişməz qalır. Qeyd edilənlərə əsasən, sahibkarlıq subyektinin statusu (meyarı) hesabat ilinin dövriyyəsindən müəyyənləşir və subyekt hansı meyara düşürsə, o əsasla da vergi rejimi müəyyən edilir və hesablanır. Eyni zamanda qeyd edilir ki, vergi ödəyicisi 2020-ci il üzrə dövriyyəsi nəzərə alınmadan mikro sahibkarlıq subyektinə aid edilsə, digər sahibkarlıq subyektlərinə münasibətdə ayrı seçkiliyə səbəb ola bilər.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “xx.xx.2021-ci tarixli **********484600 nömrəli qərarın ləğv edilməsi” kimi göstərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2022 nömrəli, 1 1 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim G.A.Sevdimalıyeva) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, sahibkarların mikro, kiçik, orta və iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilərək dəyișməz qalır” ifadəsi də ona dəlalət edir ki, yəni artıq yeni hesabat çıxana qədər (növbəti ilin may ayının 10-dək) onu Dövlət Statistika Komitəsinin aid etdiyi bölgüdəki sahibkarlıq subyekti kimi qəbul edəcəyik, yəni həmin tarixə əsas yoxdur ki, dəyişilsin (bu hələ daha sonrakı gələn il dəqiqləşəcək), həm də buna ehtiyac yoxdur (həmin vergilər illik hesablandığından). Əgər həmin ildə dövriyyə yüksək olacaqsa, sonr akı ildə eyni qaydada Dövlət Vergi Xidməti yoxlayacaq və dövriyyəni real rəqəmlə ifadə etməklə onun əsasında da vergiləri hesablayacaq (yaxud azadolmaları tətbiq edəcəkdir) və bunun əsasında da yeni məlumatı Dövlət Statistika Komitəsinə təsbit üçün ötürəcəkdir. Dövlət Statistika Komitəsi də bunun əsasında yeni meyar müəyyən edəcək (əgər dəyișiklik olubsa). Yəni, son nəticədə sahibkarlıq subyektinin status meyarı hesabat ilinin dövriyyəsindən (faktiki rəqəmlərdən) müəyyənləșir və subyekt hansı meyara düşürsə, o əsasla da vergi rejimi müəyyən edilir və hesablanır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-2147/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********484600 saylı Qərarı ləğv edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə 2020-ci il üzrə mənfəət bəyan edilərkən hansı dövrdə əldə edilmiş mənfəətə görə verginin hesablanmasıdır. Cavabdeh 2020-ci il üzrə mənfəət əsasında verginin hesablanmasını qeyd etsə də, bunu nla bağlı məhkəmə kollegiyası vurğulayır ki, il üzrə mənfəət vergisi 2019-cu ilin mənfəəti əsasında müəyyən edilməlidir. Belə ki, AR NK-nin xx.xx.2018-ci il tarixli, 556 nömrəli "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Qərarının 4-cü qeydinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. "İl ərzində dəyişilməz qalır” ifadəsi aydındır ki, keçmiş ili nəzərdə tuta bilməz və həmin məlumatlar hesabat verilən il üçün nəzərdə tutulmuşdur.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı aşkar edilmişdir ki, vergi ödəyicisinin ümumi gəlirləri 200000,0 manatdan yuxarı olduğundan, başqa sözlə 857.249,38 manat olduğundan, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 469.967,6 manat güzəşt hüququndan, mikro sahibkarlıq subyekti olmadığı üçün istifadə edilə bilməz.
15. Belə ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nöm rəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında Qərarına əsasən vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi hesabat ilinin yekunlarına görə mövcud olan göstəricilər əsasında müəyyən edildiyini nəzərə alaraq, vergi ödəyicisi mikro sahibkarlıq üzrə Vergi Məcəlləsinin 106.1.20ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab olunur. Belə ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli qərarını və Vergi Məcəlləsinin müddəalarını nəzərə alaraq bildiririk ki, mənfəət vergisinin bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31- nə qədər təqdim edilir, aprel ayının 20-nə qədər də Dövlət Vergi Xidməti məlumatı Dövlət Statistika Komitəsinə ötürür. Həmin məlumatlar əsa sında Dövlət Statistika Komitəsi sahibkarlıq subyektinin hansı bölgüyə aid olma məsələsini həll edir.
16. Qərarın qeydinin 4-cü hissəsində “Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və “il ərzində dəyişməz qalır” ifadəsi onu özündə ifadə edir ki, Dövlət Statistika Komitəsinin aid etdiyi sahibkarlıq subyekti növbəti ilədək dəyişməz qalır.
17. Yuxarıda qeyd edilən müddətlər də onu deməyə əsas verir ki, vergi ödəyicisinin mövcud il üçün hansı kateqoriyaya aid edilməsi vergi orqanının Dövlət Statistika Komitəsinə ötürdüyü məlumatlar əsasında müəyyən edilir. Qeyd edilənlərə əsasən, sahibkarlıq subyektinin statusu (meyarı) hesabat ilinin dövriyyəsindən müəyyənləşir və subyekt hansı meyara düşürsə, o əsasla da vergi rejimi müəyyən edilir və hesablanır.
18. Əgər həmin ildə dövriyyə yüksək olacaqsa, sonrakı ildə eyni qaydada Dövlət Vergi Xidməti yoxlayacaq və dövriyyəni real rəqəmlə ifadə etməklə onun əsasında da vergiləri hesablayacaq (yaxud azadolmaları tətbiq edəcəkdir) və bunun əsasında da yeni məlumatı Dövlət Statistika Komitəsinə təsbit üçün ötürəcəkdir. Dövlət Statistika Komitəsi də bunun əsasında yeni meyar müəyyən edəcək (əgər dəyişiklik olubsa).
19. İddiaçı 2019-cu ilin göstəricilərinə əsasən, mikro sahibkar statusu qazanmış və həmin ildə qevd olunan vergi güzəştindən yararlanmışdır. Lakin 2020-ci ildə iddiaçının ümumi gəlirləri 857.249,38 manat olduğundan, o mikro sahibkar statusunu itirmiş və bununla da həmin güzəştdən istifadə etmək hüququ da olmamışdır. Ümumiyyətlə, iddiaçının yaratdığı mübahisə süni mübahisədir və məqsədi vergiləri ödəməkdən yayınmaqdır. İddiaçının yanlış fikirləri ilə razılaşan apellyasiya məhkəməsi isə səhv qərar qəbul edərək iddianı təmin etmişdir.
20. Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Eyni zamanda 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 218-ci "Ümumi Gəlirlər" sətrində 857.249,38 manat məbləğin qeyd edildiyini nəzərə alsaq, deyə bilərik ki, bu məbləğdə gəlirə münasibətdə 75 faiz vergi güzəştinin tətbiq edilməsi vergi qanunvericiliyinin məqsədlərinə də ziddir və sahibkarlıq subyektlərinə münasibətdə ayrı-seçkiliyə səbəb ola bilər.
21. Bununla yanaşı məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının 2020-ci il üzrə əldə etdiyi mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Çünki onun 2019-cu il üzrə ümumi gəliri 146,906.95 manat, işçilərinin sayı isə 6 nəfər olmuşdur. Qeyd edilən iki cümlə bir-birini təkzib edir və səbəb-nəticə əlaqəsini yaratmır.
22. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2020-ci İl üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi hesabat ilindən sonrakı il yəni, 2021-ci ilin mart ayının 31-dək verilməli, 2020-ci ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək olan tarixə əldə etdiyi mənfəəti müvafiq bəyannamədə əks etdirilməlidir.
23. Belə ki, apellyasiya məhkəməsi 2020-ci ilin meyarını müəyyənləşdirmək üçün 2021-ci il ərzində ötürülən məlumatları rəhbər tutmalı (Qeyd:Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 iyul 2021-ci il tarixli, 01/3-1592 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixinə "xxxx" ASC (VÖEN ********** iri sahibkarlıq subyektidir) və sahibkarlıq subyektinin meyarlarını müəyyən etməli idi. Beləliklə, iddiaçının 2021-ci il ərzində ötürülən məlumatlar əsasında 2020-ci il üçün iri sahibkarlıq subyekti olması və bunun il ərzində (2021-ci ili ərzində) dəyişməz qaldığı aydın olardı.
24. Hüquqi şəxsin reyestr məlumatlarına əsasən, iddiaçının qeydiyyat tarixi xx.xx.2019-cu ildir. Və 2019-cu il mənfəət vergisi bəyannaməsinə (xx.xx.2020-ci il tarixli dəqiqləşmiş bəyannaməyə) əsasən, vergi ödəyicisinin ümumi gəlirləri 146.422,46 manat, xərcləri 56.527,95, mənfəəti 89.894,51, güzəşt hüqu qu 67.420,88 (75% mikro sahibkarlıq subyekti) manatdır. Göründüyü kimi, 2019-cu ilin göstəriciləri üçün (2020-ci ildə təqdim edilən məlumatlar əsasında) vergi ödəyicisi müvafiq güzəşt hüququndan istifadə etmişdir. Və bir hesabat ili üçün təqdim edilən göstəricilər (2020-ci ildə təqdim edilən 2019-cu ilin göstəriciləri) iki hesabat ili üçün (həm 2019, həm də 2020) nəzərə alına bilməz.
25. Göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********484600 nömrəli qərar vergi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Bu baxımdan hesab edirik ki, məhkəmə qeyd olunan maddi hüquq normasını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış, və orada şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin təmin olunmasını və apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd edilməsini zəruri sayır.
32. Belə ki, Ver gi Məcəlləsinin 129-cu maddəsinə əsasən, mənfəət vergisi məqsədləri üçün vergi ili təqvim ili sayılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (hazırki mübahisədə 149.1.1-ci maddəyə uyğun olaraq, iddiaçı) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.
33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur.
34. Həmin Qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (hazırki Dövlət Vergi Xidmətinə) tapşırılmışdır ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq su byektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
35. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
36. Həmçinin, qeyd olunan Qərarın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılmışdır ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlə rinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsini təmin etsin.
37. Həmin Qərarın “Qeydlər” hissəsinin 4-cü bəndinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
38. Qeyd olunanlardan göründüyü kimi, sahibkarın hansı kateqoriyaya aid olduğunu müəyyən etmək üçün təqvim ili (vergi ili) başa çatmalı, ap rel ayının 20-dək əvvəlki təqvim ilinin gəlirləri və işçi sayı barədə məlumatlar Dövlət Statistika Komitəsinə ötürülməli və Statistika Komitəsi 10 may tarixinədək müvafiq kateqoriya üzrə məlumatı reyestrə ötürməlidir. Göründüyü kimi, həmin məlumatlarla başa çatmış il üzrə sahibkarın kateqoriyası müəyyən olunur. Çünki növbəti ilin 31 mart tarixinədək mənfəət vergisi üzrə bəyannamə təqdim olunmalıdır ki, onun illik gəliri vergi orqanı üçün müəyyənləşmiş olsun. Təqvim ili başa çatmadan həmin ilin sahibkarlıq kateqoriyası və ya əvvəlki ilin göstəriciləri ilə növbəti ilin sahibkarlıq kateqoriyası müəyyən oluna bilməz.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Meyarların 4-cü bəndində əks olunan sahibkarlıq kateqoriyasının il ərzində dəyişməz qalması ilə bağlı ifadə yanlış şərh edilmiş dir. Belə ki, həmin ifadə Dövlət Statistika Komitəsi tərəfindən sahibkarlıq kateqoriyasının bəyan olunduğu ili deyil, başa çatmış əvvəlki təqvim ili üzrə sahibkarlıq kateqoriyasının dəyişməzliyini əks etdirir. Həmin ifadənin yazılış tərzi normanın tənzimlədiyi məsələnin mahiyyətini dəyişmir.
40. İddiaçının 2020-ci ildə ümumi gəlirlərinin 857249,38 manat təşkil etdiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Həmin məbləğ 200 000,0 manatdan artıq olduğundan, iddiaçı həmin il üçün mikro sahibkar statusunda sayıla və bu baxımdan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan istifadə edə bilməz.
41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əs assız hesab edilməli, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 21(103)-2147/2022 saylı qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia təmin olunmur. Qərar qətidir.