Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3540/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iki inzibati orqan arasında mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli ** saylı qərarının, qeyd edilən qərarların bütün hüquqi nəticələrinin etibarsız sayılması barədə” iddia tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli, ** saylı qərarı ilə Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır.
2. Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli müraciəti əsasında Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən bələdiyyənin adına ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarış və ##.##.2022-ci il tarixli, AN ****** nömrəli plan-ölçü verilmişdir.
3. Həmçinin, Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli ** nömrəli qərarı ilə Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 572 kv.m torpaq sahəsinin həyətyanı məqsədi üçün müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə İddiaçı tabeliyində olan “X4” Publik Hüquqi Şəxsin Ucar ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması qərara alınmışdır.
4. ##.##.2022-ci il tarixində qeyd edilən torpaq sahəsinin satılmasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X4” Publik Hüquqi Şəxsin Ucar ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac keçirilmiş və hərracın qalibi Üçüncü şəxs olmuşdur.
5. Daha sonra aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi bələdiyyənin deyil, dövlət mülkiyyətində olmuş, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin bəzi əməkdaşlarının səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində qeyd edilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış və daha sonra satılması üçün hərraca çıxarılmışdır.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar ərazi idarəsi və Cavabdeh qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarış və ##.##.2022-ci il tarixli, AN ****** nömrəli plan-ölçünün, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli ** nömrəli qərarının etibarsız hesab edilməsi" tələbinə dair iddiası Şəki inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2-1 (***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şəki inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin edilməmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli ** saylı qərarının, qeyd edilən qərarların bütün hüquqi nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.
8. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək bildirmişdir ki, aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olmuş, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin bəzi əməkdaşlarının səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində qeyd edilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış və daha sonra satılması üçün hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin # ###### 2023-cü il tarixli əmrləri ilə Xidmətin Ucar ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun məsləhətçisi X3 dövlət qulluğundan azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilmiş, Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi X6 töhmət verilmiş və Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X5 xəbərdarlıq edilmişdir. Eyni zamanda, qeyd edilən torpaq sahəsinə dair ##.##.2022-ci il tarixli, ** nömrəli rəy hazırda barəsində korrupsiya faktına görə açılmış cinayət işi üzrə istintaqı aparılan Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin müdiri X1 və # ###### 2023-cü il tarixli əmrlə töhmət verilmiş ərazi şöbəsinin baş məsləhətçisi X6 tərəfindən qanunsuz olaraq tərtib edilərək imzalanmışdır. Qeyd edilənlərdən əlavə, “Cavabdeh hüdudları daxilində Göyçay şəhəri ərazi vahidinin ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 572 kv.m torpaq sahəsinin Yerquruluşu Planı”nda torpaq sahəsində fərdi yaşayış evinin yerləşdiyi müəyyən olunur. Halbuki üzərində bələdiyyəyə məxsus olmayan tikili yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində ola bilməzdi və bələdiyyənin belə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alına bilməzdi. Beləliklə, Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin bəzi əməkdaşlarının səhlənkarlığı və vəzifə borclarını lazımi səviyyədə yerinə yetirməməsi səbəbindən, əsassız olaraq bələdiyyə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli ** saylı qərarı və qeyd edilən qərarların bütün hüquqi nəticələri məhkəmə tərəfindən etibarsız sayılmalıdır.
9. Şəki Inzibati Məhkəməsinin (hakim: E.M.Mustafayev) ## #### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Ucar ərazi idarəsi və Cavabdeh qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarış və ##.##.2022-ci il tarixli, AN ****** nömrəli plan- ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli ** nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2-1 (***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti də təmin edilməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****-**** nömrəli qərarı). Ali Məhkəmə qeyd etmişdir ki, “icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə (o cümlədən qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibatı məhkəmələr həmin mübahisəni həli etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Həmçinin nəzərə alınmalıdır ki, inzibatı məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra hakimiyyəti və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada, icra hakimiyyəti özü-özünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz. “Inzibatı icraat haqqında” Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibatı orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. Inzibatı orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Bundan başqa, vurğulamaq lazımdır ki, qanunsuzluğu iddia olunan aktların və ya faktiki xarakterli hərəkətlərin subordinasiya baxımından yuxarı inzibati orqanlar tərəfindən ləğvi üçün qanunvericilikdə mövcud olan mexanizmlərdən təcrübədə tam istifadə olunmur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə hüquqi imkanlar təsbit edilmişdir. Belə ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndə, eləcə də hər bir mərkəzi icra hakimiyyəti orqanının əsasnamələrində mərkəzi icra hakimiyyəti orqanlarının öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi təsbit edilmişdir. Bundan başqa, həmin əsasnamələrdə subordinasiya baxımından yuxarı inzibati orqanların öz strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək hüquqları nəzərdə tutulmuşdur. Odur ki, müvafiq əsaslar və ehtiyac yarandıqda, dövlət orqanları icra hakimiyyətinin vahidliyi prinsipini nəzərə almaqla və qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə qanunsuz inzibati aktların qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi barədə subordinasiya baxımından yuxarı inzibati orqanlara məlumat verməklə onların ləğvinə nail olmalıdırlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi idarəsinin inzibatı orqan olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Inzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, həm qanunvericiliyin tələbləri baxımından, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ərazi idarələri inzibati (publik) hüquq sahəsinin subyekti kimi fəaliyyət göstərən orqanlardır.” 10.2. Hazırkı halda iddiaçı mahiyyəti üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət edərək, əlavə olaraq, torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli ** nömrəli qərarının etibarsız sayılmasını xahiş etmişdir. Hazırkı mübahisə üzrə hər iki tərəf inzibati orqan olduğundan iddia mümkün sayıla bilməz.
11. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/ T.V.Musayev və T.H.Həsənov) ## ######## 2025-ci il tarixli, 2 *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli 2-1(116)-238/2025 qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. “C.Ismayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan, prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
14. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Şəki Inzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 11-ci bəndinə görə, bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları (onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Buna görə, iddianın qaldırılmasına və baxılmasına dair mümkünlüklə bağlı digər şərtlər ödənildiyi halda, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bələdiyyələrə qarşı bələdiyyə qərarlarının mübahisələndirilməsinə dair verilmiş iddialara inzibati məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmalıdır. Qeyd edilənlər Ali Məhkəmənin Inzibati Kollegiyası tərəfindən Əmlak Məsələlərinə ünvanlanmış ##.##.2023-cü il tarixli, *-*/*-***/**** nömrəli məktubda da öz əksini tapmışdır. Eyni zamanda, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli, ***-IQ nömrəli Qanununun 48.4-cü maddəsinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Beləliklə, Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Inzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. ... ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməklə, iş mahiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli ** saylı qərarının, qeyd edilən qərarların bütün hüquqi nəticələrinin etibarsız sayılmasına nail olmaqdır.
22. Işə baxan aşağı instansiya məhkəmələri digər məhkəmə işindəki hüquqi mövqeni rəhbər tutmaqla qeyd etmişlər ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında qaydasında baxıla bilməz.
23. Bununla bağlı qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələrinin istinad etdiyi məhkəmə işində hazırkı iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar ərazi idarəsinə və Cavabdeh qarşı iddia qaldıraraq, “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarışın və ##.##.2022-ci il tarixli, AN ****** nömrəli plan-ölçünün, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin ##.##.2022-ci il tarixli ** saylı qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar ərazi idarəsi arasında mübahisəyə inzibati icraat qaydasında baxıla bilməz (iki inzibati orqan arasında olan mübahisənin məhkəmədə baxılması mümkünsüz hesab edilmişdir). Lakin ikinci cavabdeh Göyçay bələdiyyəsinə qarşı olan iddia tələbinə münasibətdə isə qeyd edilmişdir ki, bələdiyyənin ##.##.2022-ci il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi tələbi birinci tələbdən asılı olduğundan, yalnız birinci tələbin inzibati icraat qaydasında araşdırılmasından sonra baxılması mümkün ola bilər.
24. Hazırda da iddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı müstəqil iddia irəli sürmüş, həm əvvəlki iş üzrə mübahisələndirilən qərarı, həm də əlavə olaraq Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarını mübahisələndirmişdir. Mübahisələndirilən qərarlar cavabdeh bələdiyyə tərəfindən qəbul edildiyindən, iddiaçı hazırkı tələbi bələdiyyəyə qarşı qaldırmaqda haqlı olmuşdur.
25. Başqa sözlə, əvvəlki məhkəmə işində bələdiyyəyə qarşı işin baxılmasının mümkünsüz olması nəticəsinə gəlinməmişdir. Həmçinin, formalaşmış məhkəmə təcrübəsində də bələdiyyələrə qarşı işlər iki inzibati orqan arasında olan və “Inzibati icraat haqqında” Qanunun 4-cü maddəsinə əsasən inzibati məhkəmə qaydasında baxılması mümkünsüz işlərə aid edilmir.
26. Odur ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən iddianın mümkünlüyü ilə bağlı işin halları düzgün qiymətləndirilməmiş, məhkəmələr əsassız olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gəlmişlər.
27. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş mahiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.